Metafizika – Cild 1, Say 2, 2018
filiyin passiv və aktiv fəaliyyət tarixi kimi dəyərləndirilə bilər. Başqa sözlə, 1373-
cü ildə mövcudatın, 1376-cı ildə elmi-hürufun sirlərinin ona açıldığını bildirən Fəz-
lullahda bu görüşlər sadəcə ideya şəklində mövcud olmuşdur. Təlimin bir sıra ob-
yektiv və subyektiv düşüncələrdən qaynaqlanan elanı isə artıq onun təqribən 10 il
boyunca özünə kifayət qədər tərəfdar topladığı və bu görüşlər üçün ideoloji və icti-
mai zəmin hazırlamasından sonraya təsadüf edir.
Bu mərhələliliyə diqqət yetirilməməsi, hürufiliyin aşkara çıxdığı tarix kimi
sadəcə yuxarıda qeyd etdiyimiz illərdən birinin göstərilməsi isə təlimin formalaş-
masının özəlliyi haqqında natamam təsəvvür yaratmışdır.
2. Fəzlullahın sağlığında hürufi-Teymuri münasibətləri
Hürufiliklə bağlı özünə dərin kök salmış yanlış mülahizələrdən biri də bu
təlimin yaranması səbəbinin izahı ilə əlaqədardır. Bu fəlsəfi-fikri axın haqqında
ənənəviləşmiş qənaətlərdən biri onun antifeodal xarakterliliyi və Əmir Teymurun
Təbrizə yürüşünə qarşı etiraz dalğası kimi meydana çıxmasıdır.
Hürufiliyin ilk illərdə, daha doğrusu, Fəzlullahın sağlığındakı fəaliyyətinin
özəlliklərinin nəzərə alınmaması və hürufi-Teymuri münasibətlərinin kəskin ixti-
lafa çevrilməsinin səbəblərinin təfərrüatlı araşdırılmaması hürufiliyin anti-Teymuri,
hətta ümumiyyətlə, antifeodal hərəkat olması
1
iddiasına yol acmışdır. Halbuki ilkin
hürufilik mətnləri əsasında bu təriqətin banisi Fəzlullahın siyasət adamları ilə mü-
nasibətinin izlənməsi hürufiliyin antifeodal xarakterliliyi ilə bağlı mülahizələrin ta-
rixi gerçəkliyə uyğun olmadığı qənaətinə gətirir. F.Usluerin haqlı olaraq qeyd et-
diyi kimi, Fəzlullaha röya təvil etdirən şəxslər arasında xüsusilə dövlət adamları və
dövrün alimləri diqqəti çəkməkdədi.
2
Belə ki, ilkin qaynaqlardan Fəzlullahın Sultan
Üveys Cəlayiri
3
və saray adamları, o cümlədən onun vəziri Zəkəriya, sahib-sədr
Şeyx Xacə
4
kimi yüksək rütbəli dövlət adamları ilə ünsiyyətinin olması məlum
1
Зумруд Кули-заде. Хуруфизм и его представители в Азербайджане, s. 38-41;
"،ﯽﻤﯿﺴﻧ و ﮫﯿﻓوﺮﺣ" .زوﺪﻟوا ﻦﯿﺴﺣ
.ص ،(ت.ب ،نارﺎﯾ تارﺎﺸﺘﻧا ﮫﺴﺳﻮﻣ :ﺰﯾﺮﺒﺗ) ﯽﻤﯿﺴﻧ ناﻮﯾد
0
1
-
13
؛
:ناﺮﮭﺗ) ،(نﺎﯾﻮﻄﻘﻧ) نﺎﯿﻧﺎﺨﯿﺴﭘ ﺖﻀﮭﻧ و ﮫﯿﻓوﺮﺣ ﺶﺒﻨﺟ .سوﺮﻄﻓ ﺮﯿﻣ ﯽﻠﻋ
تارﺎﺸﺘﻧا
،داﺪﻣﺎﺑ
1327
.ص ،(
37
və s.)
2
Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” Millî Folklor, 90 (2011), s. 143.
3
Sultan Üveysin adı Fəzlullahın "Növmnamə"sində də çəkilir. (bax:
ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ
)
هرﺎﻤﺷ ،ﯽﺳرﺎﻓ ،یﺮﯿﻣا ﯽﻠﻋ .ک.م
920
.و ،(
408
.
4
Şeyx Xacə,
ehtimal ki,
“Növmnamə”də adı Şəh Xacə şəklində qeyd olunan və Sultan
Üveysin məktub yazdığı bildirilən şəxsdir. (
.و ،ﺮﯿﺒﮐ ﮫﻣﺎﻧ نادوﺎﺟ .یدﺎﺑآﺮﺘﺳا ﷲ ﻞﻀﻓ
408
.
)
70
Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,
unudulmuş gerçəkliklər, s.
65-96
olur.
1
Nəsrullah Nafəci “Xabnamə”sində ümumi şəkildə üləma və sərvət sahibləri-
nin Fəzlullahla həmsöhbət olduğunu, onun xidmətində durduğunu və taxt sahibləri-
nin hürufi mürşidinin etimadını qazandığını bildirir.
2
Seyid İshaqın “Məhrəmna-
mə”sindən məlum olduğu kimi, Həsən Damğaninin oğlu
3
, bir müddət Xorasan va-
lisi və Sultan Üveys Cəlayirinin yaxınlarından olan Əmir Əli Damğani
4
sonralar
xidməti
tərk edərək, Fəzlullahın müridi olmuşdu.
5
Nəsrullah Nafəci İsfahanda Tuğ-
çi məscidində ikən Fəzlullahın yanına din alimləri (
“uləma”), seyidlər (
“sadat”),
böyüklər (“əkabir”), əmirlər, vəzirlər və qazılardan bir çox insanın gələrək röya tə-
bir etdirdiklərini bildirir.
6
Nəsrullah Nafəcinin “Xabnamə”sində həmin sosial
zümrələrə aid şəxslərin röyalarını ehtiva edən örnəklər olmasa da, Seyid İshaq və
Firiştəoğlunun
7
eyniadlı əsərlərində həmin şəxslərin röyalarından örnəklər veril-
mişdir: Səbzəvarın hakimi Xacə Fəzlullah,
Timurun əmiri, Kaverd qalası valisi
Əmir Bistam, Sultan Üveysin vəziri Əmir Zəkəriyya, Şirvan valisi Əmir Şeyx İbra-
him
8
, Qazı Bayəzid Şamaxı
9
, Əmirzadə Məhəmməd Qəndəhari, Məşhəd naqibi
Seyid Əbdülheyy, Səbzəvar valisi Xacə Cəmaləddin, İsfahanda mühtəsib, Sultan
1
bax: Hurufilik Metinleri Katalogu, s. 6; Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” s.
140-141, 143.
2
ﮫﻣﺎﻨﺑاﻮﺧ .ﯽﺠﻓﺎﻧ ﷲ ﺮﺼﻧ
)
ano 17
i
Pers
na
Biblioteca Vatica
(
،
.و
20
3
Pəhləvan Həsən Damğani Sərbədari (762/1361-766/1365) və onun yerinə keçən Xacə
Nəcməddin Əli Müəyyəd Sərbədari (766/1365-788/1386) nəzərdə tutulur.
4
H.Ritterə görə, bu, sərbədari xanədanının sonuncu nümayəndəsi olan Əmir Əli
Müəyyəddir. (375-374 ص
.
)
"،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ
Həmin şəxsin adının Xacə Əli Müəyyəd (Musa Şamil Yüksel. Timurlularda Din-Devlet
İlişkisi (Ankara, Türk Tarih Kurumu Basımevi, 2009), s. 110) şəklində verilməsinə də rast
gəlinir. Qeyd etməliyik ki, Əmir Teymur dövründə öldürülən Əmir Əli Müəyyəd ilə Şah-
rux zamanında üsyan qaldıran sərbədari Sultan Əli ayrı-ayrı şəxslərdir. (Əmir Əli Müəyyəd
barədə bax: Musa Şamil Yüksel. Timurlularda Din-Devlet İlişkisi, s. 110; Василий Влади-
мирович Бартольд. Сочинения (Москва: Наука, 1964), т. 2, часть 2, s. 84-85;
ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .ﺪﻧژآ بﻮﻘﻌﯾ)
،ﯽﻧ ﺮﺸﻧ :ناﺮﮭﺗ
1369
،(
ص. 17
.
5
،نﺪﯿﻟ) ﮫﯿﻓوﺮﺣ ﻞﺋﺎﺳر ﮫﻋﻮﻤﺠﻣ
1909
.ص ،(
43
.
bax: Hurufilik Metinleri Katalogu, s. 15
.
6
،ﮫﻣﺎﻨﺑاﻮﺧ .ﯽﺠﻓﺎﻧ ﷲ ﺮﺼﻧ
.و
17
.
7
Fəriştəoğlunun
“Xabnamə”si Seyid İshaqın eyniadlı əsərinin tərcüməsidir. (bu barədə
bax: Fatih Usluer. Hurûfilik-İlk Elden Kaynaklarla Doğuşundan İtibaren, s. 90; Hurufilik
Bilgisi. Ferişteoğlu Abdülmecid Külliyatı. Hazırlayanlar: Fatih Usluer, Özer Şenödeyici,
İsmail Arıkoğlu (Ankara: Gece Kitaplığı, 2014), s. 263-272).
8
Bu şəxsin əslində Şirvanşah İbrahim olması qənaətindəyik.
9
F.Usluer bu ifadəni “Şimahi” şəklində (Fatih Usluer. “Hurufilikte Rüya Tabirleri,” s.
143) versə də, ifadənin əsli Şamaxı (orta əsrlərdəki adlarından biri: Şəmaxi(yyə)) olmalı-
dır. Y.Ajənd Qazı Bayəzidin adının Fəzlullahın “Növmnamə”sində Xacə Bayəzid şəklində
yad edildiyini və onun Şirvanşah Şeyx İbrahimin qazısı olduğunu bildirir.
،ﺦﯾرﺎﺗ رد ﮫﯿﻓوﺮﺣ .،ﺪﻧژآ بﻮﻘﻌﯾ)
.ص
24
(
71