Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı uşaq əməyinin növləri



Yüklə 76,6 Kb.
səhifə10/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı uşaq əməyinin növləri

Məktəbəqədər yaşlı uşaqların əmək növləri özünəməxsus müxtəlifliyə malikdir. Bu müxtəliflik onların əmək fəaliyyətinin növlərində əks olunur: özünəxidmət əməyi, təsərrüfat-məşiət əməyi, təbiətdə əmək, əl əməyi. Ətraf mühitdə fəallıq,cisim və hadisələrə münasibət məktəbəqədər yaşlı uşaqların daxili aləmindən irəli gəlir. Çox vaxt uşağın özünə,ətraf mühitə,əşyalara münasibəti qeyri-ixtiyari olur və o öz fəaliyyətinin məqsədini dərk etmir. Buda məktəbəqədər yaşlı uşaqların həyat təcrübəsinin azlığından,öz fəaliyyətini tənzimləməyə dair müvafiq bilik, bacarıq və vərdişlərinin olmaması səbəbindən baş verir. Uşaq əlindəki əşyanı yerə çırpıb sındırır,atıb-düşür, paltarlarını hara gəldi atır,ev əşyalarını korlayır, gülləri qırır,ev heyvanlarını incidir və s. Təcrübə göstərir ki, uşağın fəaliyyəti onun düşüncəsinin nəticəsidir. Yəni, uşaq necə düşünür, necə təssəvvür edirsə, elədə fəaliyyət göstərir. Bütün bunlar sübut edir ki, öz fəaliyyətini tənzim etmək üçün uşağın müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ehtiyacı vardır. Yəni uşaqda özünə, ətraf mühitə, cisim və hadisələrə münasibət bəsləmək qabiliyyəti tərbiyə etmək lazımdır. Təbiətdə əmək uşaqların görüş dairəsini genişləndirir. Uşaqlar onun vasitəsilə torpağın insan həyatındakı zəruri əhəmiyyətini dərk edib ondan istifadə etməyin yollarını öyrənirlər. Təbiətdə əmək uşaqlarda kənd təssərüfat işlərinə marağı gücləndirir. Uşaq bağçasında təsərrüfat əməyi öz məzmununa görə müxtəlifdir. Buraya uşaq bağçasının həyət yanı sahəsində, gəzinti və idman meydnçasında, soyunma , yuyunma, yataq və məşğələ otaqlarında səliqə-səhman yaratmaq işləri daxildir. Uşaq şəxsiyyətinin fotmalaşmasında əl əməyinin müstəsna əhəmiyyəti vardır. Müxtəlif materiallardan uşaqların oyuncaq və əşyalar düzəltməsi məktəbəqədər yaşlı uşaqların, xüsusən böyük qrup uşaqlarının əmək tərbiyəsinin mühüm cəhətlərindən biridir. Əl əməyinin məzmununda quraşdırma əməliyyatı mühüm yer tutur.

  1. Uşaqlarda özünəxidmət vərdişlərinin formalaşdırılması metodları

Özünə xidmət əməyinin təşkili və həyata keçirilməsi ona pedaqoji rəhbərlikdən çox asılıdır. Tərbiyəçi özünəxidməti elə təşkil etməlidir ki, burada bütün uşaqlar iştirak etsin, əmək işləri tədricən mürəkkəbləşsin və o, tərbiyə vasitəsinə çevrilsin. Özünəxidmətlə əlaqədar vərdişlərin formalaşdırılmasının əsas metodiki yolu hər bir elementar hərəkətin və onun ardıcıllığının yerinə yetirilməsini göstərməkdən ibarətdir. Tərbiyəçi uşağa yatağı səliqə ilə yığışdırmaq üçün nümunə göstərir, eyni zamanda işi səliqəli həyata keçirmək üçün sözlə də izah edir. Uşaq müşahidə edir, eşidir, bunların arasında təcrübi iş görür. Unutmaq olmaz ki, özünəxidmət vərdişləri başqa fəaliyyət sahələrində olduğu kimi birdən-birə yaranmır. Uşaq əl-üz yumaq, qurulanmaq, geyinmək kimi vərdişlərə yiyələnmək üçün bu hərəkətləri necə yerinə yetirməyin mahiyyətini bilməlidir.Vərdişlərin formalaşmasında tərbiyəçi nümayişlə yanaşı, şifahi izahdan, ümumi xatırlatma metodundan istifadə etməlidir. Məsələn "Pencəyinin düymələrini mən deyən kimi bağla", "Baxım, görüm paltarını şkafda kim necə asır?", "Yadınıza salın, yeməkdən qabaq nə etmək lazımdır?". Məktəbəqədər yaşlı uşaqların özünəxidmətinin təşkilində pedaqoji kollektiv tərəfindən qoyulan tələblərin vahidliyinin hamı tərəfindən gözlənilməsi zəruridir. Özünəxidmət əməyinin icrası zamanı uşaqların gigiyenik tələblərə riayət etməsinə ciddi fikir verilməlidir.
Kiçik qrupda uşaqları özünəxidmət vərdişlərinə alışdırmaq, yeməyi, əl-üz yumağı, geyinib-soyunmağı onlara öyrətmək mühüm şərtdir.Bu yaşlı uşaqlar iki aya kimi müstəqil əl-üz yumaq, geyinmək və s. vərdişlərə yiyələnirlər.Özündən kiçiyə qayğı göstərmək, yaşlılara hörmət etmək, yaşıdları ilə ünsiyyət saxlamaq qaydalarına riayət etmək üçün məktəbəqədər yaşlı uşaqlar aşağıda qaydaları bilməlidir.
1) Başqası sənə müraciət edirsə ona gücün çatan qədər kömək göstər. 2) Başqalarına qarşı diqqətli ol, kimə kömək göstərmək lazım olduğuna fikir ver. 3) Balacalara, yaşlılara və yaşıtlarına qarşı xeyirxah ol. 4) Hər şeydə müstəqil olmağa çalış, lakin hiss etsən ki, bu işin öhdəsindən gələ bilməyəcəksən, başqasının köməyini təşəkkürlə qəbul et.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə