Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. Redaktor



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü0,83 Mb.
#73349


 


 

 

 



 

This product is made possible through the generous support of the All Children Reading partners: the United States Agency 

for International Development (USAID), World  Vision and the  Australian  Agency for International Development. It was 

prepared by Centre for Civil Integration and Inter-Ethnic Relations and does not necessarily reflect the views of the  All 

Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı  tərəfdaşların  -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin 



(USAID),  World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian  AID)  dəstəyi  ilə  həyata  keçirilmişdir.  Kitab 

“Vətəndaş  İnteqrasiyası  və    Millətlərarası    Əlaqələr  Mərkəzi”tərəfindən  hazırlanmışdır  və    proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.  

 

 



Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar 

Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildlə mə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 

 

 

 

Tbilisi, 2013 




 

                   



səviyyə

 

 



 

 

 



 

 

 



“Oxu pilləsi”

 

 



Uşaqlar üçün səviyyələrə bölünmüş oxu kitabları

 

 






 


 

                                                                                



 

 

Bir  kənddə  balaca  qız  yaşayırdı.  Balaca  qızın  anası  və  nənəsi  vardı. 

Nənə başqa kənddə yaşayırdı. Qırmızı papaq xeyirxah qız idi. O, anasını 

və nənəsini çox sevirdi. 

Ad günündə nənəsi balaca qıza qırmızı papaq toxudu. Qız papağı çox 

sevdi  və  hər  yerə  həmin  papaqla  gedirdi.  Bunun  üçün  də  camaat  ona 

Qırmızı papaq adı verdi. 

 

 




 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

Günlərin  birində  Qırmızı  papaq  nənəsini  görməyə  getdi.  Anası  ona 



səbət  verdi.  Səbətdə  kökə,  yağ  və  şirniyyatlar  var  idi.  Nənənin  kəndi 

meşəyə yaxın idi. Ora getmək üçün Qırmızı papaq meşədən keçməli idi. 

Meşədə  vəhşi  heyvanlar  yaşayırlar. Meşə qorxulu  yerdir. Buna  görə də 

anası  Qırmızı  papağa  dedi  ki,  meşədə  dayanmasın  və  yadlarla 

danışmasın. 

 

 




 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

Qırmızı papaq meşədə gözəl güllər və kəpənəklər gördü. O, anasının 

sözlərini unutdu. Qırmızı papaq gülləri dərdi, gözəl kəpənəklərə baxır və 

quşların zümzüməsinə qulaq asırdı. Bu zaman meşədə canavar göründü. 

Canavar çox ac idi və yem axtarırdı. 

Canavar  Qırmızı  papaqdan  öyrəndi  ki,  nənəsini  görməyə  gedir. 

Canavar  nənənin  harada  yaşadığını  öyrəndi.  O,  Qırmızı  papaqla 

sağollaşıb nənənin evinə getdi. Qırmızı papaq gülləri dərir və tələsmirdi. 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

Canavar nənənin  yanına  Qırmızı papaqdan tez getdi. Nənə xəstə idi 

və  yatağında  uzanmışdı.  Canavar  evə  girib  nənəni  uddu.  Canavar 

nənənin paltarını geyinib, onun eynəklərini taxıb yatağa uzandı. 

Bir  az  sonra  nənənin  evinə  Qırmızı  papaq  gəldi.  O,  qapını  döydü. 

Canavar  Qırmızı  papağı  aldatdı,  guya  onun  nənəsidir.  Qırmızı  papaq 

canavara  inandı.  Canavar  ağzını  açanda  Qırmızı  papaq  başa  düşdü  ki, 

canavardır. Qırmızı papaq qışqırdı, amma canavar onu da uddu. 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

Bu zaman meşədə ovçular gəzirdilər. Onlar nənənin evinin yanından 

keçirdilər  və  səs  eşitdilər.  Evə  girib  canavarı  tutdular.  Onun  qarnını 

kəsdilər. Qarnından nənəni və Qırmızı papağı çıxardılar. 

Qırmızı papaq və nənə sağ qaldılar. Onlar bir-birini görməklərinə çox 

sevindilər  və  qucaqlaşdılar.  Masanın  arxasında  əyləşib  çoxlu  söhbət 

etdilər.  

 

 



 


10 

 

 



 


 


 

 



 

 

 



 

 

Naşir: “Vətəndaş İnteqrasiyası və  



Millətlərarası Əlaqələr Mərkəzi” 

 

 



 

 

 



 

 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə