14
nahiyəsində yerləşirlər
(şək. 19
–
A, B).
Bu
ciblərin divarları beyinin sərt qişasının birləşdi-
rici toxuma səfhəsindən və intima qatından
təşkil olunmuşdur. Intima qatı bir qat
boylama elastik
liflərdən ibarətdir və üzəri
daxildən təkqat endotel hüceyrələri ilə
örtülmüşdür. Sərt qişa ciblərinin qapaqları
yoxdur. Onlar boylama və ya köndələn
istiqamətdə yerləşirlər. Bu ciblərdə qanın
axın istiqaməti öndən və yuxarıdan arxaya
doğrudur. Ciblərin bir qismi kəllə qapağında,
digər qismi isə kəllə əsasında yerləşir.
Sərt qişanın venoz cibləri qanın cərəyanını
mükəmməl yaradılmış sərt birləşdirici to-
xumadan təşkil olunmuş divarlar hesabına xa-
rici və daxili təzyiqdən mühafizə edir və beyin
qan dövranının aramsızlığını təmin edir.
Bu ciblərə: 1) yuxarı sagital cib; 2) aşağı
sagital cib; 3) düz cib; 4) köndələn cib; 5) ma-
ğaralı cib; 6) ənsə cibi; 7,8) yuxarı və aşağı
daşlıq cibləri; 9) əsas – təpə cibi; 10) S - ə bən-
zər cib aiddir.
Yuxarı sagital cib (sinus sagittalis supe-
rior) tək ciblərdən olub, böyük beyin orağının
yuxarı kənarı boyunca yerləşir
(şək. 19
–
A, B)
.
Kor dəlikdən bir neçə millimetr arxada
xoruz piyindən başlayır, yuxarı və arxaya
doğru gedir. Daxili ənsə protuberansına
çatdıqda bir qədər sağa meyl edərək köndə-
lən cibə keçir. Bu hissədə ciblər qovuşması –
confluens sinuum adlanan
bir genişlik yerlə-
şir (
şək. 19
–
A
). Ciblər qovuşması, adətən,
daxili ənsə protuberansının sağ tərəfində yer-
ləşir və önə doğru dönərək köndələn cibə ke-
Şəkil 19. Beyinin sərt qişasının venoz cibləri və beyin venaları
A: 1 – confluens sinuum; 2 – sinus rectus; 3 – incisura tentorii; 4 – v.magna cerebri; 5 – vv.cerebri superiores; 6 – sinus petrosis
superior sinister; 7 –
sinus petrosis inferior; 8 – falx cerebri; 9 – sinus sagittalis superior; 10 – sinus sagittalis inferior; 11 – infun-
dibulum; 12 – a.carotis interna; 13 – n.opticus; 14 – crista galli; 15 – sinus intercavernosus; 16 – sinus sphenoparietalis;
17 – vv.cerebri media superficiales; 18 – diaphragma sellae; 19 – sinus intercavernosus; 20 – dorsum sellae; 21 – sinus caverno-
sus; 22 –
plexus basilaris; 23 – sinus petrosus superior dexter; 24 – bulbus superior v.jugularis internae; 25 –
sinus sigmoideus;
26 – tentorium cerebelli; 27 – vv.cerebri inferiores; 28 – sinus transversus.
B: 1 – v.cerebralis anterior; 2 – vv.thalamostriate et choroidea; 3 – v.anastomotica superior; 4 – sinus sagittalis superior; 5 – sinus
sagittalis inferior; 6 – v.cerebri interna; 7 – v.cerebri magna (Galen venası); 8 – v.basilaris; 9 – sinus rectus; 10 – v.anastomotica
inferior; 11 – sinus transverses; 12 – sinus occipitalis; 13 – sinus sigmoideus; 14 – sinus petrosus inferior; 15 – sinus petrosus su-
perior; 16 – sinus cavernosus; 17 – v.cerebri media profundus; 18 – v.cerebri media superficialis
15
çir. Yuxarı sagital cibin diametri öndə çox
kiçik olur, arxada isə 1 sm – ə çatır. O, kön-
dələn kəsikdə əsası yuxarıya çevrilmiş üç-
bucağa bənzəyir. Daxili səthində beyinin
yuxarı venalarının dəlikləri,
araxnoid dənə-
ciklər (Paxion dənəcikləri) və yan venoz sa-
hələr yerləşir. Yan sahələr –
lacunae later-
ales adətən hər tərəfdə 3 ədəddir: a) kiçik
alın sahələri; b) orta ölçülü ənsə sahələri və
c) geniş təpə sahələri. Yaşlı şəxslərdə bu
lakunalar bir – biri ilə birləşərək hər tərəfdə
uzunsov formalı geniş bir sahə əmələ gətirir.
Yuxarı sagital cib beyinin yuxarı venalarını,
kəllə sümüklərinin sümüküstlüyündən gələn
venaları (təpə dəliklərindən keçir), burun
boşluğundan kor dəlik vasitəsilə keçən
emissar venaları, sahələr vasitəsilə diploe və
beyinin sərt qişa venalarını qəbul edir.
Aşağı sagital cib (sinus sagitalis infe-
rior) böyük beyin orağının arxa 2/3
hissəsi-
nin aşağı sərbəst kənarı boyunca arxaya doğ-
ru gedir və düz cibə açılır
(şək. 19
–
A, B).
Arxaya doğru getdikcə diametri artır. Aşağı
sagital cib böyük beyin orağından, döyənək
cisimin üst qismindən və bəzən beyin yarım-
kürələrinin içəri səthindən gələn venaları qə-
bul edir.
Yuxarı daşlıq cibi (sinus petrosus su-
perior) kiçik və ensiz cib olub, mağaralı cibi
köndələn ciblə birləşdirir. Mağaralı cibdən baş-
layaraq eyniadlı şırımla arxaya və bayıra doğru
gedir və köndələn cibə açılır
(şək. 19
–
A, B).
Bu cib beyincik, böyük beyinin aşağı və təbil
boşluğu venalarını qəbul edir.
Aşağı daşlıq cibi (sinus petrosus infe-
rior) mağaralı cibi daxili vidaci vena ilə bir-
ləşdirir
(şək. 19
–
A, B).
Belə ki,
hər bir
aşağı daşlıq cibi öz tərəfinin mağaralı ci-
bindən başlayıb, eyniadlı şırımla arxaya və
aşağıya doğru gedərək daxili vidaci venanın
yuxarı soğanağına açılır. Bu cib labirint
venalarını, uzunsov beyindən, körpüdən və
beyinciyin aşağı səthindən gələn venaları
qəbul edir.
Daşlıq – pullu cib (sinus pertosquamo-
sa) gicgah sümüyünün daşlıq və pullu hissə-
lərinin birləşdiyi yerdə əmələ gələn eyniadlı
şırımla (bəzən şırım əvəzinə kanal olur) arxaya
doğru gedir və köndələn cibə açılır.
Bu cib
bəzən olmur və ya çənəarxası venaya açılır.
Düz cib (sinus rectus) böyük beyin ora-
ğı ilə beyincik çadırının birləşdiyi yerdə sagital
istiqamətdə yerləşmişdir
(şək. 19
–
A, B).
Kön-
dələn kəsikdə üçbucaq formasında olan bu
cib arxaya və aşağıya doğru gedərək,
köndələn cibə açılır. Düz cibə Qalen venası,
aşağı sagital cib və beyinciyin yuxarı
venaları açılır.
Ənsə cibi (sinus occipitalis) venoz cib-
lərin ən kiçiyi olub beyincik çadırının arxa
Şəkil 20. Mağaralı cib (frontal kəsik)
1 – a.communicans posterior; 2 – n.oculomotorius;
3 – n.trochlearis; 4 – n.ophthalmicus; 5 – n.maxillaris;
6 – n.abducens; 7 – hypophysis; 8 – pars nasalis pharyn-
gea; 9 –
sinus sphenoidalis; 10 – sinus cavernosus;
11 – a.carotis interna; 12 – chiasma opticus.