47
mənbə olaraq Qurani-Kərimə istinad etməsidir. Cinayətin
obyektini müəyyən edərkən əməlin vuracağı ictimai zərərli nəticə
nəzərə alınır. Misal üçün, haram əməllər etmək və dini ainləri
icra etməmək heç də bütün hallarda cinayət cəzası ilə
cəzalandırılmır. Belə ki, şərab içmək hədd cəzası ilə cəzalan-
dırıldığı halda, ramazan orucunu pozan şəxs cinayət cəzası almır.
İslam hüququnda hər hansı günah əmələ görə cəza təyin
edilərkən törədilən cinayətin böyüklüyünə görə deyil, İslam
cəmiyyətindəki mühüm olan ictimai münasibətlərə göstərdiyi
ziyana görə həll edilir. Misal üçün, Məhəmməd Peyğəmbərin faiz
yeyəni, onlara şahidlik və katiblik edəni lənətləməsinə
baxmayaraq, İslam hüququnda zinakarlığa görə verilən cəza
sələmçiliyə görə verilən cəzadan daha ağırdır.
Cinayətin obyektiv cəhəti – Müəyyən zaman və məkanda,
müəyyən şəraitdə baş verən ictimai münasibətlərə ziyan vuran
ictimai təhlükəli nəticəni, əməllə nəticə arasındakı səbəbli
əlaqəni, zamanı, məkanı və cinayətin baş verdiyi şəraiti, cinayətin
edilmə üsulunu nəzərdə tutur.
Bəzi müəlliflərin fikrinə görə, İslam cinayət hüququ
hərəkətsizliklə törədilən cinayəti tanımır və cinayətlərin aktiv və
ya passiv hərəkətlərlə həyata keçirildiyini qeyd edirlər. Ancaq,
cinayət hüquq elm sahəsinə görə hərəkətsizlik davranışın passiv
forması olub, şəxsin etməli olduğu hərəkəti etməməsindən irəli
gələn ictimai təhlükəli əməldir. Yəni hərəkətsizlik elə hərəkətlə
edilən cinayət əməli ilə eyni qüvvəyə malik kriminal hadisələrdir.
Misal üçün, zəkatın verilməməsi hərəkətsizliklə törədilən
cinayətdir.
27
Cinayətin subyekti kriminal əməli törədən və buna görə
məsuliyyətə cəlb edilməli olan şəxsdir. Cinayətin subyekti-
anlaqlı, fəaliyyət qabliyyəti olan, qanunla nəzərdə tutulmuş
27
Сямяндяров Ф.Й. Ъинайят щцгугу (Ъинайят вя Ъяза Мясяляляри). Б.,
1994. s.58.
48
müəyyən yaş həddi olan şəxsdir. Öz hərəkətlərini dərk edə
bilməyən şəxslər, azyaşlı şəxslər, hərəkətlərini idarə etməyənlər
cinayətin subyekti kimi məsuliyyətə cəlb edilə bilməzlər.
İslam cinayət hüququnda xüsusi subyektlər müxtəlif
meyarlar əsasında müəyyən edilmişdir. Bunlardan şəxsin
müsəlman (İslam) ölkələrindəki hüquqi vəziyyətlərinə görə, yəni
onun müsəlman, zimmi, kafir olmasına; cinsə görə onun kişi və
ya qadın olması; ailə vəziyyətinə görə – evli, dul və ya subay
olması; hansı ictimai təbəqəyə mənsub olması ilə, yəni azad şəxs
və ya qul (cariyə) olması müəyyənləşir.
İslami dini dəyərlərə yiyələnmiş azərbaycan xalqı
müstəqilliyini əldə etdikdən sonra öz mədəni irsinə, dilinə və
mənəvi dəyərlərinə qayıtdı. Ölkəmizdə ictimai siyasi həyatda
baş verən hadisələr bir daha təsdiq edir ki, milli-mədəni irsin,
dini əsaslarla bağlı mənəvi dəyərlərimizin yenidən bərpası son
dərəcə ziddiyyətli proses olmuşdur.
Cəmiyyətimizin yaşadığı bazar iqtisadi münasibətlərinin
formalaşdığı keçid dövründə mənəvi dəyərlər probleminə
diqqətlə yanaşılmalıdır. Xalqımız arzu etdiyi azadlığı
qazandıqdan sonra öz milli dəyərlərinə yeyələnməsi üçün bu
sahədə əsrlər boyu topladığı təcrübəyə, ənənələrə qayıtmalı,
keçmiş mədəni və mənəvi irsin müsbət tərəflərini
qiymətləndirməyi bacarmalıdır. Ulu babalarımızdan bizə miras
qalmış, nəsillərə xidmət etmiş milli mənəvi dəyərlərimiz
müasir nəsillər üçün yeni iqtisadi-siyasi münasibətlərin
qərarlaşdığı bir dövrdə istifadə edilə bilər, çünki
cəmiyyətimizin topladığı təcrübənin öyrənilməsi yeni nəslin
təfəkkür və davranış mədəniyyətinin formalaşması prosesinin
əsasını təşkil edir.
Yeni dövlət quruculuğu illərində mənəvi dəyərlərimizə
münasibət məsələlərində dövlətimizin əsas inkişaf istiqamətləri
Ulu Öndərimiz Heydər Əliyevin adı ilə baglıdır.
80-ci illərin sonu- 90-cı illərin əvvəllərində SSRİ-nin
süqutundan sonra müstəqillik əldə edən Azərbaycan yeni bir
49
təcavüzə məruz qaldı. Əvvəlcə azərbaycanlılar vaxtilə İrəvan
adlanan öz tarixi torpaqlarından qovuldular. (Hazırda
Ermənistan adlandırılan bu torpaqlarda bir nəfər də olsun
azərbaycanlı qalmamışdır.) Sonra öz havadarlarına arxalanan
və onlardan kömək alan ermənilər bilavasitə onların iştirakı ilə
misli görünməmiş vəhşilik və qəddarlıqla Dağlıq Qarabağ və
ətraf bölgələrdə rəsmən Azərbaycan torpağı olan əraziləri işğal
etdilər. Milyonlarla insan qaçqın və köçkün vəziyyətə gətirildi.
Ölkəmizdəki hərc- mərclik son dərəcə gücləndi.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil
Azərbaycan Respublikasının yarandıgı dövrlərdə prezident ilk
növbədə öz milli dini-əxlaqi dəyərlərinə sadiq qalaraq Qurani-
Kərimə and içdi. Respublikamız İslam Konfransı Təşkilatının
üzvü oldu; ölkədə dini tədris müəssisələri fəaliyyət göstərməyə
başladı. Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi
yaradıldı. Ölkədə müəyyən ideoloji istiqamətlərdə dəyişikliklər
baş verdi. Dövlətimiz milli ideologiyamızın təməl prinsipləri
olan müasirləşmək, türkləşmək və islamlaşmaq kimi ideyalar
həyata keçirməyə başladı.
İlk növbədə bəzi islahatlar, məsələn, latın qrafikasının
qəbul edilməsi, dilimizin türk dili elan edilməsi, dövlət
bayrağımızda öz əksini tapmış ideoloji dəyişikliklərə əsaslanan
prinsiplərin həyata vəsiqə alması ilə yanaşı, o dövrdə
mitinqlərdə məsuliyyətsiz çıxışlar, xalqa qarşı laqeyd
münasibət, bölgələrdə separatizm cəhdləri olmuşdur.
Belə bir vəziyyətdə, 1993-cü ilin iyunundan etibarən
ictimai-siyasi və mənəvi həyatımızda dönüş yarandı. Yeni
dövrdə ölkədə sabitliyi təmin etmək üçün müəyyən tədbirlər
həyata keçirilməyə başlandı. 1994-cü ilin oktyabrında və 1995-
ci ilin martında dövlət çevrilişinin qarşısı alındı. Seperatizmə
xidmət edən silahlı dəstələr tərksilah edildi. İqtisadiyyatda yeni
istiqamətlər həyata keçirilməyə başlandı. Mühüm iqtisadi
müqavilələr bağlandı və dövlətimiz demokratik, hüquqi dövlət
kimi öz fəaliyyətini müəyyənləşdirmiş oldu. 1995-ci ildə qəbul
Dostları ilə paylaş: |