Müasir dövr
Тарих вя онун проблемляри, №4 2010
111
ULDUZ
QULİYEVA
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitununun dissertantı
E-mail: Quliyevaulduz@mail.ru
SUMQAYIT MƏDƏNİYYƏTİNİN AZƏRBAYCANIN BEYNƏLXALQ -MƏDƏNİ
ƏLAQƏLƏRINDƏ YERİ
Açar sözlər: Sumqayıt, mədəni əlaqələr, beynəlxalq əlaqələr, əməkdaqlığın
inkişafı.
Ключевые слова: Сумгаит, культурные связи, международные связи, развитие
сотрудничества.
Key words: Sumqayit, cultural connections, international relations, development
of collabration.
Bəşəriyyətin keçdiyi inkişaf yolu аydın səviyyədə təsdiqləyir ki, xalqlar arasında mədəni
ünsiyyət, mədəniyyətin bu və ya digər sahəsində yaranmış və inkişaf etmiş əlaqələr mütləq və zəruri
xarakter daşıyır. İnsanlıq inkişaf etdikcə, yeni- yeni mərhələlərə qərq olduqca onlarm arasında
mövcud mədəni əməkdaşlıq get-gedə gərginləşir, onun forma və metodları rəngarəng olur.
Bu proses həm obyektivdir, həm də subyektiv amillərlə bağlı bir prosesdir. Obyektivdir, ona
görə ki, əvvəla dünya xalqları bir-birindən təcrid olunmuş şəkildə yaşaya bilməz. Hər hansı bir xalqın
mədəniyyəti başqa xalqların mədəniyyəti ilə ünsiyyətdə olmadan inkişaf edə bilməz, həmin
mədəniyyət bütün xalqların əldə etdiyi nailiyyətlər ilə zənginləşməli və bütün bəşəriyyətin malı
olmalıdır. Ikincisi, bu əlaqəlarin əsası bəşəriyyətin inkişaf mərhələlərində hökm sürən quruluşun
həyati mahiyyətindən irəli gəlir.
İnsanlar, xalqlar, dövlətlər arasında yaranmış və inkişaf etmiş mədəni əlaqələrin subyektiv əsası
da vardır. O, həmin insanların, xalqlarm, dövlətlərin inkişafı mərhələlərində yaranmış və hökm
sürmüş mədəniyyətin varlığından irəli gəlir.
Bəşər tarixində belə bir həqiqət həmişə üzdə olub ki, hansı xalqın mədəniyyəti nə qədər
yüksəkdirsə, onun başqa xalqların mədəniyyətləri ilə əlaqəsi və qarşılıqlı münasibətləri də bir o qədər
intensivdir. Qarşılıqlı ünsiyyət hər bir milli mədəniyyətin daha da zənginləşməsi üçün zəmin yaradır,
yeni üfüqlər açır.
Bir sıra dünya xalqları kimi, Azərbaycan xalqının da milli mədəniyyəti dünya xalqlarının
mədəniyyəti ilə əlaqəli yaranmış və zənginləşmişdir. Çox qədim tarixə malik olan mədəniyyətimiz
qədim dövrlərdən tutmuş müasir dövrə qədər dünya mədəniyyəti ilə üzvi şəkildə təmasda olmuş və
olmaqdadır. Kiçik Azərbaycan hesab etdiyimiz Sumqayıtın da Azərbaycanın mədəni əlaqələrində
özünəməxsus yeri var.
Sumqayıt şəhərinin mədəni əlaqələrinin tarixinə nəzər salanda ilk əvvəl diqqəti cəlb edən
Sumqayıtın qardaşlaşdığı şəhərlərlə münasibəti əsasən göz önünə gəlir.
Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq Sumqayıt şəhəri bir
neçə ölkə ilə dostluq əlaqələri qurmuşdur. Bunlar Almaniyanın Lüdviqshafen, Ruminiyanın Piteşti,
Ukraynanın Çerkassi, Gürcüstanın Rustavi və şəhəri ilə aparılan dostluq əlaqələri olmuşdur.
Sumqayıtla bu şəhərləri yaxınlaşdıran əsas cəhətlərdən biri də o idi ki, bu şəhərlər də Sumqayıt şəhəri
kimi sənaye şəhəri idi.
Çox xoş bir haldır ki, Almaniya ilə Sumqayıt şəhəri arasmdakı dostluq əlaqələri xalqımızın
müdrik oğlu, dünya şöhrətli" siyasi xadim möhtərəm H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci
illərdə bilavasitə onun xeyir-duası ilə qoyulmuşdur (1, s.1-2).
Sumqayıt və Lüdviqshafen şəhərlərarası dostluq əlaqələrinin təməli 1977-ci ilin avqust ayında
qoyulmuşdur. O, zaman Lüdviqshafen şəhərinin oberburqomistri cənab doktor Lüdviq Verner
Sumqayıt şəhərində olmuş, şəhərlərarası dostluq əlaqələrinin yaradılmasma idair danışıqlar
Müasir dövr
Тарих вя онун проблемляри, №4 2010
112
aparmışdır; və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə iki şəhər arasmda saziş
imzalanmışdır.
Sumqayıt şəhərinin ilk nümayəndəsinin Lüdviqshafen şəhərinə səfəri 1978-ci ilin iyul aymda
olmuşdur. O, zaman şəhər İcraiyyə Komitəsinin sədri Zülfi Hacıyev Lüdviqshafen şəhərində səfərdə
olmuş, iki şəhər arasmda dostluq əlaqələrinin yaradılmasma dair danışıqları davam etdirmişdir.;
- Sumqayıt və Lüdviqshafen şəhərlərarası partnyorluq əlaqələrinin rəsmi statusu 1986-cı ildə
təyin edilmişdir. Həmin ilin mart aymda Lüdviqshafen şəhərinin bələdiyyəsi, aprel ayında isə
Sumqayıt şəhər xalq depututları Sovetinin sessiyası partnyorluq barədə müqavilənin bağlanmasına
dair qərar qəbul etmişlər; (2, s.5)
- Sumqayıt və Lüdviqshafen şəhərlərarası partnyorluğa dair müqavilənin rəsmi imzalanması
1987-ci ilin iyun aymda Lüdviqshafen şəhərində olmuşdur.
1988-ci ildə ermənilər tərəfindən Sumqayıtda törədilmiş hadisələrlə bağlı bu əlaqələr xeyli
zəiflədi. Lakin, şəhər rəhbərliyinin səyi ilə həmin ölkələrlə əlaqələrdəki soyuqluğun qarşısı alındı.
Mənfur düşmənimiz olan ermənilər Sumqayıt şəhəri və sumqayıtlılar haqqında dünya ictimayyətinə
saxta məlumatlar yaymışdılar.
1988-ci ildə noyabr ayında Sumqayıt şəhər rəhbərliyi kiçik bir nümayəndə heyətinin
Lüdviqshafendən Sumqayıt şəhərinə gətirilməsinə nail oldular. Alman nümayəndə heyətinin o zaman
Sumqayıtda səfəri çox vacib idi. Şəhər rəhbərliyi informasiya blokadasından çıxıb əsl həqiqətləri
dünya ictimayyətinə çatdırmaqla ermənilərin aravermədən yaydıqları böhtanların qarşısını almalı idi.
Almanlarla görüş bu məsələdə şəhərimizə kömək etdi. Belə ki, onlar hadisələrin yaranması və necə
baş verməsi barədə tam məlumat əldə etdilər. Lüdviqshafen şəhəri Almaniyada və bütün Avropada
Sumqayıt hadisələrini yeganə və düzgün şərh edən təbliğat mərkəzinə çevrildi. Bununla da dost
ölkələrdən biri olan Almaniya ilə əvvəlki əlaqələr bərpa edildi.
-1991-ci ilin mart ayında Lüdviqshafen şəhəri Sumqayıt şəhərinin əhalisinə humanitar yardım
göstərmişdir;
Şəhərlərin nümayəndə heyətlərinin səfərləri təhsil və səhiyyə, mədəniyyət və idman, gənclər və
həmkarlar ittifaqları, iqtisadiyyat və şəhər təsərrüfatı sahələrində işgüzar əlaqələrinin yaradılması və
inkişafına yönəldilmiş, bu istiqamətdə müsbət nəticələrə nail olunmuşdur. Ötən dövr ərzində partnyor
şəhərlərin sosial-mədəni və iqtisadiyyat sahələrində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. 1997-
ci ildə Lüdviqshafen şəhərində Sumqayıtın adına xiyabanın və Sumqayıt şəhərində Lüdviqshafen
şəhərinin adına parkın açılışı iki şəhər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinm rəmzi
kimi dəyərləndirilir; (3, s.3)
- 2001-ci ilin may ayında xanım Yeva Lohze Lüdviqshafen şəhərinin oberburqomistri vəzifəsinə
seçilmişdir.
2002-ci ilin may ayında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Sumqayıt və Lüdviqshafen
partnyor şəhəri arasmda razılaşma imzalanmış və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin iştirakı
ilə Sumqayıt şəhərində kiçik layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan, birinci
layihə üzrə Lüdviqshafen şəhəri tərəfmdən Sumqayıt şəhər Uşaq xəstəxanası üçün KUVEZ körpələr
aparatmın verilməsi, Sumqayıt şəhəri tərəfindən isə Uşaq xəstəxanasında müvafiq yer ayrılması və
KUVEZ aparatının ixtisaslı həkimlər tərəfindən istismarı nəzərdə tutulmuşdur. Bu layihənin ümumi
dəyəri 14268 evro olmuşdur. 2002-ci il 22 noyabr tarixində JQJVEZ aparatı Sumqayıt şəhər Uşaq
xəstəxanasına təhvil verilmiş, layihə üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi təmin
edilmişdir.ikinci layihə üzrə Sumqayıt şəhərində «Uşaqlar və yeniyetmələr üçün oyun meydançasının
yaradılması» nəzərdə tutulmuşdur. Bu layihənin ümumi dəyəri 16000 ABŞ dolları məbləğində
müəyyənləşdirilib və tikinti üçün yer 30 saylı orta məktəbdə yer ayrılıb. Qaydalara görə bu məbləğin
10000 ABŞ dolları Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, 6000 ABŞ dolları Sumqayıt
şəhərinin payına düşmüşdür. Layihə üzrə işin icrasma 2003-cü ilin avqust-sentyabr aylarında
başlanılmış, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfındən nəzərdə tutulan bütün işlər tam
həcmdə yerinə yetirilmişdir. Lakin, icraçı təşkilatlar tərəfındən nəzərdə tutulan tədbirlərə uyğun işlər
tam başa çatdırılmamışdır. Bu məsələ üzrə araşdırmalara və müzakirələrə ehtiyac duyulur. Üçüncü
Müasir dövr
Тарих вя онун проблемляри, №4 2010
113
layihə üzrə Sumqayıt şəhərində «Alman dili mərkəzinin yaradılması» nəzərdə tutulub. Bu layihənin
ümumi dəyəri 6000 evro məbləğində müəyyənləşdirilmişdir (4, s.2).
Sumqayıt və Lüdviqshafen (AFR) partynor şəhərləri arasmda 2002-ci ildə əməkdaşhğın inkişaf
etdirilməsinə dair Sazişə uyğun olaraq, partnyor şəhərin dəvətinə və Şəhər İcra Hakimiyyəti başçısının
2002-ci il 09 avqust tarixli 197 saylı Sərəncamına əsasən, Sumqayıt şəhərinin 21 nəfərdən ibarət
nümayəndə heyəti cari ilin sentyabr ayının 01-dən 07-dək Lüdviqshafen «AFR» parnyor şəhərində,
«Sumqayıt-Lüdviqshafen» dostluq əlaqələrinin 25-illik tarixinə həsr edilmiş yubiley tədbirlərində
iştirak etmişdir (5, s.1).
Sumqayıt şəhər nümayəndə heyəti, 01.09.2002-ci il tarixində, Frankfurt beynəlxalq hava
limanında Almaniya-Şərq Cəmiyyətinin sədri və onun müavinləri, Lüdviqshafen şəhər bələdiyyəsinin
partnyor əlaqələr şöbəsinin müdiri qarşılamışdılar.
Elə həmin gün Lüdviqshafen şəhərinin Oqershaym şəhərciyində nümayəndə heyətnin gəlişi ilə
əlaqədar təşkil edilmiş nahar yeməyində Almaniyanın sabiq Bundeskanserləri cənab Helmut Kol,
Lüdviqshafen şəhərinin Oberburqomistri xänım Eva Lohse və digər rəsmi şəxslər iştirak etmişlər.
Cənab Helmut Kol qısa olaraq, Almaniya-Azərbaycan dostluq münasibətlərindən, əlaqələrin hazırkı
vəziyyətindən məmnun olduğunu bildirmiş, möhtərəm Prezidentimiz Heydər Əliyev cənabları ilə
aralarmda olan böyük dostluq əlaqələrini xatırlamış, Sumqayıt- Lüdviqshafen şəhərinin dostluq
əlaqələrinin genişləndirilməsinə və inkişafma uğurlar arzulamışdır.
2005-ci ildə Sumqayıt- Lüdviqshafen əlaqələri salnaməsinə bir sıra parlaq səhifələr yazılmışdır.
Belə ki, 2005-ci il oktyabrın 17-də sumqayıtlılar Almaniya Texniki Əməkdaşhq Cəmiyyətinin
«Almaniya-Qafqaz parnyor şəhərləri arasmda əməkdaşlıq şəbəkəsi» çərçivəsində həyata keçirilən
layihələrin daha bir lövhəsinin şahidi oldular. 5-ci mikrarayonunun N.Nərimanov prospektində
yerləşən Hacı Zeynalabdin Tağıyev adına kitabxana "ilə qonşuluqda alman dili mərkəzi öz qapılarmı
sumqayıthların üzünə açdı. Bu tədbirlər çərçivəsində Ü.Hacıbəyov adma «Kimyaçı» mədəniyyət
sarayında «Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq şəbəkəsi» mövzusunda konqress
keçirildi.
Sumqayıt səhəri ilə Çin Xalq Respublikasının Çvu Cou səhəri arasında olan
dostluq və əməkdaşlıq əlaqələri
Bundan başqa Sumqayıt şəhəri ilə Çin Xalq Respublikasının Çyu Cou şəhəri arasında olan
dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycan Respublikası Dostluq Cəmiyyətinin və Çin Xalq Respublikasının xarici ölkələrlə
əlaqələr üzrə şöbəsinin təşəbbüsü ilə, eləcə də Çin Xalq Respublikasının Bakıdakı və Azərbaycan
Respublikasının Pekindəki səfırliklərinin köməkliyi ilə Sumqayıt şəhəri ilə Çyu Cou şəhəri arasında
dostluq əlaqələri qurulmasma dair 2001-ci ilin may ayının 25-də Sumqayıt şəhərində Memorandum
imzalanmışıdır (6, s.3).
Ötən müddət ərzində Sumqayıt şəhəri ilə Çyu Cou şəhərinin nümayəndə heyətlərinin 3 görüşü
keçirilmiş, 2001-ci ilin may ayında Memorandum, noyabr ayında isə Sumqayıt şəhəri ilə Çyu Cou
şəhəri arasında dostluq əlaqələrinin qurulması ilə bağlı «Niyyət protokolu» və 2002-ci ilin noyabr
ayında Sumqayıt şəhəri ilə Çyu Cou şəhəri arasında əməkdaşlıq əlaqələrinin yaranması və inkişaf
etdirilməsi haqqında uzun müddətli Saziş imzalanmışdır.
2003-cü ilin sonunda Sumqayıt şəhərinin nümayəndə heyəti Çyu Cou şəhərində səfərdə
olmuşdur. Həmin görüşdə 2004-cü il ərzində Çyu Cou şəhərinin nümayəndə heyyətinin Sumqayıt
şəhərinə səfər etməsi razılaşdırılmışdır. Səfər baş tutumuşdur.
2005-ci ildə Çyu Cou şəhərinin nümayəndə heyəti Sumqayıtda olmuş və bir sıra təhsil
müəssələrimizdə olmuşdur və Sumqayıt təhsil sistemi ilə yaxından tanış olmuşdurlar.
Sumqayıt səhəri ilə Ukrayna arasmda dostluq və əməkdaslıq əlaqələri
Sumqayıt şəhəri ilə Ukrayna arasında da dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.
Ukrayna Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və qardışlığın tarixi
qədimdir. Lakin, hər iki respublika müstəqillik qazandıqdan sonra ulu öndərimiz Heydər Əliyevin və
Müasir dövr
Тарих вя онун проблемляри, №4 2010
114
Ukrayna prezidenti Leonid Kuçmanın səyi ilə bu dostluq daha da möhkəmlənmiş və yenilməz
olmuşdur.
Azərbaycan və Ukrayna Respublikaları nazirlər kabinetləri arasında gənclər siyasəti və idman
sahəsində əməkdaşlıqla əlaqədar 2001-ci il 16 oktyabr tarixli sazişə, Ukrayna Respublikası Ailə,
Uşaqlar və Gənclərlə İş nazirliyi ilə Azərbaycanın Gənclər, İdman və Turizm nazirliyi arаsında
razılığa əsasən, eyni zamanda Xarkov Vilayəti rəhbərliyinin dəvəti ilə şəhərimizin nümayəndə heyəti
dost diyarda olmuşdur (7, s. 1).
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin sərəncamına əsasən nümayəndə
heyyətinə Milli Məclisin deputatı Asif İmaməliyev (rəhbər), şəhər gənclər, idman və turizni baş
idarəsinin rəisi Musa Həsənov, baş idarənin gənclərlə iş üzrə şöbəsinin rəisi Hidayət Zeynalov, 2 saylı
doğum evinin mama-genekoloqu Leyla Məmmədova, «Leysi Ukrainka» adma Ukrayna Mədəniyyəti
Sumqayıt Mərkəzinin nümayəndəsi Rene Nəbiyeva daxil idilər.
Sumqayıtın keçmiş qardaşlaşmış şəhərlər əlaqəsi olan Ukrayna Respublikasının Çerkassi şəhəri
ilə dostluq və partnyorluq əlaqələrinin bərpasına 2003-cü ildə nail olunmuşdur. 2003-cü ilin sentyabr
ayında Sumqayıt şəhərinin nümayəndə heyəti Çerkassı şəhərində səfərdə olmuş və iki şəhər arasında
qardaşlaşmış şəhərlər əlaqəsinin bərpası ilə bağlı Saziş imzalanmışdır. Cari ildə Çerkassı şəhərinin
nümayəndə heyyətinin Sumqayıt şəhərinə səfər etməsi razılaşdırılmışdır və səfər baş tutmuşdur.
2004-cü il iyunun 23-də şəhərimizin nümayəndə heyyəti Ukraynanm Xarkov şəhərinə səfər
etdilər. İyunun 24-də Sumqayıt şəhərinin nümayəndə heyətini Xarkov Vilayətinin Vitse-qubernatorü
Aleksandr Siderenko mehribanhqla qarşıladı. O, əsası mərhum Heydər Əliyev və Leonid Kuçma
tərəfmdən qoyulan Azərbaycan və Ukrayna arasmda yüksək xətt üzrə inkişaf edən dostluq
əlaqələrindən, eyni zamanda Xarkov və Sumqayıt şəhərləri arasmda yaranan qarşılıqlı əlaqədən
danışdı. Bu əlaqələrin gələcəkdə də davam etdirilməsi əhəmiyyətini vurğuladı. Şəhərimizin
nümayəndə heyyəti Xarkov Aviasiya İnstitutunda olmuş və bu ali təhsil ocağı ilə tamşlıqdan
məmnunluq duymuşdur.
Sumqayıt nümayəndə heyyətnin unudulmaz görüşlərindən biri də Xarkov Milli Radioelektronika
Universitetinin prfessoru, Ukrayna Milli-Mədəni Cəmiyyətləri Assosiyasiyasının Vitse-prezidenti
Murad Ənvərovun rəhbərlik etdiyi Azərbaycan -Ukrayna Dotluq Cəmiyyətinin üzvləri ilə oldu. Həmin
cəmiyyətdə Sumqayıt Şəhər Gənclər, İdman və Turizm Baş idarəsi, eyni zamanda, «Lesi Ukrainka»
adma Sumqayıt şəhər Ukrayna Mədəniyyət Mərkəzi arasında dostluq və işgüzar əlaqələrin yaranması,
inkişaf etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur.
Səfərin sonuncu günü Sumqayıt Şəhər Gənclər, İdman və Turizm Baş idarəsi ilə Xarkov Vilayət
Ali və Gənclərlə iş idarəsi, Xarkov Vilayət Bədən Tərbiyəsi, İdman və Turizm idarəsi arasında
gənclərlə iş, idman və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı niyyət protokolu
imzalandı (8, s.3).
Bu dostluq və qardaşlığm ən başlıca ilham vericisi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Ukrayna Respublikasının prezidenti Leonid Kuçmandır.
2005-ci ildə bu istiqamətdə görülən işlərdən biri də Sumqayıtın İtaliyanın Bari şəhəri ilə
qardaşlaşmasıdır. Bari İtaliyanın böyük mədəniyyət mərkəzidir. İki şəhər arasmda razılıq ələ keçirmək
və rəsmiləşdirmək məqsədilə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti Barii şəhərinin merinin dəvəti ilə 2005-ci il mayın 19-dan 25-dək İtaliyada
səfərdə
olmuşdur (9, s. 10-12). Vaqif Əliyev Bari meriyası şurasmın rəhbərliyi Barinin prefekti Tomasso
Blonda və Bari şəhərinin meri Stefano di Kano Abresçia ilə görüşlər keçirmişdir. 2005-ci il mayın 21-
də Sumqayıt və Bari şəhərləri arasında şəhər münasibətlərinin yaradılması haqqında niyyət protokolu
imzalanmışdır. Protokola əsasən Sumqayıt və Bari şəhərləri arasında mədəniyyət, elm, gənclər və
digər sahələrdə əlaqələrin qurulması nəzərdə tutulub.
Müasir dövr
Тарих вя онун проблемляри, №4 2010
115
ƏDƏBİYYAT:
1. Sumqayıt qəzeti 2001-ci il 22 iyun № 26
2. Sumqayıt qəzeti 2001-ci il 29 iyun № 27
3. Respublika qəzeti 1997-ci il 29 oktyabr № 18
4. Sumqayıt şəhər icra hakimiyyəti «Beynəlxalq əlaqələr» şöbəsinin rəhbəri
R.Əhmədovun xüsusi məlumatı. Sumqayıt qəzeti, 2004-ci il
5. Sumqayıt qəzeti 2002-ci il 14 sentyabr № 39
6. Azərbaycan qəzeti 2002-ci il 6 iyul № 20
7. Sumqayıt şəhəri icra hakimiyyətinin xarici ölkə şəhərləri ilə partnyor
əlaqələri barədə hesabatından. 2004-ci il
8. Sumqayıt qəzeti 2004-ci il 10 iyul № 33
9. «Xarici ölkələrlə iqtisadi-mədəni əlaqələr» jurnalı, №2, Sumqayıt, 2005
ГУЛИЙЕВА УЛДУЗ
Диссертант НАНА
Института им. А.А. Бакиханова
E-mail: Quliyevaulduz@mail.ru
МЕСТО СУМГАИТСКОЙ КУЛЬТУРЫ В МЕЖДУНАРОДНЫХ
КУЛЬТУРНЫХ СВЯЗЯХ АЗЕРБАЙДЖАНА
В статье рассматривается роль города Сумгаита в культурных международных отношени-
ях Азербайджана. Культурная жизнь города Сумгаита, а также международные, дружеские сот-
рудничества, развивалась как советский период, так и в сегодняшние дни. Статья раскрывает
дружеские и сотруднические связи города Сумгаит с такими странами как Германия, Италия,
Румыния, Китай, Украина и Грузия. С крупными городами этих стран Сумгаит поддерживал
отношения в области экономики, образования, медицины и спорта.
GULIEVA ULDUZ
E-mail: Quliyevaulduz@mail.ru
PLACE OF CULTURE OF SUMQAIT IN THE INTERNATIONAL CULTURAL
CONTACT AZERBAIJAN
In article the role of a city of Sumgait in cultural international relations of Azerbaijan is
considered. Cultural life of a city of Sumgait, and also the international, friendly cooperation,
developed as the Soviet period, and in today. Article opens friendly and сотруднические
communications of the city of Sumgait with such countries as Germany, Italy, Romania, China,
Ukraine and Georgia. With big cities of these countries Sumgaits kept in touch in the field of
economy, formation, medicine and sports.
Rəyçi: t.e.d. prof. S.Soyadov, ò.å.ä. Ð. Ñöëåéìàíîâ
AMEA A.A.Bakıxanov adına Tarix institutu, Beynəlxalq münasibətlər şöbəsinin 2 aprel 2009-
cu il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol N 4).
Dostları ilə paylaş: |