Сечилмиш ясярляри
17
EV GÜLLƏRİ
İsti otaqların pəncərəsindən
Bir dəli həsrətlə baxar günəşə,
Baxar ev gülləri,
baxar həmişə…
Bir soyuq gizilti keçər canından,
Bəzən də quruyar həyəcanından -
Quruyar dibçəkdə göyərən bahar,
Quruyar havaya, günəşə sarı
Yaşamaq naminə «əyilən» bahar…
Evdən qaçmaq istər bu ev gülləri
Pəncərə tağından asılı qalar.
İçər bu günəşdən gün batanacan,
Udar bu havadan ev yatanacan.
Sonra da başlayar lal gecələrin
Bu ev güllərini havalandıran
havasızlığı.
Bir də ki, bir içim suya qıymayan
Mənzil sahibinin vəfasızlığı…
Ev gülü beləcə çəkər dərdini;
Açar sevincini gah qönçə-qönçə,
Gah da yarpaq-yarpaq tökər dərdini.
…Ölçərlər-biçərlər hər «addımını»,
Qəlibə salarlar boy artımını -
Kökləri sancılan torpaq tükənər…
Keçib dibçəyinin taxta səddini
Yerdəki torpaqla tapışa bilməz.
Evlərdə doğulan ev güllərinin
Kökləri torpaqdan yapışa bilməz…
1978
Адил Ъямил
18
SİBİRDƏN GƏLƏN MƏKTUB
Bir məktub almışam uzaq Sibirdən
Açmaq istəyirəm — əlim üşüyür.
Ayrıla bilmirəm doğma sətirdən,
Oxuya bilmirəm — dilim üşüyür…
Buz damır alnımın qırışlarından,
Məni bir soyuqluq bürüyür sanki.
İsinib alovlu baxışlarımdan
Sibir sətir-sətir əriyir sanki.
Açıram qəlbimin qapılarını —
Bir parça kağızda Şimal gəlibdir.
Çırpıb üst-başının bəyaz qarını
Bakıya sibirli Kamal gəlibdir.
Kəlmələr gümüşü bir nağıl deyir, —
Ağ varaq Şimalın «buz torpağıdır».
Bu məktub adicə bir məktub deyil,
Tayqa meşəsinin öz yarpağıdır…
1977
Сечилмиш ясярляри
19
ÇƏHRAYIYA ÇALAN DÜNYA
Çəhrayı üfüqlər qızaran yerdə
Çəhrayı yağışlar yağacaq bu gün.
Sonra da buludlar bozaran yerdə
Çəhrayı bir günəş doğacaq bu gün.
Çəhrayı buludun yağışı altda
Çəhrayı xanımlar uçunacaqdır.
Çəhrayı günəşin baxışı altda
Çəhrayı çiçəklər açılacaqdır.
Çəhrayı çəmənin çiyələkləri
Cüyür çəhlimində cücərəcəkdir.
Bir çılğın rəssamın göz bəbəkləri
Dünyanı çəhrayı köçürəcəkdir!..
1977
Адил Ъямил
20
İŞIQLAR, PƏRVANƏLƏR
Gecə pərvanələr gələr işığa,
Şəfəq tamarzısı, işıq açıtək
Açarlar işığa qanadlarını,
Çırparlar işığa inadlarını…
İşıq kürrəsinə sakin olanlar,
İşıq zərrəsinə hakim olanlar
İşıq çevrəsinə düşər beləcə.
Bir dəli atəşi soyutmaq üçün
Fırlana-fırlana bişər beləcə.
Gecə pərvanələr gələr işığa
İşığın suyuna çəkilmək üçün.
Gecənin qapqara üfüqlərinə
İşıq toxumutək tökülmək üçün…
1978
Сечилмиш ясярляри
21
GÖYÇAYDA BİR ÇİNAR GÖRDÜM
Bu qoca çinarın polad gövdəsi
Poladın üzünə qayıda bilər.
Bu uca çinarın bulud kölgəsi
Günəşin özünü soyuda bilər.
Budaqlar ömrünün yaşıl artımı -
Böyüyüb, günəşə çatıb bu çinar.
Yaşıl beşiyini yuxu aldımı
Baş qoyub buluda yatıb bu çinar.
Baxdım vüqarına mən dönə-dönə –
Ağac daşdan keçib öz inadıyla.
İndi də səmanın aynabəndinə
Sarılmaq istəyir qol-qanadıyla…
1978
Адил Ъямил
22
MƏNƏ TOXUNMAYIN
Mənə toxunmayın, yaman kövrəyəm,
Kövrəyəm sozalmış gül yarpağıtək.
Dünyanın dərdini çəkən ürəyəm,
Tutqunam bəşərin qaşqabağıtək.
Sıxır ürəyimi dəmir barılar,
Köksümdə cəlladlar alayı yatır.
Bağırsam dünyanın bağrı yarılar —
Sinəmdə Buhenvald harayı yatır.
Qanlı cəbhələrin mərmiləriylə
Ovulmuş torpağam, para-parayam.
Azadlıq ətirli nəğmələrimlə
Çiliyə çilənən Viktor Xarayam.
…Mənə toxunmayın, yaman kövrəyəm,
Kövrəyəm sozalmış gül yarpağıtək.
Dünyanın dərdini çəkən ürəyəm,
Tutqunam bəşərin qaşqabağıtək…
1978
Сечилмиш ясярляри
23
TALISTAN
Meşə quş səslidir, quş nəfəslidir,
Turacın nəğməsi təzədir burda.
Qayalar dağların dəbilqəsidir,
Ağaclar ovxarlı nizədir burda.
Kiminsə qəlbinin ilk məhəbbəti
Yamacda közərən laləyə dönüb.
İgid Cavanşirin dağ əzəməti
Dağın yaddaşında qalaya dönüb.
Şəlalə zirvədən millənib yerə,
Gümüş damcıları duya biləydim…
Bütün ürəkləri kaş bircə kərə
Bu saf damcılarla yuya biləydim.
Meşənin bəyitək dayanıb palıd,
Dağ çayı gəlintək dillənib gedir.
Bağrı şimşək ilə yarılan bulud
Ayağım altında sellənib gedir.
Çiçəklər sözünü çəmən boyunca,
Bulaqlar sirrini yol üstdən deyir.
Gövhər torpağını öpdüm doyunca,
Ürəyim hələ də Talıstan deyir.
1976
Dostları ilə paylaş: |