44
Alət üsulu ilə fiziki-mexaniki xassələrinin normalaşdırılmış göstəricilərinin
standart tələblərinə uyğunluğu yoxlanır. Bu məqsəd üçün təhvil veriləcək partiyadan
0,03-0,05% yoxlama üçün götürülən məmulatın sayı cüt götürülür, lakin iki cüt
qaloşdan, uzunboğaz qaloşdan, tufli və bir cüt uzunboğaz çəkmədən az olmamalıdır.
Yoxlamanın nəticəsi qeyri-qənaətbəxş
olduqda nümunədən iki dəfə çox götürülüb
yoxlama aparılır. Təkrar təhlilin nəticəsi qeyri-qənaətbəxş
olduqda çıxdaş edilir.
Rezin ayaqqabıların keyfiyyətinin alət üsulu ilə yoxlanılması bir qayda olaraq istehsal
müəssisələri tərəfindən aparılır, ancaq ticarət təşkilatlarının hüququ var ki, lazımi
hallarda daxil olan ayaqqabıların keyfiyyətinə laboratoriya göstəriciləri üzrə nəzarət
etsin.
Yapışqan üsulu ilə hazırlanan ayaqqabıların rezin hissələrinin qalınlığı başqa
hissələrdən ayırdıqdan sonra ştamp, formalaşdırmada isə parça hissələri ilə birlikdə
təyin edilir. Ayaqqabının növündən, istehsal üsulundan və cins-yaş təyinatından asılı
olaraq standartlarda müəyyən edilmiş hissələrin qalınlıq forması fərqləndirilmişdir.
Bu zaman yapışqan və formalaşma üsulları ilə hazırlanan ayaqqabı hissələrinin
qalınlığı minimal ştamplanmış qaloşlar üçün onların orta qalınlığı və mümkün ola
bilən tərəddüd sərhədi normalaşdırılır. Qalınlıq üzrə müəyyən edilmiş normativə
riayət edilməsi, məmulatın geyilmə prosesində rezin üzlüyün möhkəmliyini, lazımi
müddətini və sukeçirməməsini təmin edir.
Yapışqan üsulu ilə hazırlanmış qaloşlarda, botiklərdə, uzunboğaz qaloşlarda və
tuflilərdə qabaq rezinin qalınlığı 0,65 mm-dən az olmamalı, ayaqqabının növündən
və onun cins-yaş təyinatından asılı olaraq altının qalınlığı pəncə hissədə 2,0-3,8 mm
və daban hissədə 4,8-6,5 mm olmalıdır. Yapışma üsulu ilə hazırlanan yüngül
qaloşlarda, botiklər və uzunboğaz qaloşların qalınlığı norması azalmışdır. Ştamp
üsulu ilə hazırlanan qaloşların qabaq rezinin qalınlığı burun hissəsində - 3,6-0,5 mm,
yanlarda – 1,9-0,8, qabaqdan bortikə qədər -2,2-0,5, dabandalıda -5,0-0,5 mm; pəncə
hissəsində 5,7-0,7 mm, dabanda 8,7-0,7 mm-ə qədər olur.
Formalaşma üsulu ilə hazırlanmış uzunboğaz çəkmələrin üz və altının qalınlığı
tətbiq edilən qəlib-nüvədən asılıdır. Bərk nüvələrdə hazırlanan altlığın pəncə hissə-
45
sinin qalınlığı 11 mm, elastik kameralı nüvələrdə formalaşma üsulu ilə hazırlanmış
qalın uzunboğaz çəkmələrdə 6 mm, kişi üçün olan çəkmələrdə isə 8 mm olur.
Uzanma zamanı möhkəmlik həddi qabaq və altlıq rezin üçün normalaşdırılır.
Rezinin möhkəmlik göstəricilərinə nəzarət edilməsi material və məmulatın mexaniki
təsirindən tezdağılma təhlükəsini aradan qaldırır. Az nisbi uzanma konstruksiyasını
həddindən artıq bərk edir, ayaqqabıya geyilməsini çəinləşdirir, daxili ayaqqabının
(botinka qaloşla geyilərkən) gön hissələrinin üz təbəqəsinin tez sürtülməsinə səbəb
olur. Konstruksiyanın artıq əlavə bərkliyi yeriyərkən əlavə qüvvə tələb edir, bu da tez
yorulmağa səbəb olur.
Rezinin cırılma möhkəmliyinin minimal norması yapışqan üsulu ilə hazır-
lanmış qaloşlar üçün 75 kqs/sm
2
(73,6·10
5
Pa), botik və rəngli uzunboğaz qaloşlar
üçün 65 (63,7 ·10
5
Pa).
Uzunboğaz çəkmə üçün rezinin möhkəmliyi başqa növ ayaqqabılardan
yüksəkdir.
Yapışqan üsulu ilə hazırlanmış qaloşlardan möhkəmlik həddindən başqa yan və
dabandalının cırılma möhkəmliyinin norması qabaq rezinin parça ilə rezin yaxud
nazik dabandalı (kqs/sm) ilə möhkəmlik əlaqəsi və qabaq rezini ilə möhkəmlik
əlaqəsi norması müəyyən edilmişdir. Bu göstəricilər ayaqqabı konstruksiyasında ayrı-
ayrı hissələrin və qovşaqların möhkəm birləşməsinə nəzarət etməyə imkan verir.
Yan hissəsinin cırılma möhkəmliyi toxuculuq materiallarının tətbiqindən
asılıdır və tiftikli astarlıda 5,8 kqs/sm 56,9 kqs-sm-dən, tiftiksiz olan ayaqqabı 4,8
kqs/sm 47,1 H/sm-dən; parça materiallarından olan dabandalının cırılma möhkəmliyi
10 kqs/sm 176,5 H/sm, trikotajdan olan isə 1,5 kqs/sm-dən az olmamalıdır.
Qabaq və altlıq rezinin uzanması nümunənin cırılma anında nisbi uzanma
göstəriciləri ilə xarakterizə olunur. Müxtəlif növ ayaqqabılar üçün bu göstəricinin
minimal norması 230-dan 450 faizə qədərdir. Bu zaman altlıq rezin üçün norma
bərabər, yaxud nisbətən aşağıdır.
Yapışqan üsulu ilə hazırlanmış qara qaloş, botik, uzunboğaz qaloş, formalaşma
üsulu ilə hazırlanmış uzunboğaz çəkmə və tuflilər üçün qabaq rezinin qalıq uzanması
46
25%-dən, altlıq üçün 40%-dən çox deyildir. Artıq qalıq uzanma məmulatın tez
deformasiyasına səbəb olur.
Sürtülmənin müqaviməti altlıq rezinin sürtünməyə davamlı olması ilə
xarakterizə olunur. Əsas növ ayaqqabılarda rəngli rezinin sürtülməsi 1100-dən,
qarada – 800 sm
3
/kvt.s-dən çox olmamalıdır. Aktiv doldurucuların tətbiqi rəngli
rezinin sürtülməyə qarşı davamlılığının artmasına imkan verir.
Sukeçirməmək – bütün növ rezin ayaqqabıların lazımlı keyfiyyət göstəricisidir.
Parça üzlü ayaqqabılarda bu tələb altlığı və üzün kənarına aiddir. Adətən
sukeçirməmək ayaqqabı suya salınmaqla yoxlanır.
Sınaqdan keçirmə zamanı uzunboğaz çəkmənin boğazı neçə dəfə burulur,
bununla ayaqqabının daxilində artıq hava təzyiqi əmələ gətirilir, ayaqqabı suya
salınarkən qabaqcıqların olmaması konstruksiyanın hermetikliyini, sukeçirməməsini
sübut edir.
Lak örtüyünün keyfiyyəti laklanmış rezin ayaqqabı üçün ən lazımi keyfiyyət
göstəricisidir. Lak örtük quru, yapışmayan, hamar və parlaq olmalıdır. Lak örtüyünün
elastikliyi və möhkəmliyi rezinin 20% uzanması ilə yoxlanılır, bu zaman lak örtük çat
əmələ gətirməlidir.
Keyfiyyət nişanına layiq görülmüş rezin ayaqqabılar üçün fiziki-mexaniki
xassə göstəriciləri üzrə daha yüksək norma müəyyən edilmişdir.
Rezin ayaqqabıların xaricinə baxmaqla, eyniadlı hissələrin qalınlığı, ölçüsü,
forma və rəngi yoxlanılır, ayaqqabının cüt olmasına fikir verilir, nöqsanlarına görə
sortu təyin edilir.
Keyfiyyət nişanlı ayaqqabıların Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş
etalona uyğun olmasına nəzarət edilir.
Öz xarakterinə və ayaqqabının keyfiyyətinə təsir edən nöqsanlar üç qrupa
bölünür: ayaqqabının istismar xassələrini aşağı salan nöqsanlar, xarici görünüşünün
nöqsanları, ölçüdən uzaqlaşması.
Birinci qrup nöqsanlara sukeçirməməsini pozanlara, uzunmüddətliyini aşağı
salan yaxud ayaqqabının geyilmə zamanı rahatlığını pisləşdirənlər daxildir, sortlu
47
rezin ayaqqabılarda belə nöqsanlara icazə verilmir, onlar aşkar edildikdə ayaqqabı
çıxdaş edilir. Belə nöqsanlara mexaniki zədələnmə, kükürdün çıxması, üzlük
hissələrin laylara ayrılması, astarın burun hissədə qatlanması və s. daxildir.
Xarici görünüş nöqsanlarına və ölçüdən uzaqlaşma standart üzrə müəyyən
edilmiş həddə icazə verilir.
Rezin ayaqqabılar (formalaşma üsulu ilə hazırlanmış tufli və uzunboğaz çəkmə
idman ayaqqabısından başqa) I və II sortlara bölünür. Nöqsanların əhəmiyyəti və
ölçüsündən asılı olaraq I və II sortlara buraxılan olur. Ştamp üsulu ilə hazırlanmış
qaloşlarda, rezin kənarlı üzü parça botiklərdə və yapışqan üsulu ilə hazırlanmış rezin
tuflilərdə bu və ya digər sortlarda buraxılan nöqsanların ümumi miqdarı
müəyyənləşdirilir.
I və II sortlarda buraxılan uyğun ölçülü nöqsanlardan bunları göstərmək olar:
cüt ayaqqabıda hissələrin eninə və hündürlüyünə görə fərqlənməsi, hissələrin
simmetrik vəziyyətdən kənarlaşması, astarın və rezin qabağın çıxması, aaltlığın
kəsiyində məsamələr, rezin və lak örtüyün altında yapışqan, batıq yer, laklanmamış
yer və lak örtüyünün zədələnməsi, rezində qabarcıq, lakin axması və damcısı, rezinin
birləşən yerində axıntı, müxtəlif rəngli parça və s.
II sortun tələblərinə uyğun gəlməyən rezin ayaqqabılar, formalaşma üsulu ilə
hazırlanmış tufli, uzunboğaz çəkmə, idman ayaqqabısı yararlı ayaqqabıların
tələblərinə uyğun gəlmədikdə, çıxdaş edilir.
Yüksək keyfiyyət markası ilə attestasiya edilmiş yapışqan üsulu ilə hazırlanmış
uzunboğaz çəkmələr xarici görünüşünə (nöqsanların miqdar və ölçüsünə görə) I sort
məmulatlara verilən tələblərə uyğun olmalıdır.
Ticarət təşkilatlarında və müəssisələrində seçmə yolla nəzarət edərkən I sortun
tələblərinə uyğun gəlmədikdə bütün partiya ayaqqabının xaricinə baxılır.
Rezin ayaqqabının standartlarında geyilmə üçün zəmanət müddətdə
ayaqqabının gizli nöqsanları aşkara çıxdıqda alıcı öz etirazını bildirmək hüququna
malikdir: geyilmə üçün zəmanət müddəti satıldığı gündən müəyyən edilir: yapışqan
üsulu ilə hazırlanmış qaloş, botik və uzunboğaz qaloş üçün 90 gün, ştamp üsulu ilə
48
hazırlanmış qaloş üçün 90 gün, idman ayaqqabısı üçün 60 gün, formalaşma üsulu ilə
hazırlanan uzunboğaz çəkmə 12 ay. Zəmanət müddəti rezin ayaqqabının orta xidmət
müddətinə təsir etmir, lakin onlar bu ayaqqabıların növlərinin uzun müddətliyinin
eyni olmaması hesabdan müəyyən edilmişdir.
Rezin ayaqqabıların pərakəndə satış qiymətləri, onlara verilən ticarət güzəştləri
və əlavələri, artikulu, müxtəlif əlavələrinə görə təsnifatı və ticarət çeşidi 064 nömrəli
pərakəndə satış qiymət cədvəlində (preyskurantda) öz əksini tapır.
Preyskuranta əsasən I sort məmulatların pərakəndə satış qiymətləri göstərilir. II
sortun qiyməti isə polivinilxlorid örtüklü materialdan hazırlanmış ayaqqabılar üçün
5%, qalan bütün növ rezin ayaqqabılar üçün isə 10%-dir, az olmaqla, I sortun
qiymətinə hesablanır.
Preyskurantda rezin ayaqqabılarda işlədilən içliyin növündən, aralıq
materiallardan, bəzəndirilməsi və s. asılı olaraq verilən ticarət əlavələrinin miqdarı
göstərilir.
Rezin ayaqqabıların artikulu məna daşıyan olub, üç və dörd rəqəmdən və
hərflərdən ibarətdir.
Üzü parçadan olan ayaqqabıların (üzü kirzadan olan idman ayaqqabılarından
başqa) artikulunun əvvəlində onun üzü üçün istifadə edilən parçanın pərakəndə satış
qiymətindən asılı olaraq qrupu göstərilir.
Üçrəqəmli artikul qaloş, botik, uzunboğaz qaloş, uzunboğaz çəkmə və texniki
ayaqqabıların bəzi növləri üçün nəzərdə tutulur. Burada artikulun birinci rəqəmi yaş-
cins xüsusiyyətinə görə ayaqqabının təyinatını göstərir:
1 – kişi ayaqqabıları; 2 – oğlanlar üçün olan ayaqqabılar; 3-6 – qadın
ayaqqabıları; 4 – məktəbli ayaqqabıları; 5 – uşaq ayaqqabıları.
Qızlar üçün olan ayaqqabıların (35-39 ölçülü) artikulu qadın ayaqqabıları kimi
markalanır, lakin onların qarşısında “10” hərfi yazılır.
Artikulun növbəti iki rəqəmi isə ayaqqabının konstruksiyasından və
bəzəyindən asılı olaraq növünü göstərir.
49
Rezin tufli, botik, çimərlik sandalları və istehsalatda istifadə edilən
ayaqqabıların bəzi növlərinin artikulu 4 rəqəmdən ibarət olur.
Artikulun birinci rəqəmi ayaqqabının təyinatını göstərir.
1 – müxtəlif təyinatlı tuflilər;
2 − müxtəlif təyinatlı botiklər;
3 – xüsusi təyinatlı uzunboğaz çəkmələr, qunilər, antistatik tuflilər;
4 – elektrik izoləedici ayaqqabılar.
Artikulunun ikinci rəqəmi rezin ayaqqabının cins-yaş xüsusiyyətinə görə
təyinatını göstərir.
1 – kişi ayaqqabıları;
2 – oğlan ayaqqabıları;
3 – qadın ayaqqabıları;
4 – məktəbli ayaqqabıları;
5 – uşaq ayaqqabıları.
Artikulun üçüncü və dördüncü rəqəmi ayaqqabının konstruksiyasının
xüsusiyyətlərini və bəzəyini göstərir.
Rezin ayaqqabıların artikuluna əlavə edilmiş hərflər onların fərqləndirici
əlamətlərini göstərir:
a – ağ rezindən olan idman ayaqqabıları;
f – bərk içlikli formayasalma üsulu ilə;
fe
– elastiki içlikli formayasalma üsulu ilə hazırlanmış ayaqqabılar;
r – rəngli rezin ayaqqabıları və s.
50
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Buraxılış işinin məzmununun təhlili aşağıdakı nəticə və təklifləri verməyə
imkan verir:
1) Keçmiş SSRİ dövründə rezin ayaqqabılar istehsal edən müəssisələr əsasən
“mərkəzdə” yerləşdirilmişdi. Bunlara misal olaraq Sankt-Peterburqda yerləşən
“Krasnıy treuqolnik”, Moskvada yerləşən “Krasnıy boqatır” zavodunu göstərmək olar.
O vaxt istehsal olunan rezin ayaqqabıların 70%-ə qədəri bu müəssisələrin payına
düşürdü. Məlum olduğu kimi, rezin ayaqqabıların xammalının 90%-ə qədəri neft
emalı və neft sənayesi müəssisələri tərəfindən istehsal olunur. Azərbaycan zəngin
xammal mənbəyinə malik olmasına baxmayaraq, rezin ayaqqabı istehsalı
Azərbaycanda deyil, “mərkəzi” şəhərlərdə yerləşirdi.
İndiki dövrdə o vaxt buraxılmış səhvi düzəltmək vaxtı çatmışdı. Xarici
kapitalist ölkələrinin mütərəqqi texnologiyasına əsaslanan müasir rezin ayaqqabı
istehsal edən iri zavodun yaradılması, həm əhalinin rezin ayaqqabılara olan tələbini
ödəyərdi və həm də respublikada bazar iqtisadiyyatına keçid dövründə müvəqqəti
yaranmış işsizliyi aradan qaldırmaq olardı.
2) Məlum olduğu kimi, rezin ayaqqabılar müxtəlif üsullarla istehsal olunur. Bu
üsullara misal olaraq yapışdırma, ştamplama, formayasalma, təzyiq altında tökmə,
kimyəvi üsulları misal göstərmək olar. Hazırda istehsal olunan rezin ayaqqabıların,
xüsusilə məişət təyinatlı rezin ayaqqabıların əksəriyyəti çox əmək tutumu yapışdırma
üsulları ilə istehsal edilir. Təklif edirik ki, müasir texnologiyaya əsaslanan, əmək sərfi
çox az tələb olunan, ştamplama üsulundan istifadə olunsa daha yaxşı olar.
3) Hazırda xarici-iqtisadi fəaliyyəti sahəsində vahid əmtəə nomenklaturası
tətbiq olunur. Beynəlxalq miqyasda bu nomenklatura 6 rəqəmli koddan, MDB
daxilində isə 9 rəqəmli koddan ibarət olur. Burada 97 mal qrupu fəaliyyət göstərir.
Ayaqqabıların mal qrupu 64-dür. Yaxşı olardı ki, burada gön və rezin ayaqqabılar
üçün ayrıca kod tətbiq edilsin.
51
4) Həm keçmiş SSRİ dövründə və həm də hazırda respublikamız əhalinin rezin
ayaqqabılara olan tələbi xaricdən və MDB respublikalarından alınan rezin
ayaqqabılar hesabına ödənilir. Hazırda respublikanın daxili bazarına İrandan,
Türkiyədən, Dubaydan müxtəlif məişət təyinatlı rezin ayaqqabılar daxil olur.
İstismar zamanı məlum olmuşdur ki, bu ayaqqabıların keyfiyyəti olduqca
aşağıdır. Ona görə də bu xoşagəlməz halın qarşısını almaq məqsədilə xaricdən daxil
olan bütün istehlak mallarının, o cümlədən rezin ayaqqabıların keyfiyyəti xüsusi
müasir cihaz və avadanlıqlarla təchiz olunmuş əmtəəşünas-ekspert mütəxəssislərini
cəlb
etməklə
ixtisaslaşdırılmışmüasir
laboratoriyalarda
yoxlanılması
daha
məqsədəuyğundur.
5) Məlum olduğu kimi, rezin ayaqqabıların istehlak xassələri bir neçə
səviyyədə təsnif olunur. Rezin ayaqqabıların keyfiyyətinin təhlili göstərir ki, müasir
dövrün tələblərinə rezin ayaqqabıların istehlak xassələrinin təsnif olunma səviyyəsi
cavab vermir. Təklif edirik ki, əmtəəşünas-ekspert mütəxəssisləri respublikada olan
texnoloqlarla birgə rezin ayaqqabıların 4 səviyyədə istehlak xassələrinin elmi
cəhətdən əsaslandırılmış təsnifat sisteminin işlənib hazırlanması daha məqsədəuyğun
olardı.
6) Rezin ayaqqabıların mənfi cəhətlərindən biri onların istismar zamanı tez
köhnəlməsi sayılır, bu zaman onlar elastikliyini itirir, üzərində çatlar əmələ gəlir,
parlaqlığını itirir. Bu onların tərkibində olan aşağımolekullu maddələrin oksidləşməsi
hesabına olur. Bunun qarşısını almaq, həm də rezin ayaqqabıların xidmət müddətini
artırmaq üçün onların tərkibinə yeni tərkibli antioksidantlar əlavə etmək üzərində
elmi-tədqiqat işlərinin aparılması daha məqsədəuyğun olardı.
52
İSTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Qeyri-ərzaq mallarının
ekspertizasının praktikumu. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014.
2. Osmanov T.R.Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizasının
əsasları. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014.
3. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N., Abdullayeva S.İ. və başqaları.
Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları.Bakı, 2010.
4. Həsənov Ə.P., Nuriyev D.Ə., Vəliməmmədov C.M., Həsənov N.N.,
Osmanov T.R., Babayev M.A., Səmədov E.Ə. Qeyri-ərzaq mallarının ekspertizası. I,
II cild. Bakı, Çaşıoğlu, 2006.
5. Həsənov Ə.P. Gön ayaqqabı və xəz malları əmtəəşünaslığı. Bakı, “Maarif”
nəşriyyatı, 1999.
6. Həsənov Ə.P., Həsənov N.N., Vəliməmmədov C.M. Qeyri-ərzaq mallarının
əmtəəşünaslığı. Bakı, 1987.
7. Vəliməmmədov C.M., Həsənov Ə.P., Osmanov T.R. Gön ayaqqabı malları
əmtəəşünaslığı. Bakı, “Maarif”, 1984.
8. Балоева С.И. Товароведения и экспертиза непродовольственых товаров.
Учебное пособие. Москва, 2009.
9. Иванов М.Н. Товароведение обувных товаров: учеб.для вузов/
М.Н.Иванов, И.Г.Шакланов, В.А. Панасенко. М.: Экономика, 1990, 321 с.
10. Кедрин Е.А., Павлин А.В., Церевитинов Б.Ф. Товароведение кожевенно-
обувных и пушно-меховых товаров. Москва, 1969.
11. Кедрин Е.А., Павлин А.В., Сергеева Г.В. Товароведение обувных
товаров. Москва, 1976.
12. Любич М.Г. Свойства обуви. Изд. «Легкая индустрия», Москва, 1969.
13. Любич М.Г. Обувное материаловедение. Москва, 1970.
14. Лукумович В.Х. Структурный анализ качество обуви. Москва, 1980.
53
15. Ляшко А.А., Ходыкин А.П. и др. Товароведение, экспертиза
стандартизация, Москва, 2008.
16. Магомедов Ш.Ш. Товароведение и экспертиза обуви. Москва, 2008.
17. Петрище Ф.А. Теоретические основы товароведения и экспертизы
непродовольственных товаров. - М.: Дашков и К0, 2005.
18. Товароведение кожевенно-обувных и пушно-меховых товаров: учеб.
для вузов /Л.И. Байдакова [и др]. Киев,1990, 351 с.
19. Товароведение, экспертиза и стандартизация. Учебник / Под ред. проф.
В.Я. Горфинкеля, проф. В.А. Швандара. - М.: ЮНИТИ-ДАНА, 2006.
20. Казанцева Н.С. Товароведение непродовольственных товаров. Москва,
2008.
21. Щварц А.С. Химическая технология обуви. М., Легкая индустрия, 1972.
22. Мосин Н.И. Производство резиновой обуви. М., Госхимиздат, 1962.
23. Зильвестр Я.Я. Вальцы в резиновой промышленности. Госхимиздат,
1949.
Dostları ilə paylaş: |