55
Nizamnaməsinin və Müşahidə Şurasının Əsasnaməsində nəzərdə tutulmuş digər səlahiyyətləri
həyata keçirmək.
İdarə Heyəti Emitentin kollegial məsul icra orqanı olmaqla yanaşı Bankın idarə
olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. İdarə Heyəti Emitentin
cari fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
qanunvericiliyinə və Emitentin Nizamnaməsinə əsasən Səhmdarların Ümumi Yığıncağının,
Müşahidə Şurasının və Audit Komitəsinin səlahiyyətlərinə aid edilməmiş bütün məsələləri həll
edir.
İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
1.
Emitentin işçilərinin ştat cədvəli və vəzifə maaşlarına dair təkliflərini Müşahidə
Şurasına
təqdim edir;
2.
Müşahidə Şurasının razılığı ilə Emitentin struktur bölmələrinin rəhbərlərini (filial,
nümayəndəlik və şöbələr istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir;
3.
İllik və rüblük fəaliyyətinin əsas nəticələrinə görə Emitentin işçilərinin
mükafatlandırılmasına dair təkliflərini Müşahidə Şurasının müzakirəsinə çıxarır;
4.
Qaydalar, prosedurlar və proseslər (qayda, prosedur, biznes proses dedikdə,
müəyyən sahə üzrə fəaliyyət sərhədlərini, əməliyyatların icra edilmə ardıcıllığını, fəaliyyətlərin
təşkili formasını müəyyən edən tənzimləyici sənəd nəzərdə tutulur.) qəbul edir;
5.
Emitentin xidmətlərinin təkmilləşdirilməsi və yeni xidmət növlərinin, o cümlədən
Emitentin məhsullarının tətbiq edilməsi barədə qərarlar qəbul edir;
6.
Emitent tərəfindən göstərilən xidmətlərin və məhsulların, həmçinin siyasətlərin
təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və Müşahidə Şurasına təqdim edir;
7.
Emitentin hər bir fəaliyyət növü üzrə əməliyyatın həyata keçirilməsi və risklərin
idarə edilməsi ilə bağlı daxili qaydaları tərtib edir və təsdiq olunmaq üçün Müşahidə Şurasına
təqdim edir;
8.
Müşahidə Şurasının səlahiyyətinə aid olan hallar istisna olunmaqla, işçilərin fərdi
mükafatlandırılması haqqında qərar qəbul edir;
9.
Müşahidə Şurasının müzakirəsinə çıxarılan məsələlər üzrə bütün zəruri sənədlərin
hazırlanmasına və təqdim edilməsinə nəzarət edir;
10.
Emitentin strateji planını hazırlayır və təsdiq üçün Müşahidə Şurasına təqdim edir;
11.
Emitentin fəaliyyəti ilə bağlı digər zəruri sənədlər və təkliflər hazırlayır, tədbirlər
həyata keçirir və öz səlahiyyəti çərçivəsində Emitentin daxili fəaliyyət məsələləri üzrə qərarlar
qəbul edir;
12.
Emitentin yerli struktur bölmələrinin inzibatçılarını (müdir və baş mühasib nəzərdə
tutulur.) vəzifəyə təyin və vəzifədən azad edir.
İdarə Heyətinin sədri:
1.
İdarə Heyətinin müntəzəm iş fəaliyyətini təşkil edir, onun iclaslarını çağırır, həmin
iclaslara sədrlik edir və protokolun aparılmasını təmin edir;
2.
Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunmuş qərar
və planların həyata keçirilməsini təmin edir;
3.
İllik hesabatlar, balans, gəlirlər və xərclər haqqında məlumatların hazırlanmasını
təşkil edir, Səhmdarların Ümumi Yığıncağına təqdim edir və qanunvericilikdə nəzərdə tutulan
hallarda həmin məlumatların mətbuatda dərc edilməsini təşkil edir;
4.
Dövlət və hakimiyyət orqanları qarşısında Bankı təmsil edir;
56
5.
Bankda əməyin təşkili və təhlükəsizliyi üçün şərait yaradır;
6.
Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının səlahiyyətlərinə aid
edilən hallar istisna olunmaqla, Bankın adından işəgötürən qismində çıxış edir;
7.
Bankın adından etibarnamməsiz fəaliyyət göstərir, müqavilələr, sazişlər bağlayır,
banklarda bank hesabları açır, vəsaitləri yönəldir və xərclənməsinə nəzarət edir, habelə bu və
ya digər tapşırıqları yerinə yetirmək üçün Bankın işçilərinə etibarnamələr verir;
8.
Bankın daxili sənədləşmə işinin qanunvericilik, habelə Mərkəzi Bankın normativ
xarakterli aktlarına uyğun aparılmasını təşkil edir;
9.
İdarə Heyətinin üzvləri və Bankın digər işçiləri arasında vəzifə bölgüsü aparır;
10.
Bankın daxili komissiyalarıının və işçi qrupların yaradılması məsələlərini həll edir;
11.
İdarə Heyətinin səlahiyyətinə aid edilən məsələlər istisna olunmaqla, Bank
işçilərinin mükafatlandırılması, maddi və mənəvi həvəsləndirilməsi, o cümlədən xüsusi
fərqlənmiş işçilərin mükafatlandılırlması məsələlərinə baxır;
12.
Səlahiyyətləri daxilində Bankın daxili prosedurlarına dair izahatları, metodik
göstərişləri, reqlamentləri təsdiq edir;
13.
Bankın struktur bölmələrinin cari fəaliyyətinə dair təkmilləşdirmə işlərinin
aparılması məsələsinə baxır;
14.
Qanunvericiliyə və Bankın nizamnaməsinə zidd olmayan digər funksiyaları yerinə
yetirir.
Audit Komitəsinin səlahiyyətləri:
Daxili audit ilə əlaqədar:
– Bankın audit siyasətini və strategiyasını müəyyən etmək və həyata keçirilməsini
təmin etmək;
– Daxili Audit Departamentinin əsasnaməsini təsdiq etmək;
– Daxili Audit Departamentinin fəaliyyətinin əhatə dairəsini müəyyən etmək və onun
fəaliyyətinə nəzarəti həyata keçirmək;
– Daxili Audit Departamentinin iclasını çağırmaq;
– Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı xərcləri haqqında Müşahidə
Şurasına təklif vermək;
– Daxili Audit Departamentinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını təsdiq
etmək;
–
Daxili auditorların işə qəbul olunması, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və
ya azad olunması, habelə mükafatlandırılması barədə Müşahidə Şurasına təkliflər vermək;
– Daxili auditorların məzuniyyətləri ilə bağlı ilkin razılıq vermək;
–
Daxili auditorların təlim alması üzrə proqramları və tədbirləri təsdiq etmək;
–
Daxili auditorların audit yoxlamalarına göndərilməsi ilə bağlı qərarlar qəbul etmək
(Komitənin sədri tərəfindən həyata keçirilir);
–
Təyin olunmuş Əsas Fəaliyyət Göstəriciləri (ƏFG-lər) üzrə ildə ən azı bir dəfə Daxili
Audit Departamentinin fəaliyyətinin səmərəliliyini, uğurluluğunu qiymətləndirmək və
keyfiyyətin təminatı və təkmilləşdirilməsi üzrə təkliflərini Səhmdarların Ümumi Yığıncağına
və ya Müşahidə Şurasına vermək;
– Daxili Audit Planlarını təsdiq etmək;
–
Daxili audit üzrə icmal (illik, yarımillik, rüblük və aylıq) və xüsusi yoxlamalara dair
hesabatları təsdiq etmək;