1
M.C.Əliyev, F.A.Həsənli
M e l i o r a t i v c o ğ r a f i y a
B a k ı - 2 0 1 0
2
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent
Əliyev Mustafa Cahan oğlu
Coğrafiya elmləri namizədi
Həsənli Fərrux Ağayar oğlu
Elmi redaktor: Kənd təsərrüfatı elmləri namizədi, dosent
Əsgərova Mətanət Mahmuq qızı
Rəyçilər: Coğrafiya elmləri doktoru, professor
Həsənov ġahalı Gülmalı oğlu
Coğrafiya elmləri namizədi
Həsənov Məhərrəm Səməd oğlu
Dərs vəsaiti dövrümüzün qlobal problemlərindən biri olan təbii
komponentlərin çirklənməsi, onların korlanaraq sıradan çıxması və onların
bərpası istiqamətində gorüləcək meliorativ tədbirlərin aparılması, həmçinin
aparılma yollarına həsr olunmuşdur.
Dərs vəsaiti kifayət qədər elmi məlumatlara əsaslandığından tələbə,
magistr, aspirantlar, o cümlədən bu istiqamətdə çalışan mütəxəssislər tərəfindən
mənbə kimi istifadə edilməsi mümkün sayıla bilər.
Dərs vəsaitinin hazırlanmasında və ilkin variantının yığılıb çap olunmasında
iştirak etmiş Qocayeva Aynurə Nəriman qızına və Şahquliyeva Aygün Əziz
qızına öz dərin minnətdarlığımızı bildiririk.
3
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
M.C.Əliyev F.A.Həsənli
M E L Ġ O R A T Ġ V C O Ğ R A F Ġ Y A
Pedaqoji Universitetlər üçün dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tərəfindən təsdiq edilmiĢdir. Əmr №
Bakı-2010
4
G i r i Ģ
Meliorasiya yaxşılaşdırma, yararlı hala salma mənasında olub təbii
komponentlərin istifadəsi üçün yararlı olmayan və yaxud az yararlı olan təbii
şəraitin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sistemi olduğundan bütün ölkələr
inkişaf səviyyəsindən asılı olaraq onun həyata keçirilməsində müəyyən rol
oynayırlar.
İnsanlar təbii komponentlərə olan ehtiyaclarını ödəməklə onlara intensiv
olaraq o dərəcədə təsir göstərmişdilər ki, yaratdıqları problemləri bu və ya digər
dərəcədə aradan qaldırmaq məcburiyyətində qalmışdılar.
Bu gün sənayenin inkişafı torpaq, su və atmosferin çirklənməsində, nəticə
etibarılə bir sıra komponentlərin sıradan çıxmasında əsas amil sayılır. Faydalı
qazıntılardan istifadə o dərəcəyə çatmışdır ki, hətta insanların qida mənbəi olan
torpaqların mühafizəsi, su hövzələrində çirklənmənin qarşısının alınması,
atmosferin qaz tərkibinin və onun nisbətinin qorunması yaddan çıxmışdır. Atom
silahlarının atmosferdə sınaqdan çıxarılması nəticəsində radioaktiv maddələrin qısa
müddətdə 80%-ə qədərinin torpaq səthinə çökməsi mənimsədiyiniz ərzaq
məhsullarını getdikcə təhlükə mənbəyinə çevirir. Atmosfer yağıntılarının nəticəsi
olaraq radioaktiv maddələrin mineral sulara, çaylara,göllərə və dünya okeanına
qarışması təhlükə arealını daha da böyüdür. Beləliklə insanlar 50 milyarddan
yuxarı əhalini təmin edə biləcək dünya okeanının ərzaq məhsullarından özlərini
məhrum edə bilərlər.
İl müddətində müxtəlif səbəblərdən dünya okeanına 14 milyon tondan
yuxarı neftin dağılması atmosferlə su arasında oksigen mübadiləsinin pozulmasına,
canlı aləmin kəmiyyət və keyfiyyət baxımından mənfi istiqamətdə inkişafına səbəb
olur.
Ən mühüm təbii komponentlərdən biri olan torpaqların tədricən, bəzən isə
çox sürətlə sıradan çıxması adi hala çevrilməkdədir. Bu gün elə torpaq sahələri
yaranmışdır ki, meliorativ tədbirlərin aparılması belə heç bir əhəmiyyət kəsb etmir.
Dostları ilə paylaş: |