Адил Ъямил
24
İŞSİZ GƏNCİN MƏMURA MƏKTUBU
Qara qapıların qaranlığında
Mənim vaxt sərvətim əridi müftə.
Yaşadıq oxşarsız taleyimizlə -
Mən əzab içində, siz isə kefdə.
Ömrümdən-günümdən çox şey itirdim,
Heç nə qazanmadım dözümdən özgə…
Cavan taleyimə, gənc ürəyimə
Bir yanan olmadı özümdən özgə…
Bir anın içində gözümdən düşdü
«Müqəddəs» dərslərin mühazirəsi.
Sıxdı ürəyimi, arzularımı
Acı fikirlərin mühasirəsi…
Sizin yanınıza işdən ötəri
Bugünkü gəlişim qaldı sabaha.
«Sabah gəl» dediniz,
Mən yenə gəldim,
Sizi qorxutmadı qanun-qadağa.
Beləcə mənimlə oynadınız siz,
Saxta «sabahlar»dan doymadınız siz.
Yoruldum, usandım, mən axı, qardaş,
Nə çoxdur dünyanın sabahı qardaş!
O meşin qapının yumşaqlığıcan
Sənin ürəyində yumşaqlıq yoxdur…
Bir şeyi ömürlük unutmusan ki -
Nə vaxtsa bizi də ana doğubdur.
Nə vaxtsa dünyaya biz də gəlmişik,
İnsan ünvanıyla,
adam adıyla -
Uçmuşuq sabahın üfüqlərinə
Böyük arzuların qol-qanadıyla.
İndi o səmamız dar gəlir bizə,
Uçmaq istəyirik, uçmaq, əzizim -
Сечилмиш ясярляри
25
Fəqət bəs etməyir verdiyin səma,
Çırpınır, çırpınır uçmaq həvəsim…
Açılmaq istəyən sabahlarımın
Gözünü qapadı qara əliniz,
Köksümü dağladı «sabah gəl»iniz.
İndi hara gedir, hara baxıram
Gözümün içində buz heykəliniz…
1978
Адил Ъямил
26
QOŞMA
Gümüş cığırları nərdivan etdim,
Bir zirvə sevinci uyutdu məni.
Dumanlıq qoynunda tapıldım, itdim,
Bələdçim dağ çayı ovutdu məni.
Boylandım şimşəyin qızıl rəqsinə
Qayalar qoymadı qorxam, diksinəm…
Sarmaşdım lalənin alov köksünə
Bu həsrət dağlara tanıtdı məni.
Özüm heyran qaldım öz həvəsimə -
Qovuşdum zirvənin buz nəfəsinə.
Düşdüm bu dağlarda Kərəm izinə,
Yolların haçası yanıltdı məni.
Göy çəmən nur içdi bir duşum şehdən,
Dünya ətirləndi bir əsim mehdən.
Xatirəm boylandı qövsi-quzehdən,
O həsrət ömürlük unutdu məni…
1977
Сечилмиш ясярляри
27
BİR PARÇA KƏNDƏM
Uzanar, uzanar o dağ yolları
Uzaqda açılan səhərə sarı.
Yuxuma dolanar ana qolları -
Kəndimiz boylanar şəhərə sarı.
Uzanar, uzanar o aylı gecə -
Məni aydınlığa çıxarsın deyə.
O kəndin gecəsi gecəmdən keçər, -
Səmada ulduzlar çoxalsın deyə.
Uzanar, uzanar o dağ çayı da -
Tövşüyə-tövşüyə axar dalımca;
Yalvarıb-yapışar: bəlkə qayıdam,
Qayıda bilmərəm… baxar dalımca.
O yol da, o çay da yaxındır, nə qəm -
Axşam da mənimdir, səhər də mənim.
O kənddən ayrılan bir parça kəndəm -
Ömrümün davamı şəhərdə mənim…
1978
Адил Ъямил
28
İSTİSU
I
Bir bulağın gözündədir
Gözlərimin təmənnası.
Gül nazından doysa bülbül
Mən çəkəydim həmən nazı.
Hey baxıram köçənlərə -
Görən hanı köçən Lələ?
Sinəsindən keçənlərə
Çiçək razı, çəmən razı…
Göylər «uçar» yağış yağsa,
Güllər açar günəş doğsa.
Zirvəsində insan yoxsa
Bu dağların nə mənası?
II
Dedim çıxım bu dağlara,
Dağ üstündə dağ göründü.
Yaşıl dedim yamaclara,
Zirvə mənə ağ göründü.
Başım üstü əngin səma,
Ayağımın altı dərə.
Bir daş atsan dilə gələr,
Dindirməsən laldı dərə.
Fikrə daldım göy ətəkdə,
Güman üstə güman gəldi.
Gözlədiyim evdə qaldı,
Görüşümə duman gəldi.
197
8
Сечилмиш ясярляри
29
DAĞLARA QAYITMIŞAM
Bulud məni yağışına çağırır,
Zirvə məni yoxuşuna çağrır,
Dərə məni ağuşuna çağırır,
Göyəribdir yamac indi, yal indi.
…Uşaqlığım nadinc olub, kür olub,
Şıltaqlığım şəlaləylə bir olub.
O gədiklər bu gün mənə pir olub -
Səcdəsində ayaqlarım yalındı.
Duman bildim meşələrə çökəni,
Şimşək bildim göydə qılınc çəkəni.
Hanı külək, yırğalaya cökəni? -
Budağından damcılaya bal indi…
Sabahımda bu günümü gəzənəm,
Dağ hicrinə dağ əzmiylə dözənəm.
Ey Əslini xatırlayan təzənəm,
Dağlar üçün bir «Kərəmi» çal indi…
1975
Адил Ъямил
30
LAÇIN KƏNDİ
Bu kənddə anadan olmuş Məmməd Aslana
Burda dağlar üfüqlərə dirənib,
Burda dünya gül ətrinə bələnib.
Burda ömür bu dağlara güvənib,
Oğulsansa dağ kəndinə yaş ayır.
Laçınqaya laçınların yatağı,
Hər bulağı bir buludun «budağı».
Burda insan yuva seçib bu dağı
Qartal kimi zirvələrdə yaşayır.
Çiçəkləşir burda çiçək dərənlər,
Ölməzləşir burda ömür sürənlər.
Göz açandan belə dünya görənlər
Ya rəssamdır, ya bəstəkar, ya şair!
1978
Dostları ilə paylaş: |