10
Dövr
Hadisələr
Süni
intellektin
yaranması
(1943 – 1956)
– Makkalok və Pits:
Sinir
fəaliyyətinə
xas
fikrin
məntiqi
hesablanması, 1943.
– Türinq: Hesablama maşını və intellekt,
1950.
– Şennon: Şahmat oyunu üçün kompüterin
proqramlaşdırılması, 1950.
Süni intellektin inkişafı (1956
– 1960-cı illərin sonu)
– Makkarti: LISP – süni intellektin
proqramlaşdırma dili
– Nyuel və Saymon: Məsələlərin universal
həlledicisi (GPS), 1961.
– Kullian: Biliklərin təqdim olunması üçün
semantik şəbəkələr, 1966.
– Minskiy: Biliklərin təqdim olunması (freym)
üçün quruluş, 1975.
Qeyri-səlis çoxluqlar və qeyri
səlis məntiq (1960-cı illərin ortaları
və sonra)
– Zadə: Qeyri-səlis çoxluqlar, 1965.
– Zadə: Qeyri-səlis alqoritmlər, 1969.
– Mamdani: Qeyri-səlis məntiqin linqvistik
sintezin köməyi ilə təqribi mühakimələrdə tətbiqi,
1977.
Süni
neyron
şə
bəkələrin
yaranması (1965-ci il və sonra)
– Hopfild: Neyron şəbəkələr, 1982.
– Koxonen: Özü düzələn topoloji xəritələ
1982.
– Rumelhart və Makkleland: Verilənlərin
paralel emalı, 1986..
11
Ekspert sistemlərin yaranması
və inkişafı (1970-ci illərin əvvəli
1980-ci illərin ortaları)
– Feygenbaum, Buhanan və başqaları
(Stenford universiteti): DENDRALekspert sistemi
– Feygenbaum, Şortlif: MYCINekspert sistemi
–
Stenford
araşdırmalar
mərkəzi:
PROSPECTORekspert sistemi
– Kolmeroe, Kovalski və başqaları (Fransa):
Mə
ntiqi proqramlaş
dırma dili PROLOG
Təkamül heablamalar (1970-
illər və sonra)
– Rehenberq: Təkamül strategiyalar – bioloji
informasiya prinsipi ilə texniki sistemlərin
optimallaşdırılması, 1973.
– Holland: Təbii və süni sistemlərə adaptasiya,
1975.
– Koza: Genetik proqramlaşdırma: Təbii
seçim vasitələri ilə kompüter proqramlaşdırması,
1992.
– Fogel: Təkamül hesablama – maşın
intellektində yeni fəlsəfə istiqaməti, 1995.
Sözün köməyi ilə hesablama
(1980-ci illərin sonu və sonra)
– Neyqoç: Ekspert və qeyri-səlis sistemlə
1985
– Kosko: Neyron şəbəkələr və qeyri-səlis
sistemlər, 1992.
– Kosko: Qeyri-səlis təfəkkür, 1993.
Cədvəl 1. Süni intellekt tarixinin inkişaf mərhələsində ekspert sisteminin yaranması
tarixi
Hər bir şəxs hər gün, hər saat, hər dəqiqə tanıma məsələsi ilə rastlaşır. Biz hamımız
bir-birimizi tanıyırıq, nitqi başa düşürük, çap və əl yazısı hərflərini fərqləndiririk.
12
Həkimlər xəstəliyi tanıya bilir, geoloqlar dolayı məlumatlar əsasında bu və ya digər
faydalı qazıntının mövcudluğunu müəyyən edir və s.
Tanıma fenomeni ilə biz, bu və ya digər obyektin (xəstəlik, söz, hadisə) tanınmasını,
başqa sözlə onun təsnifləşdirilməsini, elementlərinin müəyyən xüsusiyyətlərinə
ə
sasən obyektlər çoxluğu elementinin müəyyən olunmasını nəzərdə tuturuq. Məsələn,
həkim xəstəyə diaqnoz qoyarkən xəstəliyi tanımalı olur. [8]
Ekspert sistemlə
rinin xarakteristikası. Ekspert sistemləri intellektual sistemlərin ən
çox yayılmış növüdür. Ekspert sistemlərinin birinci əsas xüsusiyyəti ondadırki, onlar
o istifadəçilər üçündür ki, onların fəaliyyət dairəsi süni intellekt, proqramlaşdırma,
riyaziyyat və məntiqdən uzaqdır. Belə adamlar üçün ekspert sistemlər gündəlik
işləməyə kömək etməlidir və eynizamanda onlarla işləmək çox sadə olmalıdır.
nsan fəaliyyət növlərinin çoxunda istifadə etdiyi biliyin dəqiq formalaşdırılması
mümkün olmur. Daha dəqiq desək, biliyin o hissəsi ki, mütəxxəsislər, alimlər
tərəfindən dərslik, məqalə, əsər, instruksiya və s. şəkildə formalaşdırılır, yazılır və
onu əldə edib oxumaq istifadə etmək olur. Biliyin digər bir hissəsi də mövcuddur ki,
ona yiyələnmək üçün, yalnız onu bilənin yanında işləyib öyrənmək olar. Bu da
ekspert sistemlərinin ikinci əsas xüsusiyyətidir.
Beləliklə, ekspert sistemləri özündə professional ekspertlərin biliklərini saxlamağı
bacarmalıdır və lazım gələndə, həmin bilgiləri istifadə edənlərə onların başa düşdüyü
formada verməlidir. Təcrübədə ekspert sistemlərindən bir məsləhətçi sistem kimi də
istifadə olunur.
Ə
n çox ekspert sistemlərindən ixtisas sahiblərinin zəif biliklərinin və informasiyanın
məntiqi emalının hesablamadan üstün olduğu çətin məsələlərin həlli üçün tətbiq
olunur.
Məsələn, təbii dilin başa düşülməsi, çətin vəziyyətlərin həllinə dəstək, müalicə
metodu ilə diaqnozun qoyulması və məsləhət, vizual informasiyanın analizi, dispetçer
pultlarının idarəsində və s.
Hal-hazırda iqtisadiyyatın ayrı-ayrı sahələrində ekspert sistemlərinin hazırlanması və
tətbiqi üzrə böyük təcrübə yığılmışdır. Bu təcrübə belə sistemlərin biliklərə əsaslanan
intellektuallığını artırmaqla tətbiq sahəsinin effektivliyini artırmağa imkan verir. Və