_____________Milli Kitabxana______________
Çay almazsan Lahicandan.
Bu qıtlıqdan, bu müşküldən,
Çətin ki, qurtarasan can.
Nə əkdinsə, onu dərdin,
Daha torban boşaldı
Buğdadan, dəndən.
Ayə, tehranlı, insaf et, de,
Eşşək sənmisən, ya mən?
YETİM UŞAQ
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.
Axan göz yaşın kimi niyə qiymətsiz oldun,
Açılmamış qönçəsən, niyə gül kimi soldun?
Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,
Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!
Bağbansız sütül ağac, yandım sənin halına,
Necə dözüm bu acı, dözülməz əhvalına?
Dinlədim ürəyinin kədər, qəm nəvasını,
Günahkar millətindir, sən çəkdin cəzasını.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Ölkən düşünsə idi sənin səadətini,
Duya bilsəydi elmə tükənməz rəğbətini,
Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,
Yandırmazdın məni də kövrək təbiətinlə.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
İstəyini ödədim, fəqət məlul, pərişan,
Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.
_____________Milli Kitabxana______________
Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,
Sənisə düşündürən bircə günlük çörəkdir.
Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!
Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,
Bir qığılcım düşərsə, məşəl kimi alışar,
Millət qəflətdə yatır, xəyanətkardı dövlət,
Bircə nəzər yetirmə sənə, mənə hökumət.
Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Bu ölkədə rəhmlə ədalət də qalmamış,
Yetim-yesirə xalqda mərhəmət de qalmamış.
Mənimsədi qəyyumun sənin də var-yoxunu,
Belə gördüm dünyanı, belə gördüm çoxunu.
Öz doğma diyarında çəkdin nələr, ey yetim,
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
Dilini bağladılar, bir dərdin açılmadı,
Fitri istedadından qığılcım saçılmadı,
Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,
Niyə basa çatmadı sənin təkamül yolun?
Məktəb sənin dərdinə eylər əlac, ey yetim!
Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!
TİRYƏKİ TƏRK ETMƏK HƏBİ
Tiryəki tərk eyləmək həbini hazırlayıb,
Zəhərlə qarışdırıb, verdilər cəmaətə.
Ondan yaxşılaşmadı fəqət kimsənin hafı,
Cəmaəti saldılar daha ağır zillətə.
Bu həbləri atanlar can tapşırdı ordaca,
Xalqa qəsd eyləyənlər, görüm gəlsin lənətə.
İnsanların canına qəsd eyləyən zəhərə,
Ölüm həbi deyilsə, uyğundur həqiqətə.
_____________Milli Kitabxana______________
QUMARIN BƏLASI
Qumara qurşanma, ey cavan oğlan,
Qumar bir bəladır, başdan-binadan.
Öz cavan ömrünü eyləmə hədər,
Ora ixtiyarsız gedir gedənlər.
Tikandan gül bitər, görmüsən ancaq
Qumardan gül bitə bir gün, bir sayaq?
Qənilər görmüşəm, qəni necə də,
Gədaya dönmüşlər bircə gecədə.
Həyalı cavanlar tökər həyasın,
Səpər ayaqlara könül ziyasın.
Gecə gövhər sayan səhərə qədər,
Səhər gövhər kimi göz yaşı tökər.
İşıq gündüzünü vermə zülmətə,
Salma öz ömrünü min bir zillətə.
Adını, abrını gəl vermə bada,
Qumar evlər yıxmış, evlər dünyada!
Onun qurbanları saysız, hesabsız,
Qara torpaq örtür üstünü yalnız.
Qumarbaz nabələd oğruya bənzər,
Canı pul yolunda itirib gedər.
O, qurddur, içindən yeyər ağacı,
Polad iradədir onun əlacı.
Qumarda udmaq yox, odur, çox qabaq
Uduzmaq demişlər qumara ancaq.
İŞBİLƏN
Sən bağban, fikrində ol, torpaq qayğı çəkəndir,
Bağban şoranlıqda da becərəndir, əkəndir.
Dağıdandır, pozandır bu dünyada ağılsız,
Müdrik dövlət başçısı kərpic-kərpic tikəndir.
Nə gözel söyləmişdir bu dünyada atalar:
Çörəyi çörəkçiyə ver, dərdini çəkəndir.
_____________Milli Kitabxana______________
ŞƏRHLƏR, COĞRAFİ VƏ ETNİK ADLAR
ŞƏRHLƏR
Heydərbabaya salam
Şəhriyar "Heydərbabaya salam "poemasının birinci hissəsinə yazdığı müqəddimədən əlavə əsərin
sonunda şərh və izah da yazmış, adları çəkilmiş şəxslərin, yerlərin və bir sıra məsələiərin mahiyyətini,
söylənilən fikirlərin səbəbini aydınlaşdırmışdır. Şəhriyarın həmin şərh və izahlarının tərcüməsini də
ixtisarla veririk. Bax: Divani-türki. "Sabah ", 1993.
Birinci bənd: Heydərbaba Təbriz yaxınlığında dağ adıdır.
İkinci bənd: "Novruzgülü" və "Qarçiçəyi" ilkbaharda əriməkdə olan qarın
altından baş qaldıran iki gözəl çiçəyin adıdır; birisi bənövşəyi libas geymiş həyalı
və utancaq gəlinə bənzər; ikincisi ağ geyinmiş şən və fərəhli aşiqi xatırladır.
Səkkizinci bənd: Mirəjdər - məşhur bir çavuşun adı.
Aşıq Rüstəm - şöhrətli bir çalıb-oxuyanın adı.
Doqquzuncu bənd: Şəngülava - öz gözəl bağ-bağçası ilə şöhrətlənən bir
kəndin adı.
Aşiq alması - bir üzü sarı, bir üzü qırmızı olan dadlı-sulu alma növüdür.
Onuncu bənd: "Quru göl" - Tehrana gedən yolun kənarında Şibli dağının
ətəyində yerləşən böyük bir gölməçədir ki, orada çoxlu vəhşi qaz, ördək və digər
su quşları var. Yayda suyu sahildən çəkiləndə ona Quru göl deyirlər.
İyirmi beşinci bənd: Kənd toyunun müxtəlif mərasimlərindən biri də budur ki,
aydınlıq əlaməti olsun deyə bir dəstə piltə, bir kasa islanmış həna siniyə qoyulur,
bunu qonaqların içərisində gəzdirirlər.
Dostları ilə paylaş: |