ҺӘЗРӘти рүГӘЈЈӘ



Yüklə 1,95 Mb.
səhifə1/25
tarix14.04.2018
ölçüsü1,95 Mb.
#38301
  1   2   3   4   5   6   7   8   9   ...   25



HƏZRƏT RÜQƏYYƏ

SEYYİD ZAHİR







MÜQƏDDİMƏ

Bismillahir rəhmanir rəhim


الحمد لله ربّ العالمين و الصلاة و السلام على رسول الله و آله الاطهار

و اللعنة على اعداء الله من الآن الى قيام يوم الدين آمين يا ربّ العالمين

Sözümüzü Mütəal Allahın razı olduğu bir kəlamla başlayırıq. Bu kəlam, möminlərin əmiri həzrət Əlinin (ə) fəzilətlərindən zikr etməkdir. Öz nəfsi istəklərindən heç bir söz deməyən və hər nə desə ilahi vəhy əsasında olan1, yaradılış aləminin sirri Xatəmul-ənbiya, Məhəmməd əl-Müstəfa (s) buyurur:



قال رسل الله ( ص): ان الله تعا لي جعل لآخي علي ابن ابي طالب (ع) فضائل لا يحصا عددها غيره فمن ذکره فضيلة من فضاءله مقرا بها غفرالله له ما تقدم من ذنبه و ما تاخر و لو و افا القيامة بذنوب الثقلين.

Allah-taala, qardaşım Əliyyibni əbi Talib (ə) üçün fəzilətlər qərar verib ki, Onun Özündən başqa heç kəs bunları sayıb qurtara bilməz. Hər kəs onun fəzilətlərindən birini zikr etsə və ona imanı olsa, Allah onun keçmiş və gələcək günahlarını, Qiyamət günü də olsa və günahları ins və cinlərin qədərində də olsa belə bağışlayar.



و من کتب فضيلة من فضائله علي (ع) لم تزل الملائکة تستغفر له ما بقي لتلک الکتا بة رسم.

O həzrətin fəzilətlərindən birini yazan şəxs üçün, o yazı qaldıqca mələklər istiğfar edirlər.



و من سمع الي فضيلة من فضئله غفر الله له الذنوب التي اکتسبها با الا ستماع .

Allah, o həzrətin fəzilətlərindən birini eşidən şəxsin, qulaq vasitəsi ilə etdiyi günahlarını bağışlayar.



و من نظر الي کتا ب فيه فضا ئله غفر الله له الذنوب التي اکتسبها با لنظر.

Allah, o həzrətin fəziləti yazılan kitaba baxan şəxsin, göz vasitəsi ilə düçar olduğu günahlarını bağışlayar.2

Mütəal Allah buyurur:

لو اجتنمع الناس کلّهم علي ولايت علي (ع) لما حلقت النا ر

Bütün insanlar Əlinin (ə) vilayətini qəbul etsəydilər, Mən cəhənnəm odunu yaratmazdım.3

Əta deyir: Ayişədən Əli (ə) barədə soruşdum, dedi: "O, bəşərin ən üstün şəxsidir. Onda kafirdən başqa heç kəs şəkk etməz."1

Bu kitabda Əlinin (ə) fəzilətlərindən zikr etməkdə məqsəd Allahın razılığını cəlb etməkdir. Əgər biz o həzrətin fəzilətlərindən yazsaq qatar-qatar kitab olar və yenə də qurtarmaz. Bu kitabda bizim məqsədimiz, imam Hüseynin (ə) nazdanəsi həzrət Rüqəyyənin (ə) həyatı olduğundan, bu üç hədislə kifayətlənirik. Bir də ki, Əli (ə) və onun on bir övladı, bir şəxslərdirlər ki, dost da, düşmən də onların fəzilətlərindən danışır, bir nurdurlar ki, iki əsrə yaxın hədis nəql etməyi qadağan etməklə, səksən il minbərlərdə onlara qarşı nalayiq sözlər dedizdirib, əks təbliğat aparmaqla, özlərinə, ailələrinə, dostlarına qarşı olmazın zülmlər etməklə, qaranlıq həbsxanalar küncündə saxlamaqla, şəhid etməklə söndürmək olmaz. Bəlkə bu nurların qarşısını almaq istəyən zülmətlərdən, hiyləgər münafiqlərdən danışıb, onları ifşa etmək lazımdır. Bir münafiq və hiyləgərlər ki, Peyğəmbərin (s) o nurları, yəni əhli-beyti (ə) ümmətə tanıtmağına, onların fəziləti və hamıdan üstün olmağını çatdırmasına, bir çox Quran ayə və surələrinin onların şənində və haqq canişinlər olmaqları barəsində nazil olmasını bəyan etməsinə, hamının gözü qarşısında aylarla onların evinə gedib, onlara "əhli-beytim" deyərək, namaz vaxtının olduğunu xəbər verməsinə, onları özünün və Allahın sevdiyini, onlarla dostluğun Peyğəmbər (s) və Allahla dostluq, düşmənçiliyin isə Allah və Peyğəmbərlə (s) düşmənçilik olduğunu elan etməsinə, onlara məhəbbəti vacib etməsinə, özünün ümməti arasında ən ağır əmanətləri olduğunu bəyan etməsinə, Qədri-Xumda yüz iyirmi min müsəlmanın gözü qarşısında Əlini (ə) özündən sonra canişin və müsəlmanların Allah tərəfindən təyin edilmiş rəhbəri olduğunu elan etməsinə, orada olanların hamılıqla Əliyə (ə) biət etməsinə baxmayaraq, bu hiyləgər münafiqlər Peyğəmbər (s) dünyadan gedən kimi xalqı aldadıb, xilafəti ələ keçirdilər, haqqa və haqq yolunun hidayətçilərinə zülm etdilər: Peyğəmbərin (s) gözünün nuru, həzrət Fatimeyi Zəhranın (ə) evinə hücum çəkib, qapısına od vurdular, mismar mübarək sinəsini yaraladı, qabırğalarını və qolunu sındırdılar, qamçı ilə döydülər, haqqını əlindən alıb, küçədə mübarək rüxsarına sili vurdular... Haqq canişinləri olan “şəcəreyi-təyyibəni” öz haqlarından uzaqlaşdırıb, xilafəti İslamın və Peyğəmbərin (s) düşmənləri olan “şəcəreyi xəbisəyə” təhvil verdilər.1 Biz, imam Hüseynin (ə) üç yaşlı nazlı qızı həzrət Rüqəyyənin (ə) çəkdiyi müsibətləri bilmək üçün gərək, xəbis şəcərəni, yəni, İslam düşmənləri olan Bəni-Üməyyəni tanıyaq, onların necə mənfur və zalım olduqlarını, İslam və əhli-beytlə (ə) düşmənçiliklərinin həddini bilək.


Lənətlənmiş şəcərə və meymunlar


وما جعلنا الروء يا التي الا فتنة للناس والشجرة الملعونة في القرآن و نخوفهم فما يزيدهم الا طغيا نا کبيرا

"Və sənə göstərdiyimiz o yuxunu və Quranda lənətlənmiş o ağacı1 insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuzuruq, amma bu onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır".2

Təfsirçilər yekdilliklə bu ayənin təfsirində yazıblar: Peyğəmbəri-əkrəm (s) yuxuda, meymunların onun minbərinə çıxdıqlarını gördü və bu yuxudan çox pərişan oldu. Cəbrail nazil oldu və yuxunu belə təbir etdi: Bəni-Üməyyə, Bəni Haşimə qələbə edər və Peyğəmbərin (s) minbərinə çıxarlar. Onlar lənətlənmiş şəcərədirlər. Rəvayət olunub ki, bundan sonra daha heç kəs Peyğəmbərin (s) gülməsini görmədi.3

Üməyyə kimdir?


Üməyyə, bədnam, arvadbaz bir kişi idi və zinada məşhur idi. O həmin kəsdir ki, on il vətəndən uzaqlaşdırıldı, Məkkədən Şama getdi, orada on il qaldı, ərli bir yəhudi qadınla zina etdi. O qadın ərinin evində (o da yəhudi idi) bir oğlan dünyaya gətirdi. Üməyyə onu öz övladı elan etdi və Zəkəvan adlandırıb, Əbu Əmr künyəsi verdi. Sonra özü sağkən öz arvadını ona verdi.1


Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə