Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Buna görə də kompensasiya ödənilməlidir. Lakin tələb olunan məbləğ həddindən çoxdur. Məhkəmə

Konvensiyanın 41‐ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli şəkildə qiymətləndirmə apararaq

ərizəçiyə  mənəvi  ziyana  görə  ödənilməli  olan  vergilər  də  daxil  olmaqla  10  000  avro  məbləğində

kompensasiya ödənilməsini qət edir.

B. Məhkəmə xərcləri

55. Ərizəçi həmçinin ölkə məhkəmələri və Avropa Məhkəməsində işə baxılması ilə bağlı çəkdiyi

xərc və məsrəflərə görə 3000 avro məbləğində kompensasiyanın verilməsini tələb etmişdir. Tələb

konkretləşdirilməmiş və ya hər hansı sənədlə təsdiq edilməmişdir.

56. Hökumət ərizəçinin tələbini əsaslandırmadığını bildirmişdir.

57. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona

ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği

ağlabatan olsun. Məhkəmə qeyd edir ki, ərizəçi işinə Avropa Məhkəməsində baxılması zamanı vəkillə

təmsil olunmuşdur və vəkilin Məhkəmə tərəfindən xahiş olunduğu kimi müvafiq sənədlər və qeydlər

təqdim etdiyi mübahisə doğurmur. Belə olan halda Məhkəmə xərc və məsrəflərə görə ərizəçiyə 2000

avro məbləğində kompensasiya verilməsini münasib hesab edir (bax: “Rzaxanov Azərbaycana qarşı”

(Rzakhanov v. Azerbaijan, no. 4242/07, § 92, 4 July 2013)).



C. Faizlərin ödənilməsi

58. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə

uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Ərizəni mümkün elan edir;

2. Konvensiyanın 3‐cü maddəsinin prosessual‐hüquqi aspektinin pozulduğunu qət edir;

3. Konvensiyanın 3‐cü maddəsinin maddi‐hüquqi aspektinin pozulmadığını qət edir;

4. Qərara alır ki,

(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə uyğun olaraq cavabdeh dövlət qərarın qüvvəyə

minməsindən  sonra  üç  ay  ərzində  tutulacaq  faiz  də  daxil  olmaqla  aşağıdakı  məbləğlərdə  vəsaiti

ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə

ödəməlidir:

(i) tutulacaq vergi də nəzərə alınmaqla mənəvi ziyana görə 10 000 (on min) avro;

 (ii)  tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 2000 (iki min) avro;

  (b) yuxarıda  qeyd  edilən  üç  ayın  keçməsindən  sonra  ödəmənin  həyata  keçirilməsinə  qədər

gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə

uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.

5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq 15

yanvar 2015­ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.

Soren Nilsen

İzabel Berro‐Lefevr

Bölmə katibi  

               

 

 

 

 

 

 

Sədr



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

­  46 ­



Yerli mətbuat səhifələrindən

Avropa İnsan Hüquqları Məhkəməsinin ərizə forması

dəyişikliyə uğramışdır

Cari ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsinə

təqdim  olunacaq  ərizələrin  məzmununda  əhəmiyyətli

dəyişikliklər qəbul olunmuşdur.

Məhkəmənin  Plenumu  tərəfindən  qəbul olunmuş  bu

dəyişikliklər  forma  mahiyyətli  olduğundan  ərizələrin

baxılma  proseduruna  əhəmiyyətli  heç  bir  təsir

göstərməyəcəkdir.  Bunula  belə  dəyişikliklərə  riayət

olunmaması ərizənin qəbulundan imtina olunmasına əsas

verəcəkdir.

Dəyişikliklərin məzmununun nədən ibarət olması barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin

üzvü, vəkil Anar Bağırov qeyd edib ki, “Hüquqi şəxs olan ərizəçilər adından ərizəni imzalayan şəxslər

onların  imza  səlahiyyətini  təsdiq  edən  sənədləri  (hüquqi  şəxsin  təsis  sənədini  və  ya  digər  növ

etibarnaməni) ərizəyə əlavə etməlidirlər. Təmsilçilik hüquqi verən bu sənədlərin formasına dair

xüsusi tələb yoxdur, sadəcə üzv ölkənin yerli qanunvericiliyinə, hüquq praktikasına əsasən tərtib

olunmalıdır.  Ümumiyyətlə  isə,  adı  çəkilən  dəyişikliyin  səbəbi  Məhkəməyə  müraciətlərin

konkretləşdirilməsi, ərizəçilərin niyyətlərinin əsaslığının müəyyən edilməsi, habelə Məhkəmənin

iş yükünün azaldılmasıdır.”

Məsələnin fərdi ərizəçilərə münasibətdə hansı qaydada tətbiq olunacağına dair Anar Bağırov “Əgər

ərizəçi vəkil tərəfindən təmsil olunursa, həmin vəkilin kimliyinin identifikasiyası mümkün olmalıdır.

Belə olan halda, ərizəçi ilə vəkil ərizə formasında xüsusi bölməyə imza atacaqlar. Bu vaxta kimi

vəkil heç vaxt ərizəyə imza çəkmirdi. Lakin 1 yanvardan sonra isə çəkəcəkdir və bununla faktiki

olaraq öz təmsilçiliyini təsdiq etmiş olacaqdır. Eyni zamanda yeni ərizə formasına əsasən, ərizəçi

öz doğum yerini də qeyd edəcəkdir” deyib.

Qeyd  olunmalıdır  ki,  AİHM‐nə  təqdim  olunan  ərizənin  formasına  sonuncu  dəyişiklik  1  yanvar

2014‐cü ildə edilmişdir və 1 yanvar 2016‐cı ilədək göndəriləcək ərizələr əvvəlki qaydalara əsasən

tərtib olunacaqdır.

Dini 

radikalizmə 

qarşı 

qanunvericilik

sərtləşdirilmişdir

Son dönəmlər ölkəmizdə dini ekstremizm hallarının

yayğınlaşması,  bir  sıra  ölkə  vətəndaşlarının  xaricə

gedərək  radikal  dini  qurplaşmalara  qoşulmaları,

habelə xarici dini dairələrin maraqlarının ölkəmizdə

təbliğatı ölkəmizdə oturuşmuş ictimai münasibətlərin

təməlini  sarsıtmaqla  onun  stabilliyini  təhlükə  altına

qoymuşdur. Qeyd olunanlar ilə əlaqdar, bu günlərdə

ölkə qanunvericliyinin təkmilləşdirilməsi üzrə bir sıra

qanunvericilik  aktlarına  dəyişikliklər  edilmiş,  “Dini

ekstremizmə qarşı mübarizə haqqında” yeni qanun qəbul olunmuşdur. Qeyd olunan dəyişikliklər

aşağıdakılarıdan ibarətdir:




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə