www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
24
inkiĢafı, o cümlədən Ç. Darvinin təkamül nəzəriyyəsi,
H.Spenserin və digər tədqiqatçıların iĢlərinin nəticəsində
psixologiya elmi fəlsəfədən tamamilə ayrıldı, təbiət elmlərinə
yaxınlaĢdı. Bununla yanaĢı, öz predmetini geniĢləndirərək,
Ġ.N.Seçenovun sözləri ilə desək «Ģüur sahəsindən davranıĢ
sahəsinə» keçirdi. Beləliklə idrak proseslərindən baĢqa,
emosional proseslər və davranıĢ psixologiyanın predmetinə
daxil oldu. Daha mühümü isə ondan ibarətdir ki,
psixologiyanın obyektiv elm sahəsi olmaq cəhdi psixikanın
tədqiqində yeni metodların axtarıĢına səbəb olmadı. XIX əsrin
80-cı illərinə qədər introspeksiya hələ də aparıcı metod olaraq
qalırdı.
Psixologiya elminin inkiĢafının III mərhələsi Alma-
niyanın Leypsiq Ģəhərində V.Vundtun ilk eksperimental
psixologiya laboratoriyasının yaratması ilə baĢlayır.
Eksperimental psixologiya laboratoriyasının yaranması
ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm
sahəsinə çevrildi. Lakin V.Vundt-un assosianist yanaĢmanın
əsasında qurduğu psixoloji model insanın ruhu aləmi,
emosianal haləti, Ģəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə
bağlı yeni faktlar verə bilmədi.
Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni
metodlar axtarmağa sövq etdi. Həmin dövrdə yaranan ilk
psixologiya məktəbləri (strukturalizm, funksionalizm, Vyur-
sburq məktəbi) uzun müddət fəaliyyət göstərə bilmədi. Lakin
onlar sübut etdilər ki, psixologiyanın predmeti, metodları ilə
bağlı fərqli mövqelər, yanaĢmalar mövcuddur. Beləliklə,
zamanın tələblərinə uyğun yeni axtarıĢlar baĢladı. Bu dövrü
psixoloqlar metodoloji böhran dövrü adlandırırlar.
Vahid mövqeyə gələ bilməmələri nəticəsində XX əsrin
əvvələrində psixologiyada bir neçə istiqamət meydana çıxdı.
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
25
Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı.
Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, qeĢtalt
psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri
yarandı.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və
istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koq-
nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX
əsrin 60-cı illərindən baĢlayaraq psixologiya elmi özünün yeni
inkiĢaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik
xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox,
ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləĢməsi
prosesi gedir.
I.1.4. Azərbyacanda psixoloji fikrin və elmi
psixologiyanın yaranması, inkiĢafı
Azərbyacanda psixoloji fikrin təĢəkkülü və inkiĢafı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji
fikrin yaranması və inkiĢafını iki mərhələyə ayırmaq olar:
elməqədərki və elmi psixologiyanın təĢəkkülü və inkiĢafı.
Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək
də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaĢmıĢ,
biri digərinin inkiĢafına zəmin yaratmıĢdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox
qədimdən, eramızdan əvvəldən baĢlanır. O, bir tərəfdən ġərq
fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-
miĢdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-
dən asılı olaraq inkiĢaf etmiĢ, digər tərəfdən baĢ verən proseslər
psixoloji fikrə öz təsirini göstərmiĢdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
26
tarixinin araĢdırılmasını dünya psixologiya elminin inkiĢafı
kontekstindən ayırmamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki
psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan-
dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin
mənbəyini ictimai və Ģəxsi təcrübə təĢkil edir. Hələ qədim
zamanlardan baĢlayaraq bu biliklər nəsildən-nəslə verilmiĢ
müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda,
nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmıĢdır. Bizim
hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də Ģifahi xalq
ədəbiyyatı vasitəsilə mənimsəyirik. Ġnsanın Ģəxsi təcrübəsində
həmin biliklər daha da dəqiqləĢir, yeni məna çalarları kəsb
edir».
Onlar daha sonra yazırlar: «Güzəran psixologiyasına aid
olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan
müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir
cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl
Ģəkildə izah edilmir, sübut olunmur».
Ġnsanlar lap qədimlərdən qarĢılıqlı münasibətlərdə olduq-
ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk
etməyə çalıĢmıĢ, bunun üçün müĢahidələr aparmıĢlar. Tədricən
toplanan biliklər ümumiləĢdirilmiĢ, dildən-dilə, ağızdan-ağıza
keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuĢdur.
Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar,
miflər, əfsanələr və s. Ģəklində, lakonik dillə çatdırılmıĢdır.
Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr
içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da
ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düĢüncə və davranıĢ tərzi,
ayrı-ayrı dövrlərdə baĢ verən hadisələrə münasibəti öz əksini
bariz Ģəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili,
ümid və istəklər bu yaradıcılığın əsasını təĢkil edir.
Psixoloji fikrin yaranması və inĢasının digər bir istiqa-
məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, Ģairlərin yara-
Dostları ilə paylaş: |