KİMYA DƏRSLƏRİNDƏ FƏAL/İNTERAKTİV METODLARDAN İSTİFADƏ
T.İ. Tağıyev
Gəncə Dövlət Universitetinin professoru,
pedaqogika üzrə elmlər doktoru
Şagirdlərin gələcəkdə müstəqil həyat fəaliyyətinə hazırlanmasının təmin edilməsi üçün orta məktəb təhsili dövründən onları müstəqilliyə alışdırmaq lazımdır. Bu məqsədlə dərs prosesində onların fəallığını, bir-biri ilə əməkdaşlığını təşkil etmək, müxtəlif mənbələrdən biliklərin müstəqil əldə edilməsinə və tətbiqinə həmçinin sərbəst fikir mübadiləsinə şərait yaradılması təmin edilməlidir. Bu aspektdə dərsin səmərəliliyini artırmaq üçün fəal/interaktiv təlim metodlarından istifadə edilməsi çox əhəmiyyətlidir.
Kimya dərslərində fəal və interaktiv metodlarından istifadə edilməsinə aid bir mövzunun tədrisini nəzərdən keçirək:
Mövzu: Dövrü sistemdə azot yarımqrupu elementlərinin mövqeyi, azotun fiziki və kimyəvi xassələri.
Məqsəd: 1.Dövri sistemin V qrupun əsas yarımqrupu elementlərinin mövqeyini aşkar etmək.
2. Azotun fiziki və kimyəvi xassələrini öyrətmək.
3. Şagirdlərin müstəqil bilik əldə etmək, bilikləri ümumiləşdirmək, sistemləşdirmək bacarığını inkişaf etdirmək.
Resurslar: D.İ.Mendeleyevin dövri sistemi cədvəli. Dərslik.
İş forması: ümumi siniflə iş, kiçik qruplarla iş, cütlərlə iş.
Təlim üsulları: müşahidə, müsahibə, problemli şərh, diskussiya.
Dərsin gedişi.
I mərhələ
Problemin qoyuluşu.
Azot və fosforun dövri sistemdəki mövqeyini aşkar etmək məqsədi ilə belə bir situasiya yaradıla bilər. Nə üçün azota təbiətdə sərbəst halda rast gəlmək olur (məsələn havada 78% azot olur). Lakin fosfora sərbəst halda rast gəlmək olmur?
Sualla bağlı şagirdlər müxtəlif fərziyyələr irəli sürürlər.
Müəllim qələvi metallar, hallogenlər mövzularından şagirdlərə məlum olan bilikləri onlara xatırladır. Məsələn: qələvi metallar və hallogenlər çox aktiv olduqları üçün onlara təbiətdə sərbəst halda rast gəlinmir. Şagirdlər belə nəticəyə gəlirlər ki, azot kimyəvi cəhətdən çox da fəal olmadığı üçün təbiətdə sərbəst halda mövcud olur, lakin fosfor azotla müqayisədə fəal olduğu üçün təbiətdə sərbəst halda yox birləşmələr şəklində rast gəlinir.
Bu fikirləri sübut etmək üçün müəllim təklif edir ki, dövri cədvəldə azot və fosforun mövqeyini aşkar etsinlər.
Bu məqsədlə dərslikdə mövzu ilə bağlı materialda azot və fosfor atomlarının quruluş sxemi verilən cədvəli nəzərdən keçirilməsi şagirdlərə tapşırılır. Şagirdlər azot atomunun elektron quruluşunda “3” qoşalaşmamış tək elektronu olmasına və molekul əmələ gəlməsində 3 (üç) ədəd kovalent rabitə yaranması N≡N azot molekulunun davamlı olmasına səbəb olduğunu sübut edirlər. Beləliklə də problem həll edilir. Bu izahatdan sonra azot atomunun hidrogenli və oksigenli birləşmələrinin formulunun quruluşca fosfor atomunun uyğun birləşmələri arasındakı oxşar və fərqin aşkar edilməsini araşdırmaq tapşırığı verilir.
II mərhələ
Tədqiqatın aparılması.
Müəllim şagirdləri 2-3 nəfərdən ibarət qruplarda qruplaşdırır. Aşağıda verilən suallara cavab tapmaq üçün kitab üzərində müstəqil iş təşkil edir.
Dərslikdəki materialı oxuyun və aşağıdakı suallara cavab hazırlayın.
1. Azotun Mendeleyevin dövri sistemi cədvəlinə əsasən ən aşağı və ən yüksək oksidləşmə dərəcəsini müəyyən edin. Hər bir oksidləşmə dərəcəsinə müvafiq birləşmənin formulunu yazın.
2. Azot elementinin əmələ gətirdiyi bəsit maddəni və kimyəvi birləşmələrinin formullarını sxemlə ifadə edin.
3. Azot atomunun orbitallarının elektronlarla dolması vəziyyətini fosfor atomu ilə müqayisə edin və nə kimi fərq olduğunu və bu fərqin nəticəsində atomun birləşmələrinin xassəsinə necə təsir etdiyini izah edin.
4. Azota təbiətdə hansı birləşmələr şəklində rast gəlinir?
5. Sənayedə azotu hansı üsulla alırlar?
6. Laboratoriyada azotu hansı üsulla almaq olar?
7. Azotun metallarla və qeyri metallarla birləşmələri necə adlanır?
8. Azotun əsas tətbiq sahələri hansılardır?
Suallar qruplara paylanılır və vaxt verilir.
III mərhələ
Məlumat (bilik) mübadiləsi. Şagirdlər suallara hazırladıqları cavabları hər qrup öz üzvləri ilə müzakirə edir, ümumilikdə onları dəqiqləşdirilər. Nəticələr qrupun bir nümayəndəsi tərəfindən lövhədə göstərməklə təqdim edilir.
IV mərhələ
Əldə edilən biliklərin siniflə birlikdə ümumi müzakirəsi.
Təqdimat aparan şagirdlər sinif yoldaşlarının suallarına cavab verir və cavablara əlavələr dinlənilir.
V mərhələ
Nəticələrin ümumiləşdirilməsi.
Nəticələri müəllim siniflə birlikdə dinlədikdən sonra aşağıdakı müddəalarla ümumiləşdirilir:
-
Azotun bəsit maddə və kimyəvi birləşmələrin tərkibinə saxil olmasını aşağıdakı sxemlə göstərirlər.
Element N
bəsit maddə N2 N2O3 NH3 HNO3 NaNO3
elementin əmələ gətirdiyi birləşmələr
-
Azotun müxtəlif oksidləşmə dərəcələrinə: həm bəsit maddə və həm də birləşmələr şəklində olmasını aşağıdakı sxemlə ifadə etmək olar.
NH3 N2 N2O NO N2O3 NO2 N2O5
-3 0 +1 +2 +3 +4 +5
-
Azot sənayedə havanı mayeləşdirdikdən sonra buxarlandırılır. Qaynama temperaturu aşağı olan azot əvvəlcə ayrılır, oksigen isə qabda qalır və həm də oksigen sənaye üsulu ilə alınır.
-
Azotun kimyəvi xassələrinə gəldikdə oksigenlə, metallarla və hidrogenlə reaksiyaya girir.
-
Azotun oksidləri yuxarıdakı sxemdə göstərilir.
Azotun hidrogenli birləşməsi ammonyakdır NH3, metallarla birləşməsi isə nitridlər adlanır. Məsələn: Maqnezium nitrid Mg3N2-2. Alüminium nitrid Al+3 N-3, ammonyak NH+13 və ya H3N.
Laboratoriyada azotu ammonium nitriti parçalamaqla almaq olar.
NH4NO2 N2 + H2O
Həmçinin azotu aşağıdakı üsullarla almaq mümkündür:
2NaN3 2Na + 3N2
NH4Cl + KNO2 KCl + N2+ 2H2O
Azotun əsas tətbiq sahələri:
-
ammonyakın sintezi üçün.
-
Kimyəvi proseslərdə inert (təsirsiz) mühit yaradılması üçün işlədilir.
VI mərhələ
Yaradıcı tətbiq etmə. Qruplara aşağıdakı məsələ və çalışmaları həll etmək tapşırılır.
-
Venn diaqramından istifadə edərək azot və fosfor atomlarının quruluşundakı oxşar və fərqli cəhətləri göstərin.
-
Bəzi yanıcı qazlarda çatışmazlıqlar şəklində sərbəst azot olur. Adi qaz peçlərində belə qazlar yandırılarkən azot oksidi əmələ gələ bilərmi? Nə üçün?
-
Azotun kimyəvi xassələrini xarakterizə edən kimyəvi reaksiyaların tənliklərini tərtib edin.
-
Aşağıdakı reaksiyaların tənlikləri verilmişdir:
N2 + O2 2NO – Q
N2 + 3H2 2NH + Q
-
təzyiqin; b) temperaturun dəyişməsi ilə bu reaksiyaların tarazlığı hansı tərəfə yönələcəkdir?
Qruplardan cavab alındıqdan sonra qiymətləndirmə cədvəlini lövhədən asır və qiymətləndirmə aparılır.
Meyar cədvəli
Meyarlar
Qruplar
|
Suallara verilən cavabların düzgünlüyü
|
Qrupların fəallığı
|
Qruplarda mehriban əməkdaşlıq
|
Əlavə materialdan istifadə
|
Analiz, sintez ümumiləşdirmə bacarığı
|
Nəticənin təqdim edilməsi
|
I
|
|
|
|
|
|
|
II
|
|
|
|
|
|
|
III
|
|
|
|
|
|
|
IV
|
|
|
|
|
|
|
Ev tapşırığı: 52, 53-ü öyrənmək. Suallara cavab verin:
Silindrin birində azot, digərində oksigen, üçüncüdə isə karbon dioksid vardır. Bu qazları necə fərqləndirmək olar?
İstifadə edilmiş ədəbiyyat:
1. Abbasov V.M. və başqaları Ümumtəhsil məktəblərinin IX sinfi üçün “Kimya” dərslik. Bakı. 2012.
2. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”I hissə. Ali məktəblər üçün dərslik. Bakı, Elm. 2012. 264 səh.
3. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”Ali məktəblər üçün dərslik. II hissə. Bakı, Elm. 2013. 216 səh.
Т.И.Тагиев
д.п.н., профессор кафедры химия
Гянджинского Государственного Университета
Применение интерактивных методов
в преподавании химии
АННОТАЦИЯ
В результате проведенных исследований установлено, что систематическое применение интерактивных методов на уроках химии способствует развитию таких сторон личности, как самостоятельность, инициативность, способность творчески разбираться в различных вопросах.
T.I. Tagiev
The application of interactive methods in teaching of chemistry
ANNOTATION
It was determined systematic application of interactive methods of chemistry lessons contributes to the development such aspects as personality as self-reliance, initiative, ability of creatively to understand in the various issues in the result of conducted researches.
Açar sözlər: azot atomu, azotun oksidləri, interaktiv
Ключевые слова: атомарный азот, оксиды азота, интерактив.
Key words: atomic nitrogen, oxides of nitrogen, interactive.
Dostları ilə paylaş: |