III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
801
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şəkillərinə təsadüf etmək olurdu”–deyən ədib bu yolla Şərqdəki Qərb meyillərinə diqqət
çəkmək istəmişdir. Şərqdə Qərb əhval ruhiyyəsini təsvir edən bu xırda cəhətlər xaric, Şərqdə
Qərbləşmək ab-havası hiss edilmir.
Ordubadi əsərində təzadlı fikirlərlə çıxış edib, Şərq qadınının gözəlliyini ucaltsa da
“xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbiz qadınlarına məxsus
gözəllikdir” desə də , əsərdə əsas obraz olaraq qərbli qadın seçilmişdir. Ədib romanda Saib,
Əndəlib, Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur
sənətkarlarınını da xatırlayır.
Şərqdəki inkişafın hər sahəsinə diqqət çəkilən və əsaslandırılan “Qılınc və Qələm” əsəri
də bu baxımdan qiymətlidir. Əsərdə müəllif Firdovsidən bəhs etmiş, hətta bəzən onun
müəyyən fikirləriylə razılaşmadığını bildirmişdir. Lakin buna baxmayaraq Ordubadi Şərqin
dahi sənətkarına böyük ehtiramla yanaşmışdır. Naxçıvan ədəbi mühitində yaranan
ədəbiyyatda Şərq mövzusu, Şərqi öyrənmək, təbliğ etmək geniş vüsət tapmışdır. Şərqə maraq,
Şərqi tərənnüm etmək XIX-XX əsrlərdə əvvəlki dövrlərə nisbətən zəif olsa da, müəyyən qrup
sənətkarların yaradıcılığında bu motiv güclü idi.
Mənbələrdə göstərilir ki, Ə.Qəmküsar da Şərq və Azərbaycan ədəbiyyatını dərindən
mənimsəmişdir. Məsələn, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov özünün “Ə.Qəmküsar
yaradıcılığında Şərq-türk ədəbiyyatına münasibətin tənqidi-realist prinsipləri” adlı
məqaləsində qeyd edir: “Əliqulu Qəmküsarın Şərq–türk ədəbiyyatı ilə bağlılığında aşağıdakı
məqamlar daha çox diqqəti cəlb etməkdədir:
1.Klassik Şərq şeiri şəkillərindən istifadə;
2.Şərq ədəbiyyatı tarixində mühüm yer tutan məşhur yazarların və ya surətlərin nəzər
nöqtəsinə çəkilməsi;
3.Klassik Şərq-türk ədəbiyyatına ehtiram;
4.Çağdaş türk müəlliflərinin yaradıcılığına tənqidi münasibət” .
Hüseyn Cavid isə Şərqi öz əsərlərində özünəməxsus bir şəkildə əks etdirirdi. Məlumdur
ki, “Şeyx Sənan” Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciədir. Və bu mövzunun
tarixi, yaxud əfsanəvi olub olmaması xüsusi bir söhbətin mövzusudur.
Fakt budur ki, H.Cavid bu möhtəşəm əsərində-romantik faciədə ilahi eşq problemini
qoyur. Əsərin sonunda Şeyx Sənan Xumarın əlindən tutub “Ya allah!” deyərək uçuruma atılır.
“Uçalım, haqqa doğru, gəl uçalım!” -deyir Şeyx Sənan. Oxucu bu uçurumdakı yüksəkliyi dərk
edir.
Tək Tanrılı türkün müqəddəs “Quran” vasitəsilə öyrəndiyi cənnətin qədim türk
dilindəki sinonimi uçmaq idi. Dərvişin xəbər verdiyi və ümumun şəhadət gətirdiyi kimi Şeyx
Sənanla Xumarın fəzada sanki bir mələk olaraq uçduqlarını bütünlüklə romantizm ədəbi
metodunun imkanları çərçivəsində incələmək yetərli deyil, burada göyə qayıdan türk oğlu
Sənan var, Tanrı sevgisinin müqabilində cənnətlə -uçmaqla müjdələnmiş Sənan var”.
Amma daha konkret müqayisə göstərir ki, o, məhz bir Nitsşedir. Burada Nitsşenin ideya
obrazı onun “Zərdüşt belə demişdir” əsərindəki nurani Qoca obrazı ilə bir araya gətirilir.
Caviddə ixtiyar, nurani Dərviş ağaclıqdan Şeyx Sənanın qarşısına çıxır. Nitsşenin nurani
Qocası meşədə Zərdüştün qarşısına çıxır və ona insanlardan uzaq olmağı məsləhət görür:
“Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, mən
insanları qədərindən artıq sevirdim? İndi yalnız Allahı sevirəm. İnsanları sevmirəm daha.
İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur”.
Cavid “Səyavuş” əsəri ilə Şərqin böyük sənətkarı Firdovsiyə olan etiramını nümayiş
etdirdi. “Firdovsi və onun “Şahnamə”silə bizim ədəbiyyatımız arasında böyük bir əlaqə var-
dır. Bu əlaqə dörd şəkildə meydana çıxmaqdadır: 1) Firdovsi qəhrəmanlarının xalq yaradıcı-
lığına təsiri; 2) Ədiblərimizin Firdovsiyə münasibəti; 3) “Şahnamə”dən müxtəlif parçaların
tərcümə edilməsi; 4) Bədii yaradıcılıqda Firdovsi üslubunun təqlid olunması”.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
802
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XX əsrin ilk illərində E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi və H.Cavid yara-
dıcılığında xüsusi yer tutan qadın azadlığı məsələsi Şərq ədəbiyyatı ilə ortaqlıq təşkil edən
hadisələrdəndir.
Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Məşhur şair-
lər, nasirlər, elm və mədəniyyət xadimləri yetirən bu torpaqda olduqca zəngin ədəbi mühit
formalaşmışdı. Bu illərdə yaradılan ədəbiyyatda tarix, incəsənət, psixologiya, pedoqojika,
coğrafiya, politologiya, dilçilik və sair kimi elmlərin izləri vardır.
EYNƏLİ BƏY SULTANOV BİR FOLKLORŞÜNAS KİMİ
Elxan MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsi
elxan.yurdoglu@yahoo.com
AZƏRBAYCAN
XIX əsrin sonlarında H.Zərdabi, F.Köçərli, E.Sultanov, Y.V.Çəmənzəminli kimi Azər-
baycanın görkəmli simaları şifahi xalq ədəbiyyatımıza ciddi maraq göstərmiş, ondan lazı-
mınca bəhrələnərək folklor materiallarını toplamış, tədqiqinə çalışmışlar.
Belə ziyalılardan biri olan Eynəli bəy Sultanovun folkorşünaslıq fəaliyyəti də bu baxım-
dan diqqəti cəlb edir. XX əsr ədəbiyyatşünaslıq elmimizin görkəmli simaları folklor məsələ-
lərindən bəhs edərkən E.Sultanovun adını həmişə ön sıralarda çəkmişlər.
E.Sultanovun folklorşünaslıq fəaliyyətinin tədqiqi, öyrənilməsi folklorşünaslıq qarşısın-
da duran əsas məsələlərdən biri olmuşdur. Düzdür, Eynəli bəy Sultanovun folkorşünaslıq
fəaliyyəti ətraflı tədiqaqata ilk dəfədir tərəfimizdən cəlb olunur. Buna baxmayaraq folklor-
şünaslıq tariximiz öyrənilərkən E.Sultanovun bu fəaliyyəti diqqətdən yayınmamışdır.
Abbas Zamanovun, Aidə Feyzullayevanın, Adil Mişiyevin, İsa Həbibbəylinin, Paşa
Əfəndiyevin, İzzət Maqsudov və digərlərinin tədqiqatlarının bir hissəsini E.Sultanovun folk-
lorşünaslıq fəaliyyətinin öyrənilməsi təşkil edir.
XIX əsrin sonlarından E.Sultanov folklorla ciddi maraqlanır, xalq məsəlləri və atalar
sözlərini toplayır, onların ideya-bədii xüsusiyyətləri haqqında məqalələr yazırdı.
Ədibin folklorşünaslıq fəaliyyətindən danışan Z.Əlizadə bildirir ki, “XX əsrin əvvəl-
lərinə qədər folklor nümunələrinin toplanması, nəşri, öyrənilməsi təsadüfi, kortəbii səciyyə
daşımış, bu iş ayrı-ayrı maraq sahiblərinin zövqünə müvafiq şəkildə görülmüşdür. Buna bax-
mayaraq folklor materiallarının həyat üzü görmələrində ziyalılarımızın böyük əməyi olduğunu
deməliyik. XIX əsrdə Azərbaycan folklorunun bütün janrlarına aid nümunələr—atalar sözü,
zərb məsəl, tapmaca, əfsanə, nağıl və s. toplanıb rus mətbuatında çap etdirilmişdir. Bu sahədə
Eynəli bəy Sultanovun xidməti təqdirəlayiqdir”.
E.Sultanovun geniş ictimaiyyətə təqdim olunmasında A.Zamanovun rolu danılmazdır.
A.Zamanov məqalələrində E.Sultanovun folklora münasibəti, fəaliyyətində folklora bağlılığı
barədə dəyərli mülahizələr irəli sürmüşdür. O, E.Sultanovun “Seçilmiş hekayələr” kitabına
yazdığı ön sözdə bu məsələyə münasibətini bildirmiş, E.Sultanovun folkloru toplamasıyla
yanaşı, bədii əsərlərində folklor nümunələrində istifadə etməsini diqqətə çatdırmışdır.
Bu sahədə əhatəli tədqiqatlar İzzət Maqsudova məxsusdur. İ.Maqsudov ədibin folklor-
şünaslıq fəaliyyətinə geniş yer ayıraraq yazır: “E.Sultanov xalq ədəbiyyatını toplayıb nəşr
etdirməkdə böyük xidmətlər göstərmişdir. Çox maraqlıdır ki, o, inqilabdan əvvəlki ağır bir
şəraitdə, bütün çətinliklərə sinə gərərək 3000-ə qədər atalar sözü toplamış, onları elmi surətdə
təsnifləşdirib, bir qismini rus mətbuatında nəşr etdirmişdir. Onun xalq ədəbiyyatı, aşıq
yaradıcılığı haqqındakı fikirləri ayrıca tədqiqə layiqdir”.