www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
35
Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər
xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla
döyüşmüşlər. Aydındır ki. onlar Azərbaycanı Vətən seçdikləri üçün
onun uğrunda da vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın
digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü,
onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir. Bu birlik
hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası
dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır.
Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına təlqin etdiyi
humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox
vacib olan bəşəri keyfiyyət olmaqla yanaşı həm də dünyada və
ölkədə sosial-siyasi sabitliyin və iqtisadi inkişafın da ən mühüm
amillərindəndir. Bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi,
Azərbaycan xalqının birliyi ölkənin bügünkü sürətli və davamlı
hərtərəfli inkişafında özünü əyani surətdə göstərir. Dövlət başçısı öz
nitqində iqtisadiyyatla humanitar məsələnin qarşılıqlı təsiri barədə
deyib: ―Forumun mövzularından biri iqtisadi inkişafın humanitar
aspektləridir... Yenə də Azərbaycanın təcrübəsi maraqlı ola bilər.
Çünki baxmayaraq ki biz etnik təmizləməyə məruz qalmışıq və
torpaqlarımız işğal algtındadır, bir milyondan artıq qaçqın, köçkün
vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim
iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli
olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə
iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə
dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun
səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi
5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir
milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik
4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki iqtisadi islahatların
nəticəsidir. Eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar
sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və
mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları,
təhlükəsizliyi və rifahı dayanır‖.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
36
Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc,
siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil
edən humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli
olmadan qüdrətli səviyyə mümkün deyildir. Sosial-siyasi sabitlik
iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii
ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər
humanitar məsələ və problemlər vaxtında və həm də beynəlxalq
normalara uyğun həll olunmasa gec-tez ölkədə bu zəmində çox
ciddi böhran yaşana bilər. Bu da öz növbəsində iqtisadi və siyasi
proseslərə çox mənfi təsir göstərər. Bundan başqa hər bir insan
müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə
məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması,
etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması,
cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması
ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam
tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin
düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla
zənginləşir.
Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə
deyib: ―Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd
etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni
zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz
gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu
prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir,
müdafiə edilir‖.
Ataş CƏBRAYILOV
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
37
Multikultiralizm nədən başlayır?
Yaxud millətçi əhvalın qızışdırılmasında KİV-in məsuliyyəti
Sovet dönəminin məşhur mahnısını bir qədər dəyişsək, meydana
kifayət qədər aktual məsələ çıxar: "Multikulturalizm nədən
başlayır?" Yaxşı və sadiq qonşulardan, "sənin əlifbandakı"
şəkillərdən? Yoxsa qəzet və ya televizordakı mənzərədən? İlk
baxışdan hər şey kifayət qədər bəsitdir. Multikulturalizmin əsasında
müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət
qoyaraq, qanunlar əsasında birgə yaşaması ideyası dayanır. Amma
bu zaman mədəni, dini, dil, etnik və digər xüsusiyyətlərə zərər
dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail
olmağın alətləri də gözəl və dəqiqdir - tolerantlıq, qanunlara, bir-
birinin azadlığına hörmət.
Amma bütün bunların həyata keçirilməsi üçün birincisi, bu və ya
digər cəmiyyətin üzvləri buna qadir olmalı, ikincisi maddi
durumlarına, imkanlarına görə eyni vəziyyətdə yaşamalıdırlar. Yəni
faktiki olaraq, əsl multikulturalizm yalnız cənnətdə ola bilər -
əlbəttə ki, siz oraya düşə biləcəksinizsə. Avropanın ən güclü
dövlətləri olan Almaniya və Böyük Britaniyaya multikulturalizm
haqda şövqlə nümayiş etdirilən həmrəyliyi bədbin etirafların
əvəzləməsi üçün, təxminən, on il kifayət etdi. Britaniyanın baş
naziri Devid Kemeron bu günlərdə "Financial Times" qəzeti
vasitəsilə Şərqi və Cənubi Avropadan Avropa İttifaqının daha zən-