Малик башга бир јердә дејир


ON YEDDİNCİ FƏSİL ƏLİ (Ə) - HƏMİŞƏYAŞAR BİR ŞƏXSİYYƏT



Yüklə 1,54 Mb.
səhifə17/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

ON YEDDİNCİ FƏSİL

ƏLİ (Ə) - HƏMİŞƏYAŞAR BİR ŞƏXSİYYƏT


«And olsun günəşə onun işığına (günəşin qalxdığı vaxta), And olsun günəşin ardınca çıxan aya»39.

TARİXİN UNUDULMAZ ŞƏXSİYYƏTLƏRİ


Son bir neçə fəsildə sabit və qeyri-sabit qanunlar haqda söhbət açdıq. Qeyd etdik ki, fitri və əsas qanunlar daim sabit və dəyişməzdir. Lakin bir sıra qanunlar müxtəlif zaman və məkandan yaranmış vəziyyət və şəraitdən asılı olduğu üçün qeyri-sabit və dəyişkən olur. Ağacı, sabit və qeyri-sabit qanunlar üçün misal çəkə bilərik.

Ağacın kökü, kövdəsi, budaq və yarpaqları olur. Onun əsas hissəsini təşkil edən kök və kövdəsi illər boyu davam gətirir, lakin onun yarpaqları hər il dəyişilir, bu ildən gələn ilədək davam gətirməyir və hər il təzə göyərən yarpaqlar illər boyu davam gətirən həmin kök və gövdənin nəticəsidir. Haqqında söhbət açmaq istədiyimiz mövzu, əvvəlki fəsillərlə müəyyən qədər də olsa əlaqəlidir. Dünyanın, bəşəriyyətin həyat qanunu iki hissədən (sabit və qeyri-sabit) olduğu kimi insanları da iki hissəyə bölünürlər. Yəni bəzi şəxsiyyətlər bütün dövrlərdə günəş kimi parlaq və bəşəriyyətə örpək olmuşlar. İllər, əsrlər keçməsinə baxmayaraq, onlar köhnəlib xatirələrdən silinməmişlər. Lakin bəzi şəxsiyyətlər yalnız yaşadıqları dövrdə şan-şöhrət tapmış, dünyalarını dəyişdikdən sonra isə camaatın nəzərindən düşmüş və getdikcə xatirələrdən silinmişlər.

Kimləri isə buna misal çəkmək istəməzdim; siz özünüz çox gözəl bilirsiniz.

İstər siyasət, istər elm, istərsə də digər sahələrdə bir vaxtlar şan-şöhrət qazanmış dahi şəxsiyyətlər, zaman getdikcə xatirələrədən silinib, təlif etdikləri tədriclə öz mahiyyətini itirməyə başlamışdır.

Belə bir şəxsiyyətlərdən bir də, dahi yunan filosofu Aristotel (Ərəstun) olmuşdur. Tarixdə onun kimi ikinci bir şəxsiyyət tapmaq bəlkə də çətindir. Aristel dövrünün zologiya, tibb, riyaziyyat, astranomiya, fəlsəfə kimi elmlərinə dərindən yiyələnmiş və bu sahələrdə onlarla kitab təlif etmiş və yüzlərlə qabaqcıl şagird yetirmişdir.

Günəş tək doğulduğu dövrdə bir çox kimlərə dərindən yiyələndiyi müəllimi adlandırdı. Aritotelin şan-şöhrəti o qədər ucalır ki, vəfat etdikdən hələ bir neçə əsr sonra heç bir filosof və ya alim onun yiyələndiyi sahələrdə fikir irəli sürməyə cürət etmir. İbni Sina kimi görkəmli şəxsiyyət özünün “Hikmətul-məşriqiyyə” adlı kitabının müqəddiməsində deyir: “Bəzən öz şəxsi nəzəriyyələrimiz olurdu. Camaat qəbul etsin dey,ə öz nəzəriyyələrimizi Ərəstunun nəzəriyələri ilə birlikdə bəyan edərdik, əgər belə etməsəydik, kimsə bizim nəzəriyyələrimizi qəbul etməzdi. XI və XII əsrlərdə İspaniyada yaşayıb elmi əsərlər yaratmış İbni Raid, İbni Sina ilə bir çox hallarda Aristotelin nəzəriyyələri ilə razılaşmadığı üçün düşmənçilik edərdi. Avropalılar belə bir fikirdədilər ki, təbiəti bəşəriyyətə Aristotel, Aristoteli isə İbni Raid tanıtdırmışdır. Çünki, Aristoteli avropalıları tanıtdıran, məhz İbni Raidin özü olmuşdur. Lakim baxaq görək, Aristotelin nəzərləri həmin xüsusiyyəti özündə qoruyub saxlaya bilmişdirmi? Xeyr! Aristotelə hörmət və ehtiramla yanaşan şərqin özündə yeni-yeni şəxsiyyətlər meydana gəlib onun nəzəriyyələrini sual altına qoymağa başladı. Qərbdə isə onların sayı daha çox idi.

Aristotelin nəziriyyələri o qədər öz əhəmiyyətini itirməyə başladı ki, bir çoxları onu hətta bəşəriyyətin tərzi-təfəkkürünü aşağı səviyyə endirməkdə ittiham etməyə başladı. Bəziləri onu bəşəriyyəti tərzi-təfəkkür baxımından iki əsr geri salmaqda belə günahlandırırdı. Hal-hazırda onun əksər nəzəriyyələri öz etibarını itirmişdir. Elə bir dini və ya qeyri-dini alim tapa bilməzsiniz ki, nəzəriyyələrinin heç olmazsa, səksən faizi dəyişilməmiş olsun. İnbi Sinanın özünün irəli sürdüyü nəzəriyyələrinin demək olar ki, tam yarısı dəyişilmiş və öz əhəmiyyətini itirimişdir. Dekartın irəli sürdüyü nəzəriyyələr ttamamilə köhnəlmiş və etibardan düşmüşdür.

Şeyx Tusinin «Uzdə» adlı kitabını, Şeyx Ənsarinin «Rəsail» adlı əsəri ilə müqaisə etdikdə görürük ki, “Uddəni” {Bax: iki cür yazılıb} yalnız qədim əsər kimi kitabxana və ya əlyazma mərkəzlərində saxlaya bilər, lakin biz bu kitablardan dərslik kimi istifadə edə bilmərik. Şeyx Səduqun, mühəqqiq Hillinin və başqalarının təlif etdikləri əsərlərdə. Eyni qayda olaraq elə bir alim tapa bilməzsiniz ki, nəzəriyyələri zamaq keçməsinə baxmayaraq, dəyişilmədən, olduğu kimi qalsın. Lakin insanlar arasında elə bir şəxsiyyətlər olmuşdur ki, illər əsrlər keçməsinə baxmayaraq, günəş tək həmişə parlaq və qəlblərə hakim olmuş olsun.

Söhbətimizin əvvəlində «And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); Anda olsun günəşin ardınca çıxan aya» ayəsinə işarə etdik. Ay və günəş dedikdə, ayənin zahir minasından hər gün gördüyümüz ay və günəşin nəzərdə tutulduğunu deyə bilərik. Lakin nəql olmuş rəvayətlərdə olduqca incə bir mətləbə toxunulmuşdur. Bu məzmunda olmuş rəvayətlərdən birində günəş dedikdə Peyğəmbər (s), ay dedikdə isə Əli (ə)-ın nəzərdə tutulduğuna işarə olunmuşdur. Beləki, günəş batdıqdan sonra öz nuru ilə aləmi işıqlandıran məhz aydır. Peyğəmbər (s) Qurani-kərim haqda buyurur: “Ayla günəş daim hərəkətdə, cərayanda olduğu kimi, Quran da daimi hərəkət cərəyandır. Yəni ayla günəş bir yerdə durub işıq saçmadığı kimi, Quran da hər hansı bir millətə aid deyildir onun nuru daim saçmaqdadır. Camaat Qurandan üz çevirməklə heç güman etməsinlər ki, onlar bu hərəkətləri ilə onu aradan aparmış olurlar. Dünyanın digər yerlərində Quranı onlarda yaxşı dərk edib, keşiyində duracaqlar».

Quranın möcüzəvi xüsusiyyətlərindən biri də, onun müxtəlif mənalarda təfsir olunmasıdır. Quran 14 ərsrdən çoxdur ki, nazil olmuşdur və nazil olduğu ilk gündən müfəssirlər onu təfsir və təhsil etməyə çalışmışlar. Müfəssirlərin əksəriyyətini səhabə təşkil edirdi. Abdullah ibni Abbas, Abdullah ibni Məsudu buna misal çəkmək olar. Onlardan sonra bu məsuliyyət, Sudey və ibni Şəbrəmə kimi tabeinlərin üzərinə düşür. Hər iki dövrdə camaat Qurandan təfsir olunanları başa düşürdü. Lakin zaman dəyişdikcə, camaatın tərzi-təfsirləri gördükdən sonra əvvəlki təfsirlərlə qənaətlənmirdilər.

Əsrlər ötüb keçdikcə, Qurana yeni və əvvəlkidən daha kamil təfsirlər yazılırdı. I əsrdən başlayaraq Quran təfsir olunmağa başlayır, Bu iş II əsrdə də davam etdirilir. III və IV əsrdən etibarən, müsəlmanların elmi səviyyəsi artdığı üçün Quran daha geniş surətdə elmi nöqteyi-nəzərdən təfsir olunmağa başlanır. Beləliklə, zaman keçdikcə Quran olduğu kimi qalır, ona yeni-yeni və daha kamil təfsir verilirdi.

Bu günlər hər hansı bir alim və ya mütəfəkkir Quranı mütaliə etdikdə, onun nə qədər cəzbedici olduğunun şahidi olur.

EDVARD BRAUNUN DEDİKLƏRİ


Edvard Braun özünün «Ədəbiyyat tarixi» adlı kitabının I cildində iranlıların tərzi-təfəkkürünün tarixi haqda söhbət açır. Onun dediklərinin bəziləri tamamilə əsasla, bəziləri isə qeyri-məntiqi və əsasasızdır (dedikləri bəzi sözlərin əsassız olması tamamilə təbiidir, çünki başqa bir millət və mədəniyyətdən olan bir şəxs, digər millətlə nə qədər yaxından tanış olsa da, bəzi incəliklərdən xəbərsiz qalır). O, deyir: «Bu kitabda çalışacağam ki, başqalarının buraxdıqları səhvlərə bir daha yol verməyim. Buraxılan səhvlərdən biri də budur ki, həmvətənlərimdən biri - «İran tarixi» adlı kitabın müəllifi Sercan Melekamı nəzərdə tuturam. O, ilk iki əsri iranlılar üçün sükut dövrü adlandırır. İki əsrdən sonra tahirlər, Sasanilər, daha sonra Səffayilər hökmranlıq edirlər. Bu dövrdə iranlılar özləri üçün hakimiyyət təşkili etmir və hakimiyyət bütünlüklə ərəblərin ixtiyarında olur. Lakin bu o demək deyildir ki, iranlılar zəif və heç bir qüdrətə malik olmamışlar. Beləliklə, Bəraməkə, Fəzl Zülriyasətəyn və başqaları xəlifə kim rəhbərlik üçün kifayət qədər qüdrətə malik idilər. Sadəcə olaraq bunu demək istəyir ki, ilk iki əsr İranda sükut əsri olmuşdur. İranlılar İslamı məcburiyyət qarşısında qəbul etmiş və hakim olan xəlifə özlərindən olmadığı üçün çarəsiz qalaraq, sükut etməyə məcbur olmuşlar (bu sözlər İngilis Serqan Melekamındır. Bütün bunlar «İki sükut əsri» adlı kitabda yazılmışdır. Kitabda İslama istənilən qədər tənə vurulmuşdur). Bunu bir ingilis alimi demiş və başqa bir ingilis alimi səhv olaraq, onu təkrar etmişdir. Lakin bütün bunları cavabsız qoymamışlar. Evard Braun bu sözləri desə də çalışacağam ki, belə bir səhvə yol verməyim. Belə ki, tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, o dövrdə iranlılar kimi İslam uğrunda fəaliyyət göstərən ikinci bir millət olmamışdır. Bu iki əsr sükut əsri deyil, fəaliyyət və bir cəmii əsrdir.

Həqiqətdə də bu belədir. Sasanilərin hakimiyyət və onlardan əvvəlki dövrlərə nəzər salsanız bunun şahidi olacaqsınız ki, Rum imperyası ilə mübarizə aparan siyasi və ordu baxımından böyük imkanları olan bu millətin, iki yüz ilə yaxın sözünü deyə biləcək bir alimi olmamışdır. Bu iki əsr millətin sükut əsri deyil, azadlıq əsrdir və sükut etməkdə məqsəd, heç də Bəni-Üməyyə sülaləsini müdafiə etmək olmamışdır. Beləki, iranlilar onların hakimiyyət dövründə əldə etdikləri azadlığı, başqa heç bir dövrdə əldə edə bilməmişlər.

Edvard Braunun sonra deyir: “Necə oldu ki, İslam meydana gəlməklə Zərdüşt dini öz əhəmiyyətini itirib, hətta pəhləvi əlifbası belə öz yerini ərəb əlifbasına verdi». Bəzi şərqşünaslar müxtəlif nəzəriyyələr irəli sürsələr də tarix bunu göstərir ki, iranlılar zərdüşt dinini öz razılıqları ilə kənara qoyub, İslam dinini böyük rəğbətlə qarşılamışlar. Bu tarixi bir həqiqətdir. Nə müsəlman, nə də zərdüşt olmayan biz xaricilər Quranla zərdüştlərin Zənd və Pazənd adlı kitabını kəna kənara qoyduqda, onun Quranla müqayisə olunmadığın şahidi oluruq. Quran bütün dövrlərə aid həmişə yaşayar bir kitabdır. Dinindən, milliyətindən, fərqli olmayaraq, hər bir insan ona ehtiyac duyur. Zərdüşt əsərlərində isə, mütaliə olunası elə bir şey yoxdur.

Min illik tarixə malik olan bu millət şüursuz deyildi ki, onlar bir tərəfdən Quranı görür, digər tərəfdən də Zərdüşt kitablarını. Onlar sair kitabların Quranla müqaisə olunmadığını görüb təbii ki, onu seçməli idi. Bu da bu millətin ideoloji inkişafından xəbər verir. Millət təəssübkeşliyi, onları həqiqətə göz yummağa vadar etmədi. İranlıların ərəblərə qarşı mənfi münasibət bəsləmələri də danılmaz bir hiqiqətdir və bu, bəşərin təbii xüsusiyyətlərindəndir. Beləki, iki qonşu kəndin, şəhərin və ölkənin əhalisi öz el-obasının təəssübünü çəkir və qeyd etdiyiniz kimi, bu tamamilə adi bir haldır. Bəzi şəxslər istisna olmaqla, bu xüsusiyyəti bəşəriyyətdən ayırmaq qeyri-mümkündür. Təəssüb hissi bəzi məllətləri o qədər kor etmişdir ki, həqiqətlə qarşı-qarşıya gəldikdə, onu inkar və qəbul etməkdən imtina edir. Lakin təəssüb hissi bir çoxlarını da kor və kar etməmişdir. Bu da həmin millətin, o cümlədən İran camaatının fəxridir. Onlar Quran başqa bir millətdən gəldiyi üçün ondan imtina etmədilər, onun həqiqət və ilahi nur olduğunu görüb rəğbətə qarşılayaraq, iman gətirdilər. Əgər öz daxilindən hər hansı bir xoşa gəlməz bir cərəyan meydana gəlsəydi, onunla müarizə aparar genişlənməsinə imkan verməzdi. Necəki, Manilik və sərkərdə Afşinlə mübarizə aparıb, adını xatirələrdən sildilər.

Bura qədər dediklərim Edvard Braunun söylədikləri haqda idi.

Əli ibni Əbu Talib, illər, əsrlər keçməsinə baxmayaraq, unudulub xatərələrdən silinməyən şəxslərdəndir. Onun şəxsiyyəti, cəmiyyətdə tutduğu mövqeyyət, rəftar və davranışları, buyuruq və hikmətlə dolu öyüd-nəsihətləri zaman keçdikcə durur və köhnəlmək nə olduğunu bilmir.

Demək, şəxsiyyətlər iki hissəyə bölünür: Əbədi və müəyyən dövrə aid olan şəxsiyyətlər.

CƏBRAN XƏLİL CƏBRANIN ƏLİ (Ə) HAQQINDA DEDİKLƏRİ


Cəbran Xəlil Cəbran milliyyətcə ərəb, Livan məsihlərindən olmuşdur. On iki yaşında Amrikaya getmiş, yiyələndiyi iki dildə (ingilis və ərəb) olduqca oxunulmalı əsərlər təlif etmişdir. Məsihi olmasına baxmayaraq, Əli (ə)-ın aşilərindən olmuşdur. Onun kitablarını mütaliə edərkən, dahi şəxsiyyətlər barədə söhbət açdıqda, daim İsa peyğəmbər (ə) və Əli (ə)-ı misal çəkdiyinin şahidi olurdum. Onun Əli (ə) haqda dediyi sözlərdən biri də bu idi: “Mən dünyanın bu sirrindən baş aça bilmirəm. Görəsən, nə üçün bəzi şəxsiyyətlər öz zəmanətlərindən bu qədər qabaqda olurlar? Mənim fikirimcə, Əli ibni Əbu Talib o dövrün adamı deyildi. Daha dəqiq desək, zaman Əli (ə)-ın zamanı deyildi. Yəni o zaman Əli (ə)-a layiq deyildi. Əli (ə) zamanından çox-çox əvvəl dünyaya gəlmişdi. Mənim fikrimcə, Əli İbni Əbu Talib aləmin ruhu ilə yaşayan ilk şəxsiyyət olmuşdur. O, özü bəzi şəxslər haqda deyərdi: “Elə şəxslər vardır ki, elm batinlərindən onlara hücum etmişdir. Onların elmi, yəni yiyələndikləri elm daim dəyişilməkdə olan elmdən olduqca fərqlənir. Onlar yəqinə çatmış və ruhən haqqa qovuşmuşlar”.

Əli (ə) başqa bir yerdə buyurur: “Əgər qeybin pərdələrini gözlərim önündən götürsələr belə, mənə hasil olmuş yəqinə heç bir şey əlavə olmayacaqdır. Heç bir məsuliyyət hiss etməyən camaat üçün hər hansı bir mənəvi şeyi qəbul etmək olduqca çətindir. Lakin yəqinə çatmış şəxslər üçün bu olduqca asandır. Onlar cismən camaat arasında olsalar da, ruhən ərşi əlada olarlar»40.

Belə bir şəxsiyyət xəvaric ilə baş-başa verib dövlət idarə edə bilərmi? Əsla! Bunu təsəvvür etmək belə mümkün deyildir! Siffeyn döyüşlərindən böyük dərd olarmı? Yaxın qohumlarından birinə göndərdiyi məktubda yazır: «Ruzigar mənim üçün çətin olduğu belə bir vaxtda, məni tək qoymaq istəyirsənmi?!».

Həqiqətən ölüm Əli (ə) üçün rahatlıq və asayış idi. O, oğlu İmam Həsən (ə) ma buyurur: «». {BAX: nitq qeyd olunmayıb}



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə