Lakin iqtisadi həyatın beynəlmiləlləşməsinə yönəlmiş bu universal meyil
bəzən, xüsusən də, müxtəlif daxili (tsiklik enmələr) və xarici (siyasi vəziyyətin
kəskinləşməsi, regional silahlı münaqişələr və s.) səbəblərin təsiri altında dünya
təsərrüfatının ümumi vəziyyətinin pisləşməsi üzündən əks-meyillərlə kəsilir (qısa
müddətə olsa da). Lakin təkrar edək: dövlətlərin ümumi mənafelərinin
mövcudluğu nəticəsində bu qısamüddətli meyillər dayanır və bu zaman
beynəlmiləlləşmənin qlobal prosesləri tam gücü ilə işləməyə başlayır.
Təsərrüfatın beynəlmiləlləşməsi özünü aşağıdakı formalarda büruzə
verir:
•
iqtisadi inkişaf proseslərinin bir dövlətin hüdudlarından kənara çıxması;
•
BƏB-in istehsal, texnoloji, maliyyə münasibətlərinin və müxtəlif
dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə aparan yeni mərhələsi;
•
bunun
əsasında
istehsalın
beynəlxalq
ixtisaslaşmasının
və
kooperasiyasının formalaşması;
•
dünya əmtəə bazarlarının, kapital bazarlarının, işçi qüvvəsi bazarlarının
formalaşması;
•
qlobal nəqliyyat infrastrukturunun, boru kəmərlərinin formalaşması;
•
vahid informasiya məkanının yaradılmasına aparan meyillərin
güclənməsi.
BİM-in əsas əlamətləri. Müasir BİM-in təməlində əsasən istehsal
amillərinin yüksək dərəcədə inkişafı, yəni elmi-texniki tərəqqinin birbaşa təsiri
nəticəsində (bütövlükdə dünya təsərrüfatında olduğu kimi) əmək bölgüsü
prosesləri durur. BİM sistemi dünya iqtisadiyyatı əsasında, lakin ondan bir qədər
«geridə qalmaqla» inkişaf edirdi və bu, beynəlxalq münasibətlərin vasitəçi
xarakteri ilə izah olunur.
BİM-in əsas əlamətləri yaxud xüsusiyyətləri ən ümumi şəkildə aşağıdakı
kimi təsvir oluna bilər:
•
BİM-də istehsal amilləri beynəlxalq formada çıxış etsələr də, əmtəə milli
bazarlarla birgə müəyyən müstəqil kəmiyyət formasında mövcud olan dünya
bazarına çıxarılınır. Əmtəə konkret ölkədə istehsalın nəticəsi qismində deyil,
dünya bazarında tələb və təklifin obyekti kimi nəzərdən keçirilir. Başqa sözlə,
əmtəə müvafiq «kağızlarda» təsbit olunur və burada beynəlxalq bazarlarda
abstraktlaşma səviyyəsi dəfələrlə yüksəlir;
•
dünya bazarları milli bazarlarla müqayisədə nəzərəçarpan dominant
23
mövqe tutmağa başlayır və onlara güclü təsir göstərir. Burada tələb və təklif
qanunları milli bazarlarla müqayisədə daha aydın fomıalarda təzahür edir
(xüsusilə də inkişaf etmiş dövlətlərin dar dairəsindən kənarda qalan dünyanın
əksər ölkələrindən söz getdikdə);
•
BİM-in başqa xüsusiyyəti, bazar subyektlərinin beynəlxalq sahədə
rəqabət mübarizəsinin milli bazarlarda olduğundan daha «qəddar olması» ilə
fərqlənir. Bununla yanaşı, burada bazarlar obyektiv olaraq həddən artıq liberaldır,
rəqabət mexanizmi isə daha sərbəst fəaliyyət göstərir. Deməli, beynəlxalq
qiymətqoyma prosesi də, bazarın kortəbii rəqabət əsaslarının daha güclü təsirinə
məruz qalır;
•
beynəlxalq əmtəə və pul bazarlarında yeni meydana çıxan
xüsusiyyətlərdən biri - BİM-in tənzimlənməsi mexanizmlərindəki pozuntular
nəticəsində ehtikarçıhq ünsürlərinin, o cümlədən iri subyektlərin maksimum
qazanc əldə etmək üçün istifadə etdikləri çoxsaylı üsulların mövcud olduğu
ayrı-ayrı formalarının güclü inkişafıdır;
•
BİM-in institusional mexanizmlərinin yaradılması milli təsərrüfatçılıq
sistemlərinin qarşılıqlı təsirinin get-gedə mürəkkəbləşən fonualarınm tələblərini
əks etdirir. Onların yaradılmasının əsasında ikili məqsəd - qarşılıqlı və beynəlxalq
əməkdaşlığı və müəyyən sahələrin beynəlxalq səviyyədə tənzimlənməsini
gücləndirmək dururdu. Əmək bölgüsü və elmi-texniki tərəqqi prosesləri
mürəkkəbləşdikcə, bu mexanizmlər və institutlar daha da şaxələnir və
müxtəlifləşirdi. Bunun nəticəsində BİM sistemi təşkilatların və idarələrin
səciyyəvi, getdikcə genişlənən xüsusi infrastrukturuna malikdir. Bu genişlənmə,
bir qayda kimi, BİM sahəsində siyasətin yeni elementlərinin işlənib hazırlanması
üçün beynəlxalq qurumların yaradılması vasitəsilə baş verir;
•
BİM-in yeni xassələrə malik obyektlərinin meydana çıxması, kapitalın və
işçi qüvvəsinin hərəkəti, TMK-nm fəaliyyəti, elmi-texniki informasiya və
biliklərlə mübadilə və s. sahələrdə yaranan inteqrasiya qrupları çərçivəsində onun
regional altsistemlər kimi fornıalarımn inkişafını şərtləndirmişdir;
•
BİM-in iqtisadi və siyasi problemlərin get-gedə daha çox qovuşması kimi
xassəsi fonnalaşır, BİM-də siyasi amilin rolunun yüksəlməsi prosesi səbatlı
olaraq davam edir;
•
ətraf mühit ilə insan fəaliyyəti arasında qlobal ziddiyyətlərin güclənməsi
prosesinin əksi kimi, ekologiyalaşma BİM-in mühüm xassəsinə
24
çevrilmişdir. Fəaliyyətin bu sahəsi müasir dövrdə xüsusi aktuallıq kəsb etməyə
başlamışdır.
1.2.
BİM-in subyektləri. Quruluşu və strukturu
Beynəlxalq iqtisadi münasibətlərin subyektləri qismində aşağıdakılar çıxış
edir:
•
dövlətlər və onların rəsmi qurumları;
•
ölkələrin inteqrasiya qrupları (Aİ-27, NAFTA, MERCOSUR, MDB,
ASEAN və s.);
•
universal xarakterli beynəlxalq maliyyə-iqtisadi idarələr (BMT-nin
strukturları);
•
dövlətlərarası təşkilatlar;
•
çoxtərəfli xarakter daşıyan beynəlxalq maliyyə-iqtisadi və başqa
qurumlar (BVF, ÜTT, BHB (Bazel), ÜTT);
•
BTP, BƏT;
•
qeyri-rəsmi maliyyə-iqtisadi təşkilatlar (Paris Bankı, London Bankı);
•
regional dövlətlərarası qruplar çərçivəsində fəaliyyət göstərən qurumlar
(Aİ-nin Mərkəzi Bankı və s.);
•
dövlətlərin rəsmi şəxslərinin iştirak etdiyi qeyri-rəsmi qeyri-hökumət
təşkilatları «Group-8» (G-8), «Group-20» (G-20), Davos İqtisadi Forumu və s.);
•
transmilli korporasiyalar və banklar, özəl şirkətlər, öz ölkələrindən
kənarda ticari-iqtisadi fəaliyyətlə məşğul olan təşkilatlar və fiziki şəxslər;
•
QHBT (qeyri-hökumət beynəlxalq təşkilatları)
BİM-in təşkilati quruluşu və strukturu. BİM sistemi özünün
altsistemlərinin, müxtəlif qurumlarının və idarələrinin tərkibi baxımından
mürəkkəb quruluşa malikdir. Onun strukturu sxematik olaraq 1.1 şəklində təsvir
edilmişdir.
1.1 şəklindəki sxem kifayət dərəcədə şərti xarakter daşısa da, BİM-in
dünya iqtisadiyyatına əsaslanan, dünya siyasəti və beynəlxalq siyasi
münasibətlərlə sıx əlaqədar olan mürəkkəb sistem olması barədə təsəvvür
yaradır. Sxemə «Ətraf mühit» baza elementinin daxil edilməsində XXI əsrin
reallıqları, bu sahənin müasir bəşəriyyət üçün həyati əhəmiyyət kəsb etməyə
başlaması əks olunur.
BİM-in vəzifələri və funksiyaları. BİM-in vəzifəsi, ilk növbədə, milli
25
Dostları ilə paylaş: |