11
S
etdiyi əsas tənzimləmə. 18 aya qədər olan stand-by rejimində üzv
ölkənin kvotasının 100%-i, 3 ilə qədər olan rejimdə isə 300%-i qədər
həmin ölkəyə maliyyə vəsaiti ayrıla bilər. Bəzi istisna hallarda BVF bu
limitləri keçə bilir.
Stimullar (incentives) – bir kəsi bir işi görməyə həvəsləndirir.
Stimullaşdırma nəzəriyyəsi həvəsləndirmə mexanizminin, üzəçıxarma-
nın, cəzaların, müxtəlif dövlət idarələrində səmərəliliyi artırmaq üçün
müxtəlif vergi sistemlərinin analizi üçün konseptual əsaslar təklif edir.
Məsələn, bildirilir ki, ödəniş artımları dövlət qulluğunda fırıldaqçılığı
artıracaq. Stimul, həmçinin, məmurları yersiz xeyirləri rüşvət verənə
geri qaytarmağa inandıraraq rüşvət ola bilərdi.
Subsidiya (subsidy) – dövlət büdcəsindən muxtar büdcələrə, yerli
büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti. İstehsаl
və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr
оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir.
Каpitаl trаnsferlərinə аid edilən əsаs каpitаlın yığımını mаliyyələşdirməк
üçün müəyyən edilən investisiyа хаrакterli subsidiyаlаr (qrаntlаr)
dа burаyа dахildir. Məhsulа görə subsidiyаlаr аdətən rezidentlər
tərəfindən istehsаl edilən, sаtılаn və yа idхаl edilən məhsul və
хidmətlərin miqdаrınа və yа dəyərinə prоpоrsiоnаl оlаrаq ödənilən
subsidiyаlаrdır. Müəssisələrin istehsаl etdiyi məhsulun sаtış qiymətinin
оrtа istehsаl хərclərindən аşаğı təyin edilməsi nəticəsində bаş verən
dаimi zərərlərə görə dövlət büdcəsindən müntəzəm ödəmələr, iхrаc
və idхаl subsidiyаlаrı və s. аiddir. İstehsаlа görə digər subsidiyаlаrа
оnlаrın аşаğıdакı əsаs növləri dахildir:
– əməкhаqqı fоndunа və yа işçi qüvvəsinə subsidiyаlаr;
– istehsаl аmillərindən istifаdə etməкlə əlаqədаr subsidiyаlаr, məsələn,
müəyyən хаmmаl, enerji və s. növlərdən istifаdənin stimullаşdırılmаsı
üçün subsidiyаlаr;
– ətrаf mühitin çirкləndirilməsini аzаltmаq üçün, məsələn, istehsаl
tullаntılаrının əlаvə emаlının dəyərinin ödənilməsi üçün subsidiyаlаr.
Subvensiya (subvention) – məqsədli maliyyələşdirmənin həyata
keçirilməsi üçün dövlət büdcəsindən digər büdcəyə və yerli büdcələrə
verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə
istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.
1
Ş
Ş
Şəffaf büdcə (transparent budget) – demokratik dövlətdə dövlət
büdcəsi – ictimai (açıq) siyasət alətidir. Büdcə sadəcə resurslar və
tələbatlar balansı deyildir. O, dövlətin vergi ödəyiciləri və büdcə
xərclərini əldə edənlərlə maliyyə qarşılıqlı münasibətinin mürəkkəb
kompleksidir. Şəffaf büdcə – hökumətin irəli sürdüyü siyasətin ictimai
ekspertizası və onun səmərəliliyinin müzakirəsi üçün açıq olan
büdcəyaratma sistemidir. Şəffaf büdcə informasiyanın əlçatan olması,
büdcə prosesində ictimaiyyətin iştirak imkanının olması, qanunverici
və icraedici orqanlar arasında funksiyaların dəqiq bölgüsünün olması
deməkdir.
Şəffaflıq (transparency) – konkret olaraq dar mənada maliyyə
hesabatlılığının təminini, iştirakçılığı və qanunun aliliyini nəzərdə tutan
ictimaiyyətə açıq bir idarəetmə və qərarqəbuletmə sistemini nəzərdə
tutur.
1
T
T
Tarif güzəştləri (tariff concessions) – rəsmi qanunvericiliyə
əsasən, tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan
Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya
birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum
ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın
preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində
verilən güzəştlər başa düşülür. Tarif güzəştlərinin verilməsi, rəsmi
qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə
ticarət-siyasi münasibətləri həyata keçirilərkən aşağıdakı mallar
üzrə gömrük rüsumlarından azadetmə, gömrük dərəcələrinin aşağı
salınması, yaxud preferensial idxal (ixrac) üçün kvotalar qoyulması kimi
güzəştlər verilə bilər: mənşəcə Azərbaycan Respublikası ilə gömrük
ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud
zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub
olan mallar; mənşəcə Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən beş ildə bir dəfədən az olmamaq şərti ilə dövri olaraq
yenidən baxılan milli preferensiya sistemindən istifadə edən inkişaf
etməkdə olan ölkələrə mənsub mallar. Azərbaycan Respublikasının
ticarət siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının
gömrük ərazisi hüdudlarında aşağıdakı mallar üzrə əvvəl ödənilmiş
gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması
və müstəsna hallarda gömrük rüsumlarından azadetmə kimi güzəştlər
verilə bilər: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən
olunmuş gömrük rejimlərinə uyğun olaraq gömrük nəzarəti altında
Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin
ərazidən müvəqqəti çıxarılan mallar; Azərbaycan Respublikasının
iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə
investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən
mallar; Azərbaycan Respublikasının qanunvericilik aktlarına
uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan
Respublikasının gömrük ərazisindən çıxarılan mallar; xarici sərmayənin
iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə
fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
olaraq, Azərbaycan Respublikası hökumətinin və ya onun səlahiyyətli
dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə
nəzərdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz
Dostları ilə paylaş: |