This product is made possible through the generous support of the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the Australian Agency for International Development. It was
prepared by Centre for Civil Integration and Inter-Ethnic Relations and does not necessarily reflect the views of the All
Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
(USAID), World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian AID) dəstəyi ilə həyata keçirilmişdir. Kitab
“Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar
Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildlə mə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
səviyyə
“Oxu pilləsi”
Uşaqlar üçün səviyyələrə bölünmüş oxu kitabları
X
1
Bir kənddə balaca qız yaşayırdı. Balaca qızın anası və nənəsi vardı.
Nənə başqa kənddə yaşayırdı. Qırmızı papaq xeyirxah qız idi. O, anasını
və nənəsini çox sevirdi.
Ad günündə nənəsi balaca qıza qırmızı papaq toxudu. Qız papağı çox
sevdi və hər yerə həmin papaqla gedirdi. Bunun üçün də camaat ona
Qırmızı papaq adı verdi.
3
Günlərin birində Qırmızı papaq nənəsini görməyə getdi. Anası ona
səbət verdi. Səbətdə kökə, yağ və şirniyyatlar var idi. Nənənin kəndi
meşəyə yaxın idi. Ora getmək üçün Qırmızı papaq meşədən keçməli idi.
Meşədə vəhşi heyvanlar yaşayırlar. Meşə qorxulu yerdir. Buna görə də
anası Qırmızı papağa dedi ki, meşədə dayanmasın və yadlarla
danışmasın.
5
Qırmızı papaq meşədə gözəl güllər və kəpənəklər gördü. O, anasının
sözlərini unutdu. Qırmızı papaq gülləri dərdi, gözəl kəpənəklərə baxır və
quşların zümzüməsinə qulaq asırdı. Bu zaman meşədə canavar göründü.
Canavar çox ac idi və yem axtarırdı.
Canavar Qırmızı papaqdan öyrəndi ki, nənəsini görməyə gedir.
Canavar nənənin harada yaşadığını öyrəndi. O, Qırmızı papaqla
sağollaşıb nənənin evinə getdi. Qırmızı papaq gülləri dərir və tələsmirdi.
7
Canavar nənənin yanına Qırmızı papaqdan tez getdi. Nənə xəstə idi
və yatağında uzanmışdı. Canavar evə girib nənəni uddu. Canavar
nənənin paltarını geyinib, onun eynəklərini taxıb yatağa uzandı.
Bir az sonra nənənin evinə Qırmızı papaq gəldi. O, qapını döydü.
Canavar Qırmızı papağı aldatdı, guya onun nənəsidir. Qırmızı papaq
canavara inandı. Canavar ağzını açanda Qırmızı papaq başa düşdü ki,
canavardır. Qırmızı papaq qışqırdı, amma canavar onu da uddu.
9
Bu zaman meşədə ovçular gəzirdilər. Onlar nənənin evinin yanından
keçirdilər və səs eşitdilər. Evə girib canavarı tutdular. Onun qarnını
kəsdilər. Qarnından nənəni və Qırmızı papağı çıxardılar.
Qırmızı papaq və nənə sağ qaldılar. Onlar bir-birini görməklərinə çox
sevindilər və qucaqlaşdılar. Masanın arxasında əyləşib çoxlu söhbət
etdilər.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Mill ətl ərarası Əlaq əl ər M ərk əzi”
Dostları ilə paylaş: |