Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   2   3   4   5   6   7   8   9   ...   45

 
17
prinsipinə  əsaslanan cəmiyyət üçün çox vaxt fırıldaqçılıq və 
saxtakarlıq kimi keyfiyyətlər  əsasında qurulmuş  cəmiyyətdə 
yaşamaq olduqca çətin idi. Materializmə görə insanların öz 
maddi vəziyyətini inkişaf etdirməsi onların təfəkkürünün də 
dəyişməsinə  şərait yaratmışdır. Maddi vəziyyətin dəyişməsi 
şəraitində  əxlaqi təfəkkürün,  əxlaqi normaların formalaşması 
prosesi müəyyənləşmiş oldu. Yəni istehsal münasibətlərinin 
məhsuldar qüvvələrin səviyyəsi ilə müəyyən edilməsi, tarixi 
proseslərin belə bir əsasda başa düşülməsi sosial-ideoloji 
xarakter kəsb edir. Əxlaqi münasibətlərin formalaşması 
mövcud şəraitdə zamanın hökmünə uyğun olaraq dəyişir. Belə 
ki, müharibə  şəraitində igidlik və  cəsurluq kimi əxlaqi 
keyfiyyətlər fəziləti ehtiva etdiyi halda, qorxaqlıq və  fərarilik 
kimi keyfiyyətlər qəbahəti ifadə etmişdi. Fiziki və  əxlaqi 
keyfiyyətlərə  əsaslanan qəhrəmanlıq idealı getdikcə özünü 
feodalizm cəmiyyətində maddi nemətlərin sahibləri olan 
mülkədarların  şəxsində tapmağa başlamışdı. Belə ki, öz 
malikanəsini itirən hər hansı mülkədar öz titulunu, rütbəsini də 
itirirdi. O dövrdə  mərdlik və  qəhrəmanlıq kimi idealı özündə 
təcəssüm etdirmək istəyən hər bir şəxs əmlaka malik olmalı idi. 
Əks halda maddi sərvətini  əldən vermiş mülkədar heç bir 
mənəvi keyfiyyətə malik ola bilmirdi. Sonralar sərvət sahibləri 
hərbi mükəlləfiyyətləri yerinə yetirməkdən boyun qaçırdılar və 
ölkənin müdafiəsini muzdlu əsgərlərin öhdəsinə verdilər, 
qəhrəmanlıq idealının fiziki və  əxlaqi keyfiyyətləri azad 
vətəndaşlara, muzdla tutulmuş  əsgərlərə xas oldu, onların 
mənəvi sərvətlərinə çevrildi.
11
 Proletar inqilabları dövründə 
fəhlə sinfinin əxlaqi keyfiyyətləri dedikdə onun öz sinfi 
qarşısında sədaqəti başa düşülürdü. Xalqların dostluğu və 
beynəlmiləlçilik, inqilabi humanizm kimi ideyalar diqqət 
mərkəzində idi. İnqilab nəticəsində  əvvəllər mövcud olan 
                                           
11
  П.Лафарг. «Экономически  детерминизм  Карла  Маркса»,  Соцэкгиз, 
1931, стр. 56-57. 


 
18
ideoloji sərvətlər,  əxlaqi hiss və davranışlar,  əxlaqi və hüquqi 
təfəkkür inqilabiləşdi, bəşər cəmiyyəti yüksək  əxlaqi 
keyfiyyətlər daşımağa başladı. Bütün bunlarla yanaşı onu qeyd 
etmək lazımdır ki, proletariata məxsus olan əxlaq normaları 
kapitalizm şəraitində qərarlaşmış və sonra xalqın birgə yaşayış 
qaydalarına çevrilmişdir. 
Beləliklə,  əxlaq normalarının məzmununun müəyyən-
ləşdirilməsi zamanı konkret tarixi şəraitdən çıxış edərək 
hərəkət və davranışın keyfiyyətini müəyyən etmək olar. 
Müsbət xarakterli əxlaqi keyfiyyətləri insanlar ya könüllü 
olaraq yaratmış, ya da əxlaq norması  tələb  şəklində qarşıya 
qoyulmuşdur. Tələb  əsasında qarşıya qoyulmuş  əxlaq 
normaları ictimai-iqtisadi inkişaf prosesinin nəticəsində 
dəyişmiş, təkmilləşmiş və mövcud şəraitə uyğunlaşdırılmışdır. 
Əxlaq normalarının yaranması zamanı determinizm prinsipi 
əsasında onun mahiyyəti başa düşülməli və eyni zamanda 
əxlaqi tərəqqi probleminə diqqət yetirilməlidir. Bəzi 
tədqiqatçılar  əxlaqi tərəqqinin mövcudluğu məsələsini  şübhə 
altına almışlar. Belə ki, onların (ekzistensizalizm, praqmatizm, 
neopozitivizm) nümayəndələri insan əxlaqının dəyişməz və 
fitri olduğu fikrini irəli sürərək, cəmiyyətdə  əxlaqi tərəqqi 
faktını inkar edirdilər. G.Yaspers, Y.Vilson, E.Rassel, Z.Freyd 
kimi ideoloqlara görə, dünya əvvəldən güclü və  zəiflərə 
bölünmüşdü. Ona görə də heç bir bəşəri inkişafdan danışmaq, 
əxlaqi tərəqqinin hər hansı vahid obyektiv meyarını müəyyən 
etmək, ümumiyyətlə  bəşəriyyətdə inkişafla bağlı  əxlaqi 
tərəqqidən danışmaq olmaz. Əxlaqi tərəqqinin irəli və yaxud 
geriyə istiqamətlənməsi haqqında fikir söyləmək mümkün 
deyildir. Z. Freydə görə, ibtidai dövrün əxlaqi ilə hazırkı 
dövrün  əxlaqi arasında elə bir prinsipial fərq yoxdur. İnsan 
doğulduğu gündən müəyyən əxlaqi keyfiyyətlərə malik olur ki, 
bu da onu bütün ömrü boyu müşayiət edir. Yaşlı  şəxs öz 
davranışı ilə  uşaqlıq dövründəki davranışa qayıdır. Buradan 
belə  nəticə  çıxır ki, vəhşi insanın  əxlaqı müasir insanın 


 
19
əxlaqından, uşağın  əxlaqı isə yaşlı  şəxsin  əxlaqından daha 
yaxşıdır. Neopozitivizmə görə 
mədəniyyətin inkişafı 
nəticəsində bütün əxlaqi keyfiyyətlər,  əxlaqi hisslər yox olub 
gedir.  İnsanlar getdikcə  əqlin hökmranlığı altında hisslərdən 
məhrum olan avtomatlaşmış intellektual maşınlara çevrilir. 
Ancaq, məlumdur ki, insan hissi idrak, sonra isə  nəzəri 
idrak prosesinin nəticəsi olaraq öz əqli imkanlarını genişləndirə 
bilər. Eyni zamanda hər bir insan öz hissi və  əqli 
keyfiyyətlərinə görə ona təsir edən obyekt qədər müxtəlifdir. 
Belə ki, “eyni adam müxtəlif vaxtlarda eyni bir obyektdən 
müxtəlif tərzdə təsirlənə bilər”.
12
 
Tarixən qarşılıqlı  əxlaqi və hüquqi münasibətlərlə bağlı 
iki istiqamət mövcuddur. Bunlardan biri kollektivçilik və 
insanpərvərlik, digəri isə  fərdiyəçilik və insanpərvərliyə zidd 
xarakterli istiqamətlərdir. Məsələn: ibtidai icma quruluşu 
şəraitində insanların bir-birinə qarşı fərdi qaydada düşmənçiliyi 
olmamışdır. O dövrün insanları üçün şəxsi mənafe icmanın 
ümumi mənafeyi tərəfindən unudulurdu. İnsanlar arasındakı 
münasibətlər yaşamaq uğrunda mübarizədən ibarət idi ki, bu da 
təbiətin kortəbii qüvvələrinə qarşı ümumi mübarizə  əsasında 
qurulurdu. Sonrakı dövrlərdə istehsal alət və vasitələrinin 
mənimsənilməsi, ümumi mülkiyyətin xüsusi mülkiyyətlə  əvəz 
olunması, cəmiyyətin antaqonist siniflərə bölünməsi insanlar 
arasında münasibətləri də dəyişdi. Xüsusi mülkiyyət insanların 
həyatında fərdiyətçilik yaratdı.  İnsanlar öz şəxsi mənafeləri 
naminə başqalarına zərər yetirməyə başladılar. Hətta bəzi 
ideoloqlar insanları bir birinin düşməni hesab etməyə və buna 
haqq qazandırmağa başladılar. Freyd eqoizmi insan təbiətinin 
mahiyyətindən irəli  ğələn insani münasibətlərin başlıca 
prinsiplərindən biri hesab edirdi. Müəllif qeyd edirdi ki, insan 
hər hansı arzu ilə yaşasa da, müəyyən bir fəaliyyət növü ilə 
                                           
12
 Б.Спиноза. Избранные произведения, Т.1. теорема 51, М., 1957, стр. 
495. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə