Zeynəddin Şabanov
24
Qeyd
olunanlarla əlaqədar olaraq, demək lazımdır ki, birincisi, sosial tərəfdaşlıq
ideologiyasının ictimai həyat fəaliyyətinin yalnız sosial-iqtisadi deyil, həm də siyasi,
mənəvi sahələri kontekstində də xüsusi sosial təcrübəsinin təhlili tələb olunur. Bu as-
pektdə həmin problemin həlli Azərbaycanın modernləşməsinin strateji istiqamətinin
tərkib hissəsi kimi çıxış edir.
İkincisi, bir çox sosial problemlərin həlli bəzi hallarda müqavilə əsasında həyata
keçirilir. Gələcəkdə bu cür təcrübə nəzərdən keçirilən
məsələlər dairəsini genişlən-
dirməklə, bu prosesin iştirakçılarının qarşılıqlı əlaqələrini mürəkkəbləşdirib dərinləş-
dirərək, sosial tərəfdaşlığın bütün səviyyələrdə iştirakçılarının qarşılıqlı məsuliyyətləri
və qarşılıqlı təsiri məsələsini aktuallaşdıraraq inkişaf edəcəkdir.
Üçüncüsü, müasir Azərbaycan şəraitində dövlət və cəmiyyətin yeni qarşılıqlı təsir
modelinin yaranması zərurəti meydana gəlir. Sosial tərəfdaşlıq nəzəriyyəsi bu modeli,
həmçinin ölkədə baş verə biləcək böhranlı hadisələrin neqativ nəticələrinin qarşısını
almaq üçün tədbirlər sistemini işləyib hazırlamağa imkan verir.
Bu şərait sayəsində sosial tərəfdaşlıq problemi sosial idarəetmənin nəzəriyyə və
təcrübəsinin prioritet, əsas istiqaməti sırasına daxil edilir.
Sosial qarşılıqlı təsir və sosial iştirak
Sosial tərəfdaşlıq ideologiyasının təhlilinə başlayan zaman “sosial qarşılıqlı tə-
sir” anlayışından istifadə edirik. Əvvəla, qeyd edək ki, sosial qarşılıqlı təsir – fər-
din, fərdlər qrupunun davranışıdır. “Sosial qarşılıqlı təsir” anlayışı insanlar
və sosial
qruplar arasında müxtəlif fəaliyyət növlərinin daimi daşıyıcısı kimi, daha doğrusu
öz sosial mövqelərinə və funksiyalarına görə fərqlənən münasibətlərin xarakter və
məzmununu ifadə edir. Sosial qarşılıq obyektiv və subyektiv tərəfl ərə malikdir. Qar-
şılıqlı təsirin obyektiv tərəfi – ayrı-ayrı şəxsiyyətlərdən asılı olmayan, lakin onların
qarşılıqlı təsirinin məzmun və xarakterini birləşdirən və nəzarət edən əlaqələrdir.
Subyektiv tərəfi – uyğun davranışların qarşılıqlı gözlənilməsinə əsaslanan fərdlə-
rin bir-birinə şüurlu münasibətidir. Bu, özündə konkret məkan və zaman şəraitində
təşəkkül tapan fərdlər arasında bilavasitə əlaqələri əks etdirən şəxsiyyətlərarası mü-
nasibətlərdir.
Sosial tərəfdaşlıq ideologiyasının tədqiqi üçün dövlət və vətəndaş cəmiyyətinin
qarşılıqlı təsirinin təhlili xüsusi əhəmiyyət kəsb edir. Bu qarşılıqlı təsirin
səviyyəsi
– sosiumun inkişaf dərəcəsinin mühüm meyarlarından biridir. Belə qarşılıqlı təsir nə
qədər çox olarsa, bir o qədər öz vətəndaşlarının rifahını yüksəldə bilər (1, s.84).
Demokratik cəmiyyətdə sosiumun əsas strukturları (iqtisadi, siyasi və vətəndaş)
arasında qarşılıqlı təsir çoxaspektli və çoxölçülü xarakter daşıyır ki, o da müxtəlif tipli
sosial qarşılıqlı münasibətlər, o cümlədən ictimai tərəfdaşlıq münasibətləri formalaş-
dırır.
Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
25
Sosial qarşılıqlı təsir dedikdə fərdlər, sosial qruplar, sosial təsisatlar və s. ara-
sında fəaliyyət mübadiləsi prosesi başa düşülür. Dövlətdə bu qanunverici, icrae-
dici, məhkəmə hakimiyyəti və s. institutlarıdır. Vətəndaş cəmiyyətində bu
- daim
fəaliyyət göstərən, uzunmüddətli əsasa malik, eləcə də məhdud zaman miqyasında
təsadüfdən – təsadüfə fəaliyyət göstərən assosiasiyalardır (3, s.46). Təbii ki, müxtə-
lif səviyyəli dövlət təsisatları arasında fəaliyyət mübadiləsi, eləcə də dövlət insti-
tutları ilə vətəndaş cəmiyyətləri institutlarının qarşılıqlı təsiri baş verir. Bununla
belə, vətəndaş cəmiyyətinin institutları bir-birilə sosial qarşılıqlı təsirdə olmadan
qeyri-mümkündür.
Cəmiyyətdə sosial təsirlər
müxtəlif stabilləşdirici, birləşdirici və dağıdıcı (destruk-
tuv) funksiyaları yerinə yetirir. İnkişaf etmiş demokratik ölkələrinin ictimai təcrübəsi-
nin təhlili göstərir ki, ictimai orqanizmin uğurlu fəaliyyəti müstəsna olaraq dinamik və
stabilləşdirici başlanğıcların üzvi qarşılıqlı nüfuz etməsi zamanı mümkündür(3, s.48).
Sosial qarşılıqlı təsirin məhz stabilləşdirici funksiyası bütövlükdə demokratik cə-
miyyətin və onun ayrı-ayrı sferalarının ahəngdar inkişafını təmin edən mexanizmdir.
Müasir mərhələdə belə funksiyanı sosial tərəfdaşlıq sosial qarşılıqlı təsirin təzahür
formalarından biri kimi uğurla yerinə yetirə bilərdi.
Öz daxili qarşılıqlı əlaqələri sayəsində göstərilən anlayış biri o biri olmadan
nəzərdən keçirilə bilməz. Bununla yanaşı, sosial qarşılıqlı təsir
demokratik dövlə-
tin inkişafının hansısa tarixi mərhələsində sosial tərəfdaşlığı doğurur, sonuncu isə
öz mexanizmini formalaşdırır. Fərdin şüuru vasitəsilə sosial norma və dəyərlərin
zehniyyətdə əks olunması, onun bu norma və dəyərlərin dərk olunması əsasında
real fəaliyyəti fərdin digər fərdlərlə və bütövlükdə sosial ətrafl a sosial qarşılıq təsiri
üsulunu müəyyən edir.
Sosial qarşılıqlı təsirə bu aspektlər - informasiyanın ötürülməsi, onun əldə edilmə-
si,
ona reaksiya göstərilməsi, hazırlanmış informasiyanın verilməsi, qarşılıqlı təsirin
digər iştirakçısının onu əldə etməsi və ona reaksiya göstərilməsi daxildir (3, s.146).
Sosial tərəfdaşlıq artıq sosial qarşılıqlı təsirdir, o, sonuncunun stabilləşdirici və
ahəngləşdirici funksiyalarını təcəssüm etdirən mövcudluq formalarından biridir. Bu
mənada sosial tərəfdaşlıq cəmiyyətdəki destruktiv, dağıdıcı proseslərə qarşı durur. So-
sial qarşılıqlı təsirin formalarından biri olaraq sosial tərəfdaşlıq ictimai əlaqələr məc-
musunda genişmiqyaslı xarakter daşıyır və buna görə də ictimai həyatın müxtəlif sfe-
ralarında qarşılıqlı təsirin prioritet forması ola bilər (4, s.184).
Sosial tərəfdaşlıq ideologiyası – sosial problemlərin həlli üçün resursların, ehti-
yatların yalnız yenidən bölüşdürülməsi deyildir. Ümumi məsuliyyətin obyekti yalnız
öz-özlüyündə sosial
problemlər deyildir, həmçinin onların həlli üsullarıdır. Bu, xalqın
təşəbbüskarlığını əks etdirən vətəndaş fəaliyyətidir, vətəndaş cəmiyyəti çərçivəsində
yerinə yetirilən hərəkətdir (19, s.21).