Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə22/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   18   19   20   21   22   23   24   25   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

813



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Beləliklə, 2000-ci ildən başlayaraq Azərbaycan KİV-də etik davranış qaydalarının 

pozulması hallarına daha çox diqqət yetirilməyə başlanılsa da, reallıq hələ də bu sahədə bir 

sıra neqativ halların olduğunu göstərir. Bunu isə, təbii hesab etmək olar. Çünki ötən əsrin 90-

cı illərində müstəqilliyini yenidən bərpa edən Azərbaycanda jurnalistlərin etik davranış qay-

dalarına dair yazılı kodeks də məhz bu dövrdə yaranmışdır. Avropa və ABŞ-da isə jurnalist-

lərin etik kodeksləri xeyli əvvəl formalaşmışdır. Təbii ki, Avropa və ABŞ-da jurnalistlərin 

etika kodeksi tətbiq edildiyi ilk dövrlərdə müəyyən problemlər və narazılıqlar olub. Bu 

vəziyyət hazırda Azərbaycan üçün də xarakterikdir. Ancaq təcrübə göstərir ki, xarici ölkələrdə 

olduğu kimi, Azərbaycanda da müəyyən dövrdən sonra KİV-də müşahidə edilən mənfi ten-

densiyalar, o cümlədən etik davranış qaydalarının pozulması halları aradan qalxacaq, jurna-

listlər cəmiyyət qarşısında məsuliyyətlərini daha yaxşı anlayacaqlar. 



 

 

TERMİN VƏ TERMİNOİDLƏRİN SPESİFİK XÜSUSİYYƏTLƏRİ 

 

Günel PAŞAYEVA 

Sumqayıt Dövlət Universiteti 



p.gunel@hotmail.com 

AZƏRBAYCAN 

 

Məlumdur ki, dilçiliyin digər sahələri ilə müqayisədə terminoloji leksika gündəlik həya-



tımızın ayrılmaz hissəsi olan ictimai proseslərlə sıx əlaqədədir. Dilçilikdə terminlərə müxtəlif 

təriflər verilmişdir. Təriflərə  əsasən  demək olar ki, termin elm, texnika, iqtisadiyyat və mə-

dəniyyət sahəsində dəqiqləşmiş anlayışları adlandıran, izah edən, definitiv funksiyaya malik 

olan söz və söz birləşmələridir. Temin özü sözdür, dilin əsas vahidi, tarixi kateqoriyadır. Lakin, 

terminləri sözdən  fərqləndirən  əsas cəhət onun xüsusi funksiya daşımasıdır. Bu baxımdan 

terminlər ixtisasçılar  tərəfindən başa düşülən söz qrupu hesab olunur. Termin hansısa bir 

sahədə dəqiqləşmiş müxtəlif anlayışları ifadə edir, onu özünəməxsus şəkildə izah edir. Əgər 

elmi texniki anlayışı ifadə etmək üçün sözə müraciət etsək, anlayış haqqında dəqiq və konkret 

məlumat almaq qeyri – mümkün olacaq. Hər bir dilin terminologiyası özündə spesifik 

adlandırma anlayışını  birləşdirir ki, bu anlayış Azərbaycan dilinin terminologiyasından da 

yan keçməyib.  İstənilən söz termin kimi çıxış edə bilməz. Yalnız müəyyən xarakterik 

əlamətlərə (monosemantik, ekspressiyadan məhrum) məxsus olan sözlər termin ola bilmək 

statusu qazanır. Termin  hər hansı bir dilin elə bir leksik vahididir ki, xüsusi terminoloji 

mənaya malik olur. Bu məna sözlərlə ifadə oluna bildiyi kimi, xüsusi formullarla da (məsələn 

ixtisarlar və ya abreviaturalar ilə) ifadə oluna bilir. Terminin fəaliyyəti və inkişafı onun aid 

olduğu sahənin fəaliyyət  əhatəsindən və inkişaf dinamikasından asılıdır. Bu səbəbdən də 

terminlərin və onların meydana gəlməsi prosesinin, funksional xüsusiyyətlərinin bir sıra 

özəllikləri qeyri-linqvistik amillərlə  müəyyən edilir. Ekstralinqvistik amillər hesaba alınmasa, 

termin öz informativliyini itirmiş olar. Belə ki, termin terminoloji leksikayla bağlı hər hansı 

bir anlayışı daha dəqiq və tam şəkildə ifadə edərək elmin mövcud səviyyəsinə  və  tələbinə 

cavab verməlidir. Bir sahədə termin kimi qəbul edilən leksik vahid digər bir sahədə asanlıqla 

anlaşılmaz söz və ya digər bir anlayışın ifadəçisi kimi qəbul edilə bilər. Məsələn, “siçan” sözü 

informasiya texnologiyaları sahəsində başqa anlamda (kompüteri idarə edən detal), zoologiya-

da isə tamam başqa anlamda (canlı, kəsəyən) qəbul edilir.  Bununla paralel olaraq, Azərbay-

can dilində  bu sözün ruscadakı ekvivalenti olan “мышь” və ya “мышка”, ingilis dilindən 

mənimsənilmiş “maus” sözlərinə  də rast gəlinir. Bu hal rus dilində  də müşahidə edilir. 

Sadəcə, Azərbaycan dilindən fərqli olaraq işlənir. Azərbaycan dilində “siçan” sözünün ingilis 

və rus dilindən alınmış ekvivalentləri zooloji termin kimi işlədilmir. Bu qarışıqlıq yalnız 

informasiya texnologiyaları sahəsində müşahidə edilir. Bəs eyni bir anlayışın bir neçə leksik 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

814



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dublikatının olması terminologiya üçün nə dərəcədə doğrudur? Məlum olduğu üzrə, termino-

logiya konkretliyi, monosemantikliyi və lakonikliyi “sevir”. Bunu təmin etmək üçün Azərbay-

can Respublikasında terminoloji leksikanın inkişafı  və  tənzimlənməsinə  nəzarət edən, eyni 

zamanda terminlərin unifikasiyası ilə məşğul olan komissiya yaradılmışdır. Komissiya-nın ya-

radılmasına zərurət, yuxarıda haqqında danışdığımız qarışıqlıq və anlaşılmamazlıqların aradan 

qaldırılmasından doğub.  

Termin sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə termin 

sözünün mənşəyini “dərmək” feilinin qədim şəkli olan “ter”(türkcə) sözünə bağlılığını qeyd 

edirlər. Türk alimi Hamza Zulfukar bu sözün latınca “son”,” sərhəd” mənasında olan “termi-

nus” kəlməsinə bənzərliyindən söhbət açaraq bildirmişdir ki, bu söz “ter” feilinə - im morfe-

minin qoşulmasıyla yarana bilər və bir araya gətirmək, səliqəyə salmaq mənası verən “ter-

mek” (dərmək) feilindən törəməsi daha məqsədəuyğun hesab edilə bilər. Məlumdur ki, bu gün 

də dilimizdə  işlənən elə sözlər vardır ki, əslində alınma libasında görünsə  də tarixən  türk 

kökənli söz olduğu isbat edilmişdir. Əlbəttə, türk dillərinin də geniş dil imkanları olduğundan,  

söz mübadiləsinin burada da olduğu inkaredilməz faktdır. Bu baxımdan müəllifin fikri haqqlı 

ola bilər.  

 Bir çox müəlliflər statistik yolla  müəyyən edilən terminoloji çərçivəni daha da geniş-

ləndirməyə can atır. Bu məqsədlə termin və terminoid terminləri fərqləndirilir.Terminoid de-

dikdə, elə leksik vahidlər nəzərdə tutulur ki, onlar termin səciyyəli olmalarına baxmayaraq 

terminlər qarşısında dayanan tələblərə tam cavab vermir və keçid mövqedə dayanır. V.A. 

Tatarinov terminoidləri  terminəoxşar, qeyri-müəyyən statuslu sözlər kimi dəyərləndirir. Bu-

nunla yanaşı, müəllif  terminonim deyilən sözləri də fərqləndirməyi lazım bilir. Terminonim 

dedikdə isə, xüsusi mətnlərdə termin funksiyası yerinə yetirən və hətta terminlərin formalaş-

masında aktiv iştirak edən sözlər nəzərdə tutulur.“Termin” anlayışının dilçilikdə çoxfunksiya-

lılığı ilə yanaşı, “terminin funksiyası” anlayışı da elm üçün bu gun də aktuallıq kəsb edir. Ter-

minin nominativlik, informativlik, reprezentativlik və emosionallıq kimi funksiyaları vardır. 

Lakin onlardan  ən başlıcası informativ funksiyadır. Məhz informativlik terminləri dinamik 

leksik vahidə çevririr, çünki insanın yeni-yeni məlumatlar əldə etmək eşqi sönməzdir.  

Texnologiya və elmdə ixtiralar, kəşflər edildikcə ortaya çıxan yeni anlayışlar üçün yeni 

terminlər yaratmaq lazım olur. Əlbəttə, termin elmi üslub üçün səciyyəvi xarakter daşıdığından 

elmlə məşğul olan insanlar da yeni anlayışlar haqqında ancaq bu şəkildə bir-birləriylə ünsiy-

yət qururlar. Təhsil sahəsində çox böyük əhəmiyyətə malik olan terminlər dilin mədəniyyət və 

elminin inkişaf göstəricisi hesab edilə bilər. 



 

 

ARİF ƏRDƏBİLİNİN “FƏRHADNAMƏ”ƏSƏRİNİN OBRAZLAR 

SİSTEMİ VƏ ONLARIN NİZAMI QƏHRƏMANLARINDAN                     

FƏRQLİ XÜSUSİYYƏTLƏRİ 

 

Mətanət MUSTAFAYEVA 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 



reshad_mustafa@mail.ru 

AZƏRBAYCAN 



 

Arif  Ərdəbili ənənəvi “Xosrov və Şirin” mövzusunu “Fərhadnamə” kimi işləmiş, qələmə 

aldığı hadisələrin həyati ünsürlərlə təsvirinə xüsusi diqqət vermiş, obrazları qeyri–real, xə-yali 

şərait və təbiətdə canlandırmaq üsulundan uzaqlaşmağa çalışmışdır.  

“Fərhadnamə”də Fərhad ön plandadır, Nizaminin əsərində olduğu kimi səhnəyə gec gəlib, 

tez gedən sadə bir daşyonan obrazı deyil. Ərdəbili  Fərhadı Çin fəğfurunun oğludur, mərddir, 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə