79
3.2. А zə rbа ycа ndа iqtisа diyyа tın sə mə rə li strukturunun fо rmа lаş dırılmа sı
problemlə iri və hə lli yolları
Makrosəviyyədə ölkə iqtisadiyyatının səmərəli strukturunu formalaşdırmaq
olduqca mürəkkəb, çətin və məsuliyyətli vəzifədir. Belə ki, iqtisadiyyatın
strukturunun dəqiq müəyyənləşdirilməsi və əsaslandırılması müvafiq şərtlərə
istinad edən və çoxlu amillərin təsirinə məruz qala bilən uzunmüddətli və
mürəkkəb prosesdir. Birmənalı qeyd etmək olar ki, istənilən ölkənin iqtisadiyyatı
düz xəttə uyğun inkişaf etmir, tənəzzüllü, böhranlı, eləcə də, inkişaf meylli,
sıçrayışlı dövrlərlə müşayiət olunur.
Iqtisadiyyatın fəaliyyətinə, onun çoxşaxəlı inkişaf perspektivlərinə bilavasitə
təsir göstərən amillər sırasında struktur böhranı xüsusi rol oynayır. Məhz struktur
böhranları iqtisadiyyatda səmərəlı yolların axtarılmasını, köhnə iqtisadi struktura
yenidən baxılmasını, iqtisadiyyatın idarə olunması və tənzimlənməsində yeni
metodların, mexanizmlərin tapılmasını obyektiv zərurətə çevirir.
Yeni iqtisadi sistemə keçən müstəqil Azərbaycanın keçid dövrü üçün
səciyyəvi olan iqtisadiyyatı da struktur böhranı ilə üzləşmişdir və bunun bəzi
spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətləri doğuran səbəbləri belə
təsnifləşdirmək olar: inzibati-amirlik təsərrüfatçılıq sistemindən miras qalan ifrat
inhisarçılıq, əvvəllər mövcud olan çoxşaxəli iqtisadi əlaqələrin pozulması, xarici
iqtisadi əlaqələr istiqamətinin yeniləşməsi, iqtisadi proseslərin idarə olunması və
tənzimlənməsindəki dəyişikliklər, bazar münasibətlərinə istinad edən sistemin
formalaşmasının ilk dövrlərində iqtisadiyyatın ifrat "sərbəstləşməsi", xarici
bazarlara müstəqil çıxışın əldə edilməsi, makroiqtisadi proseslərin istiqamətinin
dəyişdirilməsi, respublika hökumətinin düşünülmüş xarici iqtisadi inteqrasiya
siyasətinin formalaşdırılması və s. səbəblər müstəqilliyin ilk illərində dövriyyəyə
buraxılmış milli manatın alıcılıq qabiliyyətinin çox sürətlə aşağı düşməsinə gətirib
çıxarmış, bunun nəticəsində inflyasiya prosesi idarəolunmaz vəziyyətə düşmüş,
iqtisadiyyatda struktur böhranı daha da dərinləşmiş, iqtisadiyyatın xammal
yönümlü resurs ixraclı istiqamətini daha da gücləndirmişdır.
80
Keçmiş SSRI dövründə az əhəmiyyətli, xüsusi texniki və texnoloji yeniliklər
tələb etməyən, lazımsız, standart çeşidlı istehlak malları istehsalına üstünlük verən
müəssisələrin yaradılması isə keçid dövründə struktur böhranını daha da
qabаrtmışdır. Belə sahə və müəssisələrin yaradılmasına olan sürətli meyl
bütövlükdə istehsalın maddi-texniki, texnoloji bazasının da zəifləməsinə səbəb
olmuşdur. Istehsalın qeyri-ixtisaslaşdırılmış strukturunun yaranması resurslara
üstünlük verən ekstensiv təkrar istehsalı gücləndirirdi. Nəticədə ölkənin nəinki
istehsal, həmçinin qeyri-istehsal sferası da iflic vəziyyətində idi. Bu isə, öz
növbəsində, makroiqtisadi inkişafı ləngidirdi.
Deyilənlərdən çıxış edərək, struktur böhranını birtərəfli nəzərdən keçirmək
olmaz, təhlildə sistemlik və təsərrüfat mexanizminin bütün elementlərinin qarşılıqlı
ə
laqəsi təmin olunmalıdır. Ona görə də struktur böhranı - iqtisadi sistemin yalnız
ayrı-ayrı elementlərini deyil, bütövlükdə sistemi əhatə edən böhranın xüsusi
növüdür.
Sözsüz ki, "iqtisadiyyatın strukturu" və "struktur böhranı" anlayışları bir-biri
ilə üzvi əlaqədə və qarşılıqlı təsirdə öyrənilməlidir. Bu zaman nəzərə almaq
lazımdır ki, müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə həyata keçirilən struktur
siyasəti, bundan irəli gələn strateji vəzifələr eyni olmur. Eyni zamanda aparılan
islahatların prioritet istiqamətləri, iqtisadiyyatda struktur dəyişikliklərinin
metodları da çoxşaxəlidir. Belə olduğu halda, makroiqtisadiyyatın transformasiya
prosesinin obyektiv və subyektiv amilləri transformasiya qanunauyğunluqlarının,
prinsiplərinin işlənməsini, nəzəri və metodoloji əsaslarının ümumiləşdirilməsini
zərurətə çevirir.
Burada əsas məsələlərdən biri makroiqtisadi strukturda böhran təzahürlərinin
aradan qaldırılması vəzifələrinin və təkrar istehsal səviyyəsində aşkara çıxarılmış
formal-real və real-formal ümumiləşdirmələr arasında aydın görünən ziddiyyətlərin
həll olunması üzrə taktiki tədbirlərin işlənməsinin müəyyən edilməsidir.
Hazırda respublika iqtisadiyyatında həyata keçiriləcək islahat tədbirləri
struktur dəyişikliklərinin qanunauyğunluqlarından irəli gəlir ki, bunları ani
81
ə
laqələrə deyil, iqtisadiyyatın strukturunun formalaşmasının uzunmüddətli prosesi
kimi əks etdirən xüsusiyyətlərə aid etmək olar.
Qanunauyğunluqlar təkcə iqtisadiyyatda əsas kapitalın quruluşuna deyil, həm
də müəyyən texnomühitin şəklini dəyişən əlaqələrin, istehsal amillərinin
məcmusunu müəyyən edən təşkilati-iqtisadi struktura toxunur. Mikro və makro
iqtisadi səviyyədə texnoloji təzələnmənin zəruriliyi bununla diktə olunur. Müasir
mərhələdə bu qanunauyğunluğun təzahürü onunla şərtlənir ki, bütün müəssisələrin
yalnız 10-20%-nin texniki səviyyəsi makroiqtisadiyyatın müasir tələblərinə cavab
verir. Bu vəziyyəti əyani surətdə respublikanın maşınqayırmа kompleksinin
timsalında görmək olar. Araşdırmalardan məlum olur ki, kompleksə daxil olan
müəssisələrdəki avadanlıqların böyük əksəriyyəti (32,2%-dən 64,2%-dək) istismar
müddəti 5 ildən 10 ilə qədər olanlardır və xidmət müddəti 5 ilə qədər olan
avadanlıqlar istehsal vasitələrinin 0,25 hissəsini belə təşkil etmir. Həmin
müəssisələrdə avtomatik avadanlıqların xüsusi çəkisi cəmi 2,5% təşkil edir.
Maşınqayırma kompleksində dəzgah parkının aşınması da çox yüksəkdir. Əgər
bütövlükdə respublika sənayesində 20 ildən yuxarı yaşı olan avadanlıqlar 15%
təşkil edirsə, maşınqayırmada bu göstərici 18,6% təşkil edir. Təbii ki,
respublikanın maşınqayırma kompleksindəki bu texnoloji gerilik istehsal olunan
məhsulların keyfiyyətində və qiymətlərində də əks olunduğuna görə, həmin
məhsullar müasir dünya standartlarına cavab vermir və rəqabət qabiliyyətində
deyildir. Səmərəliliyi ifadə edən texniki-iqtisadı göstəricilərin aşağı səviyyədə
olması isə bu gün respublikanın makroiqtisadi göstəricilərində müsbət meyllərin
inkişafını ləngidən amillərdən birinə çevrilmişdir.
Ölkənin iqtisadi strukturunda maşınqayırmа kompleksinin yüksək
ə
həmiyyətini nəzərə alaraq, bazar iqtisadiyyatına keçid şəraitində elmi-texniki
tərəqqinin müasir tələblərinə cavab verən maşınqayırma məhsulları istehsal etmək
üçün, birinci növbədə, fiziki və mənəvi cəhətdən köhnəlmiş maşın və
avadanlıqların daha məhsuldar, dünya standartlarına uyğun, mütərəqqi
texnologiyaya əsaslanan yeniləri ilə əvəzlənməsi tələb olunur. Bütün bunlar isə
böyük məbləğdə investisiya qоyuluşları, dövlət büdcəsindən təxsisatlar tələb edir.
Dostları ilə paylaş: |