6
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan
Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai
və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul
Memar Sinan Universitetinin İncəsənət fakültəsində və
İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır.
1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda
bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının
təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və
darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini
ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu
cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə
tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə
aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad
etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı
tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün
olmasının simvolik mənası isə kitabların məzmunu ilə
əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və
son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya
olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və
Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı
düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan
qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq
“son söz”ü söyləməyi hədəfləmişdir. Böyük hikmət
və kamal sahibi olan Rəsulullahın möhüründən
bu son sözü söyləmək niyyətinin duası olaraq
istifadə edilmişdir.
Yazıçının bütün işlərindəki ortaq hədəf
Quranın təbliğini dünyaya çatdırmaq,
beləliklə, insanları Allahın varlığı, birliyi
və axirət kimi təməl imani mövzular
üzərində düşünməyə sövq etmək
və inkarçı sistemlərin əsassız
təməllərini və azğın tətbiqlərini
gözlər önünə çəkməkdir.
Necə
ki,
Harun
Yəhyanın əsərləri