2
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Müsahibələr və mövqelər
Paşa Səfərov
Vəkillər Kollegiyasının üzvü
MİRASIN BÖLÜŞDÜRÜLMƏSİ
Hələ Qədim Misirdə vərəsəlik hüququnda mirasın bölüşdürülməsi
özünəməxsus şəkildə həyata keçirilirdi. Belə ki, əgər miras qoyan
vəsiyyətnamə qoymazdırsa o zaman miras əmlak miras qoyanın
uşaqları arasında bərabər surətdə bölüşdürülürdü. Lakin bu halda
böyük oğula üstünlük verilirdi. Böyük oğul əvvəlcə öz atasının yerini
tutaraq, hər cür əmlakın” hökmdarına çevrilərək, həmçinin torpaq sahəsinin varisi olurdu. Sonra
isə digər uşaqlar (qardaş və bacıları) arasında bölgü aparırdı.
Qədim Babildə mövcud olan qanunlar vərəsəlik hüququ məsələlərini digər dövlətlərə nisbətdə ətraflı
və ədalətli tənzimləyirdilər. Belə ki, miras əmlak varis uşaqlar arasında bərabər surətdə bölünürdü.
Bu qayda, nəinki miras qoyanın qanuni nikahdan doğulan uşaqlarına, hətta miras qoyanın başqa
yaşayan kölə qadından olan uşaqlar arasında əmlakın bölüşdürülməsində də tətbiq olunurdu.
Qədim Hindistanda isə ata mülkiyyətinə bütün qardaşların bərabər pay hüququ var idi. Qızlar
(bacılar) hər bir mirasdan (qardaşdan) ata əmlakının dörddə bir hissəsini ala bilərdi. Bu da güman
ki, cehiz üçün lazım gəlirdi.
Müxtəlif varnalardan olan valideynlərdən doğulan uşaqlara münasibətdə mirasın bölüşdürülməsi
məsələsi bir qədər başqa cür həll edilirdi. Bunlara kasta məhdudiyyətləri prinsipləri şamil olunurdu.
Məsələn, brahmanın, müxtəlif varnalara mənsub olan qadınlardan doğulan uşaqları ananın varnaya
mənsubiyyətindən asılı olaraq vərəsəlik alırdı. Brahman qadının oğlu 4 pay, kşatri qadının oğlu 3
pay, vayşi qadının oğlu 2 pay, şudr qadının oğlu isə 1 pay alırdı. Misal üçün, miras qoyan brahmandan
miras qalmış 10 otaqlı evin, 4 otağı onun brahman qadından olan oğluna, 3 otağı onun kşatri
qadından olan oğluna, 2 otağı vayşi qadından olan oğluna, 1 otağı isə şudr qadından olan oğluna
düşürdü.
Qədim Yunanıstanda ölən vəsiyyətnamə qoymadıqda qanun üzrə vərəsəlik qaydası tətbiq olunurdu.
Bu halda ölənin əmlakı onun oğulları arasında heç bir fərq oqyulmadan bərabər surətdə
bölüşdürülürdü.
Qədim İranda qanun üzrə vərəsəlikdə atanın miras qoyduğu əmlaka ilk növbədə onun oğlan övladları
bərabər qaydada varis olurdular. Lakin burada arvadın və qızların da payı var idi. Tam hüquqlu
nikahda olan dul arvadın vərəsə payı oğlan övladlarının vərəsə payına bərabər olmalı idi. Qızlara
əmlakın az hissəsi çatırdı. Qız ərə gedərkən payını cehiz kimi özü ilə aparırdı. Misal üçün, mirqas
qoyandan miras qalmış ev onun 3 oğlu və 1 arvadı arasında bərabər qaydada (hər birinə evin 25%i
düşməklə) bölünürdü. Ev əşyaları və digər əşyaların bölgüsünə gəlincə isə burada daha çox əmlak
qıza düşürdü.
Ərəb xilafəti zamanı qadınların vərəsəlik payı kişilərin payından iki dəfə az idi. Quran tövsiyə edirdi
ki, miras bölüşdürülərkən ailələrdəki hər bir oğlan uşağına iki qızın payı düşməlidir, bir kişinin payı
isə iki qadının payı qədər olmalıdır. Misal üçün, müsəlman kişidən miras qalmış 5 otaqlı evin 2 otağı
miras qoyanın böyük oğluna, 2 otağı miras qoyanın kiçik oğluna və 1 otağı isə miras qoyanın qızına
çatırdı.
3
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Rusiya dövlətində də vəsiyyətnamə olmadıqda vərəsəlik qanun üzrə həyata keçirilirdi. Bu zaman
əmlak oğullar arasında fərqli qaydada bölüşdürülürdü. Əmlak bölüşdürülərkən kiçik qardaşa ümumi
paydan əlavə ev, həyətyanı sahə və bütün təsərrüfat verilirdi. Boyar ailəsində oğlan övladı
olmadıqda qız da vərəsə ola bilərdi. İcmaçı kəndli‐smerdin qızı vərəsə sayılmırdı. Əgər qız ərə
getməmişdirsə, ona ancaq cehiz payı verilirdi. Qalan bütün əmlak isə knyaza keçirdi.
Qızıl Orda dövlətində mülki hüquq sahəsində Böyük Yasadan ancaq bir maddə bizə gəlib çatmışdır.
Bu da vərəsəlik hüququna aiddir. Həmin maddəyə görə vərəsələr arasında miras aşağıdakı qaydada
bölünürdü: başqa oğullarına nisbətən ölənin böyük oğluna çox pay verilirdi. Kiçik oğluna isə vərəsə
payı olaraq ancaq ev əşyaları çatırdı. Mirasın qalan hissəsi o biri oğullar arasında bölüşdürülürdü.
Qədim Romada Yustinian hüququnda vərəsəliyə eyni bir qohumluq dərəcəsindən bir neçə şəxs
(məsələn üç oğul) çağırılırdısa və çağırılanlardan biri mirasdakı öz payını əldə etmirdisə, o digər
eyni vaxtda çağırılmış vərəsələrin paylarına qatılırdı (göstərilən misalda oğullarlardan biri
vərəsəlikdən imtina etdikdə iki digər oğul mirası yarıbayarı alırdılar).
Qədim Azərbaycanda vərəsəlik hüququ oğul və qızların varislik hüquqlarının bərabərləşdirilməsi
ilə xarakterizə edilir. Mirasın bölünməsi zamanı fiziki cəhətdən zəif olanlara, şikəstlərə üstünlük
verilirdi. Həm onlar, həm də vəfat etmiş şəxsin dul qalmış qadını digər varislərə nisbətən ikiqat
həcmində miras payı alırdılar.
XIII‐XIV əsrlərdə Azərbaycanda “Yasa”nın normalarına əsasən əmlak bölgüsü zamanı ailənin böyük
oğluna üstünlük verilərək ona daha çox əmlak payı verilirdi. Bununla belə, ata ocağı (kasıblarda
yurta, varlılarda əsas aillər, xanlarda başlıca ulus) onun ölümündən sonra kiçik oğula qalırdı. Oğlan
övladlarının yetkinlik yaşına çatmasına qədər ailə başçısı vəfat edərdisə, müvəqqəti olaraq əmlakı
birinci (böyük) arvad idarə edirdi. Uşaqların böyüklüyü də onların analarının birinciliyi ilə
ölçülürdü. Yasaya görə qadının böyüklüyü onun yaşı ilə deyil, nikahın bağlanma vaxtı ilə müəyyən
edilirdi. Ümumiyyətlə, o dövrdə köçərilərin həyatında qadının rolu yeksək olduğundan (bütün ev
təsərrüfatı, döyüşçülərin xidmətə göndərilməsi ilə bağlı hazırlıq, yır‐yığış işləri onun üzərinə
düşürdü; çox zaman onlar öz ərlərini hərbi yürüşlərdə də müşayiət edirdilər) Yasada qadınların
hüquqi vəziyyətinə də müəyyən yer ayrılmışdır.
“Mirasın bölüşdürülməsi” institutu Azərbaycan vərəsəlik hüququ tarixində özünəməxsus inkişafa
məxsus olmuşdur.
16 iyun 1923‐cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin (bundan sonra ‐ MM) 1956‐cı il tarixli
nəşrində Məcəllənin 490‐cı maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488‐ci
maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında
bərabər hissəyə bölünür.
İrs buraxan şəxsin 488‐ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri
və nəticələri onların vəfat etmiş ata‐anasına çatmalı olan payı həcmində bərabər pay alarlar.
MM‐in 491‐ci maddəsinə görə, 488‐ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən
hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490‐cı maddəyə əsasən ona çatası əmlakdan düşən
paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla)
pay alır.
Həmçinin Məcəllənin 503‐cü maddəsinə əsasən, vərəsəlik açıldığı gündən etibarən 6 ayın ərzində
gəlmədiyi, vərəsəliyi qəbul etməkdən imtina etdikləri halda (494‐cu maddədə nəzərdə tutulan
hallar istisna edilməklə) və ya vərəsələrin biri və ya bir neçəsi vəsiyyət edən şəxs tərəfindən irs
alma hüququndan məhrum edildikdə, onların payı qanun üzrə olan digər vərəsələrə keçir və
vəsiyyət edən şəxs bütün öz əmlakını özünün təyin etdiyi vərəsələrə veriləcəyini vəsiyyətnamədə
göstərməmişsə, əmlak 490‐cı maddədə göstərilən qaydada, onların arasında bölünür.
Bütün vərəsələr müəyyən vaxtda gəlmədikləri, vərəsəliyi qəbul etməkdən imtina etdikləri və ya
vəsiyyət edən şəxs tərəfindən vərəsəlik hüququndan məhrum edildikləri halda, əmlak yiyəsiz hesab
olunur və dövlət mülkiyyətinə keçir.
““Qanuni və vəsiyyət üzrə vərəsələr haqqında” SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 14 mart 1945‐ci
il tarixli Fərmanının tətbiq edilməsinə və vərəsəliyin digər məsələlərinə dair” SSRİ Ali Məhkəməsi