15
olanın səbəbidir. Fəzilət burada təbii, aşkar bir fəaliyyət
göstərən
xoşbəxtlik, sevincdir.
Platonun fikrincə, ideyalar dünyası bu dünyanın
məqsədli təyinatıdır. Həmin dünyada fəzilət hökm sürür. Onu
dərk etmək üçün insan gərək cismani tələbatları özündə
məhdudlaşdırsın. İnsan bədəni ruhun həbsxanası, qandalıdır.
İnsan gərək öz hissləri və istəklərini cilovlaya bilsin ki,
cəmiyyət əmin-amanlığa çıxsın. Ideal dünyaya yeganə körpü –
ağıllı ruhdur. Ruhun yaddaşında bir sıra ideyalar həkk
olunmuşdur (fəzilət, gözəllik, ölçü, ədalətlilik və s.). İnsan
yaşadıqca ruh həmin ideyaları xatırlamağa çalışır, bu
çalışqanlıq nə qədər çox olsa, ruhun paklanması, təmizlənməsi
bir o qədər böyük sürətlə gedir. İdrak və əxlaqi təmizlənmə üst-
üstə düşəndə, fəzilət yaranır (həqiqətin, yaxşılığın və gözəlliyin
sintezi).
Nə etmək lazımdır ki, həmin vəziyyətə daha tez nail
olaq? Həm düşüncəni, idrakı kamilləşdirmək, həm də ki, buna
birbaşa həzzalma yolu ilə çatmaq? Əxlaqi
təmizlənmə ruhun əsl
aləmi olan ideyalar aləmində qalması mərhələsinin xatırlanması
yolu ilə əldə edilir. Bu, həm də dərketmədir. Bilmək, öyrənmək
yaxşılığa doğru irəliləmək deməkdir. İnsan cismani arzu və
istəklərdən nə qədər tez azad olsa, bir o qədər tez o, əvvəlcədən
xatirəsində olmuş yaxşılıq, gözəllik, ədalətlilik, harmoniya kimi
əxlaqi dəyərləri özündə bərpa etmiş olur.
Platon iki növ biliyi və iki növ ləzzəti fərqləndirir.
Əbədi olanlar haqqında biliklər və dəyişən, yəni əmələ gəlib
məhv olanlar haqqında biliklər. Həzzalmanın birinci növü
müxtəlif gözəl rənglər, qoxular, proporsiyalar, ümumiyyətlə
göz oxşayanlarla bağlıdır.
Digəri isə qəzəb, həsrət, vüqar, qorxu
və s. kimi hisslərlə bağlıdır, bunları əzabkeşlik müşaiyyət edir.
Həqiqətə nail olmaq hər hansı bir vəziyyətdən çıxış yolu sayıla
bilər. Yaxşılıqları Platon iki qrupa – mənəvi və gündəlik və
yaxud ilahi və bəşəri olanlara bölür. Bu dəyərlər
iyerarxiyasında ən ali dəyər ağıldır. İnsanda gözəlliyə məhəbbət