7
-sovet (1917-1990-cı illər);
-1990-cı illərdən başlayan müasir dövr.
Sığorta sisteminin 1-ci mərhələsi Rusiya çar sistemini əks etdirdiyi üçün indi onun
təhlilinə o qədər də ehtiyac yoxdur və onun təcrübəsi indiki şəraitdə bir o qədər də
dəyərli deyildir,digər tərəfdən 1-ci mərhələ imperatorluq əlamətlərinə məxsus olduğu
üçün müasir şəraitdə onun təcrübəsi zərərlidir.
Azərbaycan Demokratik Respublikanın hakimiyyəti illərində respublikanın bank-
maliyyə-sığorta sisteminin milli maraqlara uyğun olraq təkmilləşdirilməsi üzrə geniş
layihələr hazırlanmış, lakin ölkəmizin Sovet imperiyası tərəfindən işğalı bu işə mane
olmuşdur. Beləliklə, Sovet hakiyyəti qurulduqdan sonra 1922-ci ildə bütün SSR -də
sığorta dövlət inhisarına alındı. Sovet imperiyası dövründə Azərbaycanda sığorta
xidməti SSR Baş dövlət sığorta darəsinin tabeçiliyində olan Azərbaycan Baş Dövlət
Sığorta darəsi və onun tabeçiliyində olan şəhər və rayon Dövlət sığorta darələri,
SSR -nin Xarici Dövlət Sığorta Təşkilatlarının Bakı şöbəsi tərəfindən aparılmışdır.
XXəsrin 90-cı illərində müstəqillik əldə etmiş ölkəmizdə sığorta işi də müstəqil
inkişaf etməyə başladı, sığorta sahəsində mövcud olan dövlət inhisarçılığı ləğv edildi
Milli sığorta bazarının formalaşması və onun qloballaşan dünya sığorta sisteminin
layiqli üzvünə çevrilməsi üçün islahatlar aparıldı. Bazar infrastrukturunun yaranması
ə
mtəə istehsalçılarının müstəqilliyi istehsal münasibətlərinin inkişafında və maddi
nemətlərin bölgüsündə dövlətin inzibati təsirinin kəskin surətdə azalması milli sığorta
bazarının yaranması prosesini, onun tərkibini, fiziki və hüquqi şəxslərə göstərilən
sığorta xidməti növlərini kəskin surətdə dəyişdirdi, təsərrüfat subyektlərinə və
müəssisələrə sərbəstlik verildi və bu da könüllü sığortalanmanı zəruri etdi.
Lakin ölkəmiz müstəqilliyinin ikl illərində bir çox iqtisadi çətinliklərlə
üzləşmişdir.Belə ki, müstəqiliyyin ilk illərində dövlət qurluşunun əsasları
formalaşdırılsa da dövlətin qüdrətini müəyyən edən iqtisadiyyat çox dərin böhran
yaşayırdı. Əhalinin sosial durumu çox acınacaqlı vəziyyətdə idi, bir sıra mütərəqqi
qanunvericilik aktlarının qəbul olunmasına, bəzi iqisadi və sosial islahatlarına
8
başlanılmasına baxmayaraq iqtisadi qüdrəti zəif olan, büdcəsi boş olan, xarici
borclarının miqdarı milyardlarla ölçülən bir dövlət üçün bu islahatların heç bir
səmərəsi yox idi. qtisadiyyatın ən aparıcı sahələrindən olan sığorta bazarında da
analoji vəziyyət mövcud idi. Əhalinin milyon dollarla pullarının inflyasiyası
nəticəsində keçmiş sığorta sisteminin əhalidə yaratdığı xəyal qırıqlığı və inamsızlıq, o
cümlədən sığortadan daha vacib olan gündəlik tələbat problemləri yeni bazarın
yaranmasının və müştəri bazasının qurulmasının qarşısında keçilməz bir sədd
yaratmışdır.Sığorta bazarında “Dövlət Sığorta şirkəti”nin müasir standarlara heç cür
ayaqlaşa bilməyən eyni adlı varisi qalmış və müstəqil sığorta bazarının yaradılmasına
yeni qeyri-dövlət sərmayəsinin, o cümlədən xarici sərmayənin daxil olmasına ehtiyac
var idi. Lakin ölkə daxili çəkişmələri vüsət aldığı, qeyri-stabilliyin hökm sürdüyü
sərmayə təhlükəsizliyi üçün zəmanətinin olmadığı halları xarici sərmayəçilərin
ölkəyə axına ciddi maneçilik törədiridi. Millli sərmayəçilərin qoyduğu
investisiyalarla çox az şeyə nail olmaq olardı, Lakin bütün bunlar sığorta sahəsində
olan yeganə əngəl deyildilər. Vacib problemlərdən biri büvafiq hüquqi-normativ
olmaması idi. Bilidiyimiz kimi hər sahənin inkişafı və sarmayə qoyluşu üçün hüquqi-
normativ bazanın mövcudluğuda ən az stabillik qədər əhəmiyyətlidir. Həmin dövrdə
sığorta sahəsində bir sıra qanunvericilik aktları qəbul olunmuşdur. “Sığorta
fəaliyyətinin dövlət tərəfidən tənzimlənməsi tədbirləri haqqında” 1991-ci il
“Vətəndaşlara məxsus olan tiklilərin dövlət icbari sığortası haqqında “ 1992-ci il AR
prezidentinin fərmanları və ” Sığorta haqqnda” 1993-cü il qanunu həmin normativ
aktlara misal ola bilər. Həmçinin ilk milli sığorta şirkətlərinin yaranmasıda həmin
dövrə təsadüf etdi. Lakin sığorta sektorunun müştəri bazasını təşkil edəcək güclü
infrastrukdur nəinki formalaşmamışdır, hətda sığorta şirkətlərində adicə sığorta
ə
məliyyatlarını aparacaq kadrlar yox idi, əhalinin sosial rifah səviyyəsinin aşağı
olması sığortanının inkişafını ləngidən amil idi.
Müstəqil Azərbaycan tarixində iqtisadi dirçəlişin başlanğıcı kimi dəyərləndirilən
9
1994-cü ildə sonrakı dövr sığorta bazarının daha da təkamülü ili səciyyələnir. Belə
ki, 1994-cü ildən başlayaraq müxtəlif dövrlərdə bağlanan neft kontraktlarından sonra
böyük şirkətlər və dünya maliyyə instutları AR-na investisiyalar yönəltməyə
başladılar. Belə ki, neft sektoruna sərmayələr qoyulduqca, iri şirkətlər ölkəyə
axışdıqca həmin şirkətlərə xidmət etmək üçün beynəlxalq sığorta şikətlərinin
təmsilçilikləri ölkəyə gəldi. Bu da öz növbəsidə milli sığorta şirkətərinin benəlxalq
təcrübə qazanmasına və rəqabətə dözmək üçün xidmət səviyyələrini və kapitallarını
yüksəltmələrinə müsbət təsir göstərdi. Bu hadisələrdən sonra sığorta bazarı yeni
inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, sığortanın müxtəlif sahələrini əhatə edən
10-a yaxın qanun qəbul edildi, fərman və sərəncama qol çəkildi. MDB ölkələri
arasında qabaqcıl olaraq, 1996-cı ildə qəbul olunan “Nəqliyyat sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası haqqında “qanun sığorta bazarının,xüsusilə avtomobil
sığortası bazarının inkişafına təkan verdi.
1997-ci ildə əhalinin əmək haqlarının qorunması və müavinətləri verilməsi,
vətəndaşların sosial təminatının yaxşılaşdırılması üçün “ Sosial sığorta
haqqında”qanun qəbul edildi. Onun qəbulu gələckdə pensiya və həyat sığortaları
üçün irəliyə doğru atılmış bir addım idi. Həmin ildə (1997) hərbi qulluqçuların social
müdafiəsini gücləndirmək məqsədi ilə qəbul olunun “Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında” AR qanunu hərbiçilərin həyat və sağlamlığının
qorunması, hər hansı bir hadisə baş verdikdə onların ailələrinin sosial təminatı
məsələlərinin tənzimlənməsində mühüm irəliləyişə səbəb oldu.
Aparılmış islahatlar nəticəsində 1999-cu ildə “ Sığorta haqqında “ AR qanunu qəbul
edildi və 1993-cü il qanunu qüvvədən düşdü. Dünya standartlarına uyğun olaraq
hazırlanan sığorta işinin inkişafına, sığortalıların hüquq və mənafelərinin
qorunmasına, sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinin tənzimlənməsinə
yönəldilən qanun sığorta bazarının konustitusiyasına çevrildi, bu sahədə olan
boşluqları müəyyən dərəcədə doldurdu. 1999-cu ildə daha 2 qanun qəbul edili –
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin sosail müdafiəsini gücləndirmək
Dostları ilə paylaş: |