44
Bəşir Bəylər oğlu Kərimov 1976-
cı il fevral ayının 2-də Füzuli rayo-
nunun Qacar kəndində dünyaya göz
açmışdır. 1983-cü ildə kənd orta
məktəbinin birinci sinfinə getmiş,
1991-ci ildə səkkizinci sinfi bitirə-
rək, Füzuli şəhərindəki texniki-peşə
məktəbində təhsilini davam etdir-
mişdir. O, doğma kəndinin müdafiəsi üçün daim əs-
gərlərlə birgə postlarda olur, ərzaq və patron daşınma-
sında onlara yaxından kömək edirdi. 1993-cü ilin ap-
rel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş
yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igid-
liklə vuruşurdu. B. Kərimov Qacar kəndinin işğalın-
dan sonra ailəsi ilə birgə Dilagarda kəndində məskun-
laşdı. Sən demə, qaçqınlıq həyatı onun alnına yazılıb-
mış, 1993-cü ilin avqustunda Füzuli rayonu işğal
olundu. Bundan sonra onlar İmişli rayonunun Yalavac
kəndindəki texniki-peşə məktəbinin binasında sığına-
caq tapmağa məcbur oldular. Doğma yerlərin işğalı
ona rahatlıq vermirdi. O, daim cəbhəyə can atırdı.
B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan ra-
yon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıraları-
na çağrıldı.
Hərbi xidmətini Pirəküşküldəki hərbi hissədə başla-
dı. Sonra, 3-4 oktyabr 1994-cü il hadisələri zamanı
Gəncədə 777 saylı hərbi hissədə qulluq etdi.
1995-ci il mart ayının
13-17-də düşmən dəyirma-
nına su tökən bir qrup vəzi-
fə hərislərinin başçılıq etdi-
yi silahlı dəstə Bakıda döv-
lətçiliyimizi təhlükə altın-
da qoydu. Dövlət tərəfindən
onlara silahı yerə qoymaq
təklif olundu. Lakin silahlı
dəstə əmrə tabe olmadı,
qarşıdurma yarandı, qardaş
qanı axıdıldı. B. Kərimov
da döyüş dostları kimi
dövlətçiliyimizin müdafi-
əsinə qalxdı. Bu qarşıdur-
mada onun gənc ömrü qırıl-
dı.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fərma-
nı ilə Kərimov Bəşir Bəylər
oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəh-
rəmanı” fəxri adı verilmiş-
dir.
Fevral
35 illiyi
Bəşir Kərimov
1976-1995
Milli
Q
əhr
əman
2
45
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edil-
mişdir.
Ədəbiyyat
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Bəşir Bəylər
oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət
quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-
1995.- 5 aprel.- S.1.(Ölümündən sonra).
Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.109.
Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.110.
Kərimov, B. Qəhrəman oğullarla fəxr edirik: [Atası və qardaşının Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevə təşəkkür məktubu] /B.Kərimov, Q.Kərimov
//Azərbaycan.- 1995.- 14 aprel.- S.3.
Saqibə Mehrəliyeva
Bu ki, vətən yürüşüdü,
Bu ki, qeyrət vuruşudu,
Bu ki, namus döyüşüdü
Qurban gedən oğul varsa,
Ana yurdun bu sabahla
görüşüdü.
...Vətən yoxsa, torpaq yoxsa,
yaşamağın yeri nədir?!
Ulu tanrım!
Sən şərəfli ölümlərə
öyrət məni.
Sonra, sonra,
Torpağımın sabahında,
Öz qanımdan göyərt məni!.
Musa Yaqub
46
Lütfi Rəhim oğlu Ələsgərzadə (Lüt-
fi Zadə) 1921-ci il fevral ayının 2-də
Bakıda ziyalı ailəsində dünyaya gəl-
mişdir. Onun atası I Dünya müharibəsi
illərində Cənubi Azərbaycanın Ərdəbil
şəhərindən Bakıya gəlmiş və burada ai-
lə qurmuşdur. Lütfi Bakıda 16 saylı
məktəbdə təhsil almışdır.
1932-ci ildə keçmiş Sovetlər dövründə İran və-
təndaşları olan azərbaycanlıların ya Sovet Azərbayca-
nında qalıb buranın vətəndaşlığını qəbul etmək, ya da
ölkəni dərhal tərk edib getməklə əlaqədar çıxarılan
qərardan sonra Ələsgərzadələr ailəsi Bakını tərk edə-
rək Tehrana köçmüşlər. Balaca Lütfi o vaxt rusdilli
məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdük-
dən sonra təhsilini amerikalıların Albors missioner
məktəbində davam etdirmiş, bu məktəbdə böyük alim
ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədə-
niyyəti haqqında məlumat əldə etmişdi. Lütfi Zadə or-
ta təhsilini tamamladıqdan sonra Tehran Universiteti-
nin Elektrik Mühəndisliyi fakültəsinə daxil olmuş,
onun Amerika həyatı isə 1944-cü ildən başlamışdır.
Lütfi Zadə Tehran Universitetini böyük uğurla
başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına
gəlmiş və təhsilini Massaçusets Texnologiya İnstitu-
tunda davam etdirmişdir. 1947-ci ildə valideynlərini
də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya
Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya
Universitetində elektron mühəndisliyi üzrə magistr,
1957-ci ildə isə professor
dərəcəsi almışdır. Həmin
vaxt Lütfi Zadə məşhur
alim, kibernetikanın atası
hesab olunan Norbert Vine-
rin tövsiyəsilə Kaliforniya-
ya, bu ştatdakı Berkli Uni-
versitetinə gəlmiş, bu günə
qədər də Berkli Universite-
tinin professoru olaraq qa-
lır. O, bu ali təhsil müəssi-
səsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir.
Bu gün dünya elminə
Lütfi Zadənin 5 mühüm nə-
zəriyyəsi məlumdur. Hazır-
da onlar elm və istehsalatda
geniş şəkildə tətbiq olunur.
Lütfi Zadəyə dünya şöhrəti
qazandıran, onun dünya el-
mində inqilab hesab olunan
qeyri-səlis məntiq (ingilis-
cə: Fuzzy Logic, rusca: Не-
четкая Логика, türkcə: Bu-
lanık Mantık) nəzəriyyəsi-
dir. Aparıcı dünya şirkətlə-
rinə inanılmaz məbləğdə
gəlir gətirən bu nəzəriyyə
1965-ci ildə işlənib ha-
Fevral
90 illiyi
Lütfi Zadə
1921
Alim
4