1
Kərbəla qiyamında qadınların rolu
Müəllif: Röya Mehtiyeva
1
Elmi nəzarətçi: Dr. Əfzələddin Rəhimov
2
Alınan tarix: 11/09/2016 qəbul tarixi: 02/11/2016
Giriş
Məqalədə Həzrət İmam Hüseynin (ə) qiyamında qadınların rolundan bəhs edilir.
Bu məqalədə, Əhli-beyt (ə) xanımlarının deyil, onlardan əlavə hansı dəyərli
xanımların Kərbəla qiyamındakı əsaslı rolu olub-olmaması araşdırılır. Bu haqda
olan tarixi məqamlara toxunulur.
Məqalənin qısa xülasəsi
Məqalədə Həzrət İmam Hüseynin (ə) qiyamında qadınların rolundan bəhs edilir.
Bu məqalədə, Əhli-beyt (ə) xanımlarının deyil, onlardan əlavə hansı dəyərli
xanımların Kərbəla qiyamındakı əsaslı rolu olub-olmaması araşdırılır. Bu haqda
olan tarixi məqamlara toxunulur.
Müqəddimə
Məhəmməd peyğəmbərin (s) gəlişi ilə cəmiyyətdə tam insani hüquqlu şəxsiyyətə
çevrilən qadınlar daim İslam dininin inkişafı və müdafiəsi yolunda özünəməxsus
əhəmiyyətli rol oynayaraq, böyük nüfuz qüvvəsinə malik olmuşlar. Biz İslam
tarixini diqqətlə izlədikdə, bu dinin yarandığı gündən e`tibarən Həzrət Xədicə (ə)
kimi namuslu, cəsur qadınların tərəfindən maddi və mə`nəvi cəhətdən mühafizə
olunaraq, dəstəkləndiyinin şahidi oluruq. O, bütün var-dövlətini İslam dininin
qorunması və inkişafı yolunda xərcləməklə yanaşı sevimli Peyğəmbərimizi (s) ən
böhranlı vaxtlarda belə tərk etmədi. Böyük mal-mülkə sahib, zəngin bir xanım olan
Xədicənin (ə) bütün sərvətini İslam yolunda sərf edərək, sonda isə müşriklərin
1. Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin İslam maarifi fakültəsi, İlkin bakalavr pilləsi,
royamehdi@mail.ru
2. Əl-Mustafa Beynəlxalq Virtual Universitetində elmi-işçi,
rahimli80@mail.ru
2
yaratdığı iqtisadi blokadanın nəticəsində aclıq ucbatından dünyasını dəyişməsi də,
möhtəşəm qadın fədakarlığının möhtəşəm nümunəsidir.
3
Həmçinin Həzrət Fatimə (s) kimi dəyərli xanımların atasının və yaxınlarının
qürbətinə, ayrılığına dözməklə bərabər, İslam yolunda öz vətənindən belə köçüb,
yad şəhərlərə hicrət etməsi, onun simasında müsəlman qadınının əzmindən xəbər
verir.
4
Təsadüfi deyildir ki, Əmmar Yasirin (ə) anası Süməyyə düşmənlərin ən ağır
işgəncələrinə dözərək əqidəsindən, inamından dönməmiş elə buna görə də,
müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki, O, İslam dünyasının
ilk şəhidi sayılır.
5
Peyğəmbərin (s) dövründə müharibələrdə döyüşçülərə qulluq edən, onların
qayğısına qalan müsəlman qadınlar bundan əlavə hətta ən çətin anlarda da, döyüş
meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir ləqəbli Nəsibənin
Ühüd döyüşündə, Həmzənin bacısı Səfiyyənin Xəndək müharibəsində düşmənə
qarşı vuruşaraq göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt və`d
etməsi də, buna misal ola bilər.
6
Müsəlman xanımlar öz atalarını, ərlərini, qardaşlarını və övladlarını
Peyğəmbərin (s) düşmənlərilə mübarizəyə həvəsləndirməklə birgə, onların şəhid
olduğunu eşitdikdə də, daim qürur hissi ilə yüksək səbir və dözüm nümayiş
etdirmişlər. Ühüd döyüşündə qardaşının, dayısının və ərinin şəhid olduğunu eşidən
Hİmnə binti Cəhişin vüqarla «hamımız Allah tərəfindən yaranmışıq və hamımız
Ona doğru geri dönəcəyik.» deyə, söyləməsi, müsəlman qadının hər şeyə qadir
olduğuna bir örnək sayıla bilər.
7
3- «Sirəti-İbn Hişam», c. 1, səh. 274; «Kənzul-ümmal», c. 13, səh. 275.
4- «Məsumların həyatı», səh. 41.
5- «Kənzul-ümmal», c. 13, səh. 630.
6- «Sirəti-İbn Hişam», c. 3, səh. 45 və 179; İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 377 və
388 «Kənzul-ümmal», c. 13, səh. 632.
7- «Tarixi-Təbəri», c. 2, səh. 74; İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 388 və 395.
3
Qadınların Kərbəla qiyamındakı rolları
Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi ardıcıllıqla gedişini
izlədikdə, onun hər ləhzəsində ləyaqətli müsəlman xanımının da öz rolu olduğunu
anlayarıq. Belə ki, biz, İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas
olan xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında kamil şəkildə
görürük.
Qiyamın əvvəlindən e`tibarən bir çox müsəlman qadınlar İmam Hüseynə (ə)
kömək etmək üçün öz səylərini göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə
olunaraq, özünəməxsus tə`sir gücünə malik olmuşdur:
8
1- Elçilərə himayəkarlıq etdilər
Bə`zi qadınlar ağır şəraitdə, düşmən nəzarətinin ən güclü və təhlükəli olduğu
mühitdə İmam Hüseynə (ə), onun tərəfdarlarına öz himayələrini əsirgəməmiş,
böyük rəşadətlə onları müdafiə etmişdir. Kərbəla qiyamında, Tuə, kimi xanımın
İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz evində pənah verdiyini,
düşmənlərdən gizləyərək, qoruduğunun şahidi oluruq.
9
Bir halda ki, Həzrət
Hüseyni (ə) on səkkiz min məktubla Kufəyə dəvət edən kufəlilər Müslim ibn Əqili
şəhər küçələrində, İbn Ziyadın qoşununun təqibi altında yalnız buraxaraq, onu
tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə əhli hətta evlərinin qapısını da
bağlamışdılar. Amma Tuə adlı bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq,
onu öz evində gizlətdi. Və imanın qorxuya üstün olduğunu sübut etdi.
8- Elə buna görədə hazırki bəhsimizdə qadınların Kərbəla qiyamındakı fəaliyyətlərini təhlil edərkən Əhli-
beyt (ə) xanımlarının həll edici rolunu müstəqil şəkildə, ayrı bir sual ətrafında araşdıracayıq.
9- Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə», c. 4, səh. 374; «Biharül-ənvar», c. 44, səh. 350-358; Şeyx
Müfid, «İrşad», səh. 401-404; Əbi Muxnəf, «Məlhuf əla qətlil-tafuf», səh. 112-119.
4
2- Dəyərli məsləhətlər verdilər
Bir çox qadınlar Həzrət Hüseynin (ə) də`vətini qəbul etmək üçün tərəddüd edən
ərlərini İmama (ə) qoşulmağa meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər
verirdilər.
Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin məhz həyat yoldaşı Dilhəm
binti Əmrin məsləhəti sayəsində haqqın yolunu taparaq, İmam Hüseynə (ə)
qoşuldu.
10
Züheyr ibn Tin İmamın (ə) tərəfdarı kimi tanınmırdı. O, hətta Həzrət
Hüseynin (ə) onu də`vət etmək üçün göndərdiyi elçisinə də, rədd cavabı verdi.
Amma, belə olduqda arvadı Dilhəm, Züheyrə: «Sübhənəllah! Sən peyğəmbər
övladının də`vətini qəbul etmirsən? Utanmırsanmı? Heç olmazsa get, səninlə nə işi
olduğunu öyrən!»- dedi. Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən
Züheyr ibn Tin İmamın (ə) yanına gedib, onunla görüşdü. Sonra isə Dilhəmin
yanına qayıdaraq, Hüseynə (ə) qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə
aparacağını söylədi. Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi üçün
qorxurdu. Dilhəm isə öz növbəsində ərinə dedi: «Züheyr get! Allah sənə kömək
olsun. Əgər şəhid olsan, Allahın izni ilə qiyamət günü Peyğəmbərin (s) və
Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən.» Belə olduqda Züheyr İmamın
(ə) yanına qayıtdı. Və Aşura günü igidlik nümayiş etdirdikdən sonra, şəhid oldu.
Həbib ibn Məzahir də, İmam Hüseynin (ə) çağırış məktubunu alarkən, xanımı
ona dedi: «Həbib, səni and verirəm Allaha ki, ağamız Hüseynə (ə) kömək etmək
üçün səhlənkarlıq etmə!»
11
Həbib ibn Məzahir isə onu sınamaq məqsədilə belə söylədi: «Mən necə
Kərbəlaya gedim ki, qorxuram övladlarım yetim qala?» Amma Həbibin həyat
yoldaşı cavabında dedi: «Sən Allahın Rəsulu Məhəmmədin (s) Hüseyn ibn Əli (ə)
barəsində buyurdu: «Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridir.»
10- «Əyanüş-şiə», c. 6, səh. 427; «Tarixi-Təbəri», c. 3, səh. 302; «Biharül-ənvar», c. 44, səh. 372-373;
«Rəyahinüş-şəriə», c. 3, səh. 307.
11- Mürtəza Kermani, «Qəhrəman qadınlar», səh. 74; K. Firişler, «İmam Hüseyn (ə) və İran», səh. 3-5.
5
Kəlamını eşitməmisənmi? İndi isə nə üçün Peyğəmbər övladının köməyinə
tələsmirsən? Ey Həbib, get və İmam Hüseyni (ə) görsən, mənim əvəzimdə də,
onun əllərini, ayaqlarını öpərsən. Salamımı ona yetirərsən. »
3- Mənəvi dayaq oldular
Cəsur müsəlman qadınları Kərbəlada öz ərlərini döyüşə atılmağa həvəsləndirir,
onlara mə`nəvi dayaq olurdular.
Müslim ibn Ovsəcənin
12
Ümm Xələf adlı
13
arvadı ərinin şəhid olduğunu öz
gözlərilə seyr etdikdən sonra, oğlu Xələfi döyüş meydanına göndərdi. Amma
İmam Hüseyn (ə) Xələfin anasının kimsəsiz qalmaması üçün dedi: «Ey cavan!
Atan igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan, anan Ümm Xələf köməksiz
qalar və bu azğın səhrada kimə pənah aparar?» İmamın (ə) söylədiklərini diqqətlə
dinləyən Xələf ibn Müslim azca tərəddüd edərək, geriyə anasının yanına qayıtdı.
Lakin rəşadətli, cəsur qadın olan Ümm Xələf oğluna belə əmr etdi: «Oğlum,
döyüşə getməsən, Peyğəmbərin övladı Hüseynə (ə) kömək edərək, düşmənlərinə
qarşı vuruşmasan həyatım boyu səndən razı olmayacağam!»
Xələf anasının əmrilə ruhlanaraq döyüşə atıldı və şəhid oldu.
Əmr ibn Cünadənin anası Bəhriyyə xanım
14
da, əri Cünadə ibn Kəəb Ənsarinin
düşmən tərəfindən qətlə yetirildiyini gördükdən sonra on bir yaşlı oğlunu
vuruşmaq üçün göndərdi. İmam Hüseynin (ə) gözləri Əmr ibn Cünadəyə
sataşdıqda, ona buyurdu: «Bu cavanın atası indicə şəhid oldu. Onun da, vuruşub
şəhid olması anası üçün ağır bir dərd olar.» Amma Əmr ibn Cünadə İmama belə
dedi: «Ey Peyğəmbərin övladı anam özü mənə döyüşməyə əmr etdi.» Belə olduqda
12- Məhəmməd Füzuli, «Hədiqətüs-süəda” adlı əsərində Müslim ibn Ovsəcəni milliyyətcə azəri türkü
olduğunu iddia edir.
13- Cavad Mühəddisi, «Aşura şüarları», səh. 247; Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu»,
səh. 62-63.
14- Seyid Ətaullah Muhacirani, «Aşura elçiləri», səh. 44; Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı», c. 2,
səh. 174; «Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu», səh. 72-73.
6
Həzrət Hüseyn (ə) Əmrə döyüşmək üçün icazə verdi və o, qəhrəmanlıqla şəhid
oldu.
4- Səbir və dözüm dərsi verdilər
Kərbəlada müsəlman qadınları yüksək əzm və dözüm nümayiş etdirərək bütün
azadələrə ibrət dərsi oldular.
Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası
15
ərinin ardınca oğlunun da şəhid
olduğunu izlədiyi zaman, daşürəkli düşmən qoşunu oğlunun kəsilmiş başını
anasına doğru tulladı. Cəsarətli qadın isə oğlunun başını götürüb, vüqarla düşmənə
doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi: «Biz Allah yolunda
verdiyimiz qurbanları geri almırıq!»
5- Əhli-beyti himayə etdilər
Vəfalı mö`min qadınlar, ən ağır, acınacaqlı hallarda belə İmam Hüseynin (ə)
ailəsini tənha qoymayaraq, onları tərk etmədilər. Özlərinin sığınmağa pənahgahı
olduqları halda da, Əhli-beytlə (ə) birlikdə əsirliyə qatlanaraq, çoxlu əzab-əziyyətə
dözdülər.
Şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi öz tərəfdarlarını bir yerə
toplayaraq, şəhid olacaqlarını, arvad-uşaqlarının əsir düşəcəyini xəbər verdi. Elə
buna görə də, əshabına öz ailələrini yaxınlıqda məskunlaşan Bəni-Əsəd qəbiləsinə
apararaq, onlara tapşırmalarını təklif etdi. Əli ibn Məzahir
16
Bunu eşitdikdə ayağa
qalxıb xeyməsinə, öz ailəsinin yanına getdi və İmamın təklifini ona söylədi. Amma
bunu eşidən həyat yoldaşı elə həyəcanlandı ki, başını xeymənin dirəyinə vuraraq
dedi: «Sən necə rəva bilirsən ki, Peyğəmbərin (s) övladlarını göz yaşları içərisində,
əsir tutaraq əzab verə-verə aparsınlar, amma sənin ailən Bəni-Əsəd qəbiləsinin
15- «Tarixi-Təbəri», c. 3, səh. 322; Xarəzmi, «Məqtəl», c. 2, səh. 12-13.
16- «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)», səh. 411-412; Zəhra Fəxr Ruhani, «Qadınların Hüseyn (ə)
qiyamında rolu», səh.19.
7
pənahında rahat yaşasın? Sən necə qıyırsan ki, Peyğəmbərin (s) ailəsini qarət
etsinlər amma mən onları tənha qoyaraq Bəni-Əsəd qəbiləsinin xeyməsində
vicdanımın mühakiməsindən qaçaraq, asudə ömür sürüm? Necə ola bilər ki, sən
İmam Hüseynə (ə) kömək edib, qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzü ağ
olasan, lakin mən yalnız özümü düşünərək, onun ailəsini bu dəhşətli günlərdə
tənha qoyub, Həzrət Fatimənin (ə) yanında üzüqara olum? Allaha and olsun ki,
mən Əhli-beyt (ə) xanımlarını köməksiz qoymayacağam! Mən heç bir yerə
getməyəcəyəm.»
6- Cihad etdilər
Aşura günü qadınlar özləri də, böyük cəsarətlə əlinə silah alıb döyüşə qatıldılar.
Ümm Vəhəb
17
(Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası) xeymənin dirəyini
yerindən çıxardaraq, düşmən qoşununa hücum etdi. İki nəfəri öldürdükdən sonra,
İmam Hüseynin (ə) əmrilə geriyə döndü. Əzra (Adı çəkilən Vəhəbin həyat
yoldaşı), Bəhriyyə binti Məsud Xəzrəci (Əmr ibn Cünadənin anası) və Abdullah
ibn Umeyrin anası da,
18
xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq
İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri verməsilə geri döndülər.
7- Şəhid oldular
Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan ərlərinə, qardaşlarına
və övladlarına döyüşün ən böhranlı, dəhşətli anlarında belə yaxından dəstək
olurdular. Hətta onların bə`zisi bu yolda şəhadət mərtəbəsinə də, yüksəldilər.
17- Mustafa Əsrar, «Aşura qiyamçıları», səh. 143; «Tarixi-Təbəri», c. 3, səh. 322; Xarəzmi, «Məqtəl», c.
2, səh. 12-14.
18- Səmhi, «Əbsarül-eyn», səh. 206; Müqərrəm, «Məqtəlül- Hüseyn (ə) » səh. 316, «Aşura qiyamçıları»,
səh. 134; Nuhuddin Ziya, «Vəhəb xanidanı», səh. 23; Mürtəza Fəhim Kermani, «Tarixdə qadın rolu», səh.
181-186.
8
Ümm Vəhəb (Abdullah ibn Umeyr Kəlbinin həyat yoldaşı) ərinin yaralı
bədəninin cansız şəkildə savaş meydanına düşdüyünü gördükdə, yanına gedərək,
onu ağuşuna aldı. O, göz yaşları içində deyirdi: «Behişt sənə halal olsun! Mən
Allahdan sənin məqamını ən ali dərəcədə ucaltmasını və məni də, sənə
qovuşdurmasını diləyirəm.» Elə bu zaman Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını
çəkərək onu qətlə yetirdi. O Kərbəlada şəhid olan ilk qadındır.
19
Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən tərəfindən Aşura
günü amansızcasına öldürüldü.
20
8- Cinayətkarlara etiraz etdilər
Kərbəla cinayətkarlarından bə`zilərinin arvadları öz ərlərinin insaniyyətdən uzaq
mənfur əməllərinə qarşı e`tiraz edərək, onları kəskin çıxışları ilə tənqid etdilər. Bu
bir halda baş verirdi ki, Hüseynin (ə) qatilləri dırnaqarası qələbəsini təntənə ilə
qeyd edirdi. Hər an onların qəzəblənərək, e`tiraz edən şəxsləri öldürmək qorxusu
var idi. Yezid ibn Müaviyənin arvadı Hind binti Abdullah ibn Amir onun
cinayətlərinə e`tiraz edərək dedi: «Ey Yezid, Allah sənə lə`nət etsin. Sən artıq
mənim ərim deyilsən. Vay olsun sənə! Qiyamət günü nə üzlə Allahın və
Peyğəmbərin (s) qarşısında dayanacaqsan?»
21
Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını İbn Ziyada aparan şəxsin)
arvadları Əyyuf və Nivar da ona e`tiraz edərək, arxa çevirdilər. Və bir daha heç
vaxt onunla danışmadılar.
22
Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər ibn Sədin
qoşununun namərd əməllərini gördükdə qeyrəti cuşa gəldi. O, qılıncını çəkərək
19- Səmhi, «Əbsarül-eyn», səh. 180 və 209; «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə) » səh. 433.
20- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən», səh. 212.
21- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən», səh. 484; Əbu Məxnəf, «Məqtəlül- Hüseyn
(ə) », səh. 187-189.
22- Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) », səh. 375; «Məalis-sibteyn», c. 2, səh. 93.
9
Şümrün qoşununda yer alan qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi! Nə
üçün sakitcə durub, Peyğəmbərin (s) ailəsinin xeymələrinin qarət edilib,
yandırılmasına tamaşa edirsiniz? Kişiliyiniz və qeyrətiniz yoxdurmu?” Amma
onun qəbiləsinin üzvləri qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar.
23
9- Kərbəla şəhidlərini dəfn etdilər
Aşura vaqiəsindən sonra Bəni-Əsəd qəbiləsinin qadınları Əhli-beyt xanımlarına
mənəvi dayaq olmaq üçün Kərbəlaya gəldilər. Onlar şəhid olmuş şəxslərin
bədənlərinin dəfn olunmadığını görüb, qəzəbli halda ərlərinin yanına qayıdaraq
belə söylədilər: «Siz Hüseynə (ə) kömək etmədiyinizə görə Allah-taalanın
hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey bədbəxtlər, heç olmasa qalxın, şəhidlərin
doğranmış bədənlərini dəfn edin.»
Bunu eşidən Bəni-Əsəd qəbiləsinin kişiləri xəcalət çəkərək, utandılar. Və
Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola düşdülər.
24
Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə qadın əzəmətinin və
iqtidarının müqəddəsliyini sübut etməklə yanaşı, haqla batilin savaşı sayılan
Kərbəla qiyamına hər kəsin məsuliyyətlə yanaşmalı olduğunun vacibliyini
anlatdılar.
23- Şeyx Abbas Qumi, «Müntəhəl-əmal», c. 2, səh. 289; Şeyx Abbas Qumi, «Nəfsül-məhmum», səh. 174.
24- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətində», səh. 405.
10
İstifadə olunmuş mənbələr
- İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi»
- Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) »
- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən»
- Mürtəza Fəhim Kermani, «Tarixdə qadın rolu»
- Mustafa Əsrar, «Aşura qiyamçıları»
- «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)»
- Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı»
- Məhəmməd Füzuli, «Hədiqətüs-süəda”
- Nuhuddin Ziya, «Vəhəb xanidanı»
- Mürtəza Kermani, «Qəhrəman qadınlar»
- Əllamə Məclisi, «Biharül-ənvar»
- Əbu Məxnəf, «Məqtəlül- Hüseyn (ə)»
- Əbi Muxnəf, «Məlhuf əla qətlil-tafuf»
- «Sirəti-İbn Hişam»
- Səmhi, «Əbsarül-eyn»
- Səmhi, «Əbsarül-eyn»
- Seyid Ətaullah Muhacirani, «Aşura elçiləri»
- Şeyx Müfid, «İrşad»
- Şeyx Abbas Qumi, «Müntəhəl-əmal»
- Şeyx Abbas Qumi, «Nəfsül-məhmum»
- «Tarixi-Təbəri»
- Cavad Mühəddisi, «Aşura şüarları»
- Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu»
- K. Firişler, «İmam Hüseyn (ə) və İran»
- Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə»
- Zəhra Fəxr Ruhani, «Qadınların Hüseyn (ə) qiyamında rolu»
- Xarəzmi, «Məqtəl»
Dostları ilə paylaş: |