İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

respublikada  37  mindən  çox  yeni,  o  cümlədən 23675  daimi  iş  yeri 
açılmış,  1236 yeni istehsal və xidmət sahələri yaradılmış, 334 yeni sə- 
naye müəssisəsi istifadəyə verilmişdir.  Əgər  1995-ci ildə m uxtar res- 
publikada  56  sənaye  müəssisəsi  vardısa,  ötən  15  il  ərzində  bu 
müəssisələrin sayı 420-yə çatmışdır. 2009-cu ildə ümumi daxili məh- 
sulun  həcmi  1  milyard ABŞ  dolları  səviyyəsini  üstələmiş,  adamba- 
şma düşən həcmi isə 2435 manat təşkil etmişdir [9,2009, 30 dekabr]. 
Yeniləşmə  ili  olan 2010-cu  ildə  də  Naxçıvan  M uxtar  Respublika- 
smda həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ictimai həyatın 
bütün fəaliyyət istiqamətlərində əsaslı nailiyyətlərin əldə olunmasmı 
təmin etmişdir.  Məhz bu baxımdan hazırki dinamik inkişaf m uxtar 
respublikanın tarixinin intibah mərhələsi kimi yaddaşlara həkk olun- 
maqdadır. Həyata keçirilən irimiqyaslı islahatlarm nəticəsidir ki, bu 
gün Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu 
aqrar bölgədən sənaye regionuna dəyişməklə yeni imic qazanmışdır. 
Hazırda muxtar respublikanm təbii ehtiyatlarınm və istehsal imkan- 
larının  səfərbər  edilməsi ilə iqtisadi  və  sosial  inkişafda yeni  uğurlu 
nəticələr əldə edilməkdədir.
M uxtar respublikada həyata keçirilən qurulucuq tədbirləri ilə 
yerindəcə tanış olan Ölkə Prezidenti İlham Əliyev demişdir: «Naxçı- 
vanda çox geniş  quruculuq,  abadlıq  işləri  aparılır,  şəhər gözəlləşir, 
yeni binalar tikilir, köhnə binalar təmir edilir.  Bir sözlə, hər bir Nax- 
çıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün nax- 
çıvanlıları  bu  böyük  uğurlar münasibətilə  təbrik  etmək  istəyirəm. 
Naxçıvan rəhbərliyinə və Naxçıvan rəhbəri Vasif Talıbova öz min- 
nətdarlığımı bildirmək istəyirəm»  [9, 2009,  5 avqust].
Dördüncü  çağırış  Azərbaycan  Respublikasmm  Milli  Məcli- 
sinə seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasınm 
Prezidenti  İlham Əliyev 3  sentyabr 2010-cu il tarixdə sərəncam im- 
zaladı və Azərbaycan Milli Məclisinə seçkilər 2010-cu il noyabrm 7-nə 
təyin edildi.  Bu sərəncama uyğun olaraq Naxçıvan M R Ali Məclisi 
sədrinin  4  sentyabr 2010-cu  il  tarixli  fərmanı  ilə  Naxçıvan  M uxtar 
Respublikası Ali Məclisinə seçkilər də 2010-cu il noyabr ayının 7-nə 
təyin edildi.  Milli Məclisə keçirilən seçkilərdə Naxçıvan M R-in ərazi 
vahidləri  7  seçki  dairəsi,  Naxçıvan  M R Ali  Məclisinə keçirilən  seç- 
kilər üzro isə 45  seçki dairəsi yaradıldı.  Respublikada seçkilərin de-
68


mokratik,  şəffaf,  azad və  ədalətli keçirilməsi  üçün  həm  seçki  ərəfə- 
" ]  sində,  həm  də  təbliğat-təşviqat  dövründə  bir  sıra  tədbirlər  həyata 
keçirildi. Aprel aymda Bakıda “Azərbaycanda 2010-cu il parlament 
seçkiləri:  daha  dem okratik,  daha  şəffaf”  mövzusunda  beynəlxalq 
|ı  konfrans  keçirildi.  Respublikamızda  seçki  praktikasm m  daha  da 
(  ləkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və qa- 
J, 
baqcıl  dünya  təcrübəsinin tətbiq  olunması  üçün  Seçki  Məcəlləsinə 
ıi 
]>ir sıra əlavələr  və dəyişikliklər edildi.  Sentyabrın 21-də Naxçıvan 
j  Ivluxtar Respublikası  Ali  Məclisində Azərbaycan  Respublikasınm 
Milli Məclisi və Naxçıvan M R-in Ali Məclisi seçkilərinə hazırlıq və 
ıjarşıda  duran vəzifələrlə  əlaqədar  müşavirə  keçirildi.  Müşavirədə 
ü  seçkilərin Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin və  “Naxçı- 
van Muxtar  Respublikası Ali Məclisinə  seçkilər haqqm da”  Naxçı- 
van  M uxtar  Respublikası  Q anununun  tələblərinə  uyğun  təşkil 
edilməsi aid təşkilatlardan tələb edildi.
Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinin,  muxtar  res- 
publika  Mərkəzi  Seçki  Komissiyasmm  təşkilatçılığı  və  ATƏT-in 
S
  Bakı  ofisinin təşəbbüsü  ilə Naxçıvanda  “Seçki  prosesinə  qeyri-qa- 
j  nuni müdaxilənin yolverilməzliyi”  mövzusunda sessiya keçirildi.
Azərbaycan  Milli  Məclisinə  125  dairə  üzrə  690,  o  cümlədən 
Naxçıvan M uxtar Respublikasında 7 dairə üzrə 38 nəfər namizədli- 
yini irəli  sürmüşdür.  Naxçıvan  M uxtar  Respublikası Ali  Məclisinə 
;  ^eçkilərdə 45  dairə  üzrə müxtəlif siyasi  partiyalara mənsub,  yaxud 
!  bitərəf olan  140 namizəd qeydə almmışdı.  Azərbaycan Respublika- 
tmda yaradılmış  5414 seçki məntəqələri üzrə 4.928.594 seçici  qeydə 
alınmış,  bunlardan  2.442.365  nəfər  sesvermədə  iştirak  etmişdir 
ı  (50,14 faiz).
Naxçıvan  M uxtar  Respublikası  üzrə  Ali  Məclisə  seçkilərin 
keçirilməsi üçün yaradılmış  316  seçki  məntəqəsi  üzrə 256317  seçici 
siyahısına daxil edilmiş,  onlardan  174780 nəfəri, yəni  68,2 faizi səs- 
vermədə iştirak etmişdir.
Səsvermənin  gedişini  1000-dən  artıq  beynəlxalq  müşahidəçi 

və 47 minə qədər yerli müşahidəçi izləmişdir. Naxçıvan Muxtar Res- 
!  publikasınm seçki məntəqələrində namizədlərin vəkil etdiyi  127 nəfər 
şəxs 273 nəfər yerli müşahidəçi,  həmçinin  33  nəfər beynəlxalq və 32 
nəfər müxtəlif siyasi  partiyaların  müşahidəçiləri  seçkilərin  gedişini
69


və səslərin hesablanmasını izləmişlər.  118 dairədə “exit-poll” həyata 
keçirilmiş,  seçkilərin  nəticələri  elektron-seçki  sistemi  ilə  hesablan- 
mışdır.
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Ple- 
numu 29 noyabr 2010-cu il tarixində 125 seçki dairəsi üzrə seçkilərin 
nəticələrini təsdiq etdi. Naxçıvan MR-in Ali Məhkəməsi  19 noyabr
2010-cu il tarixdə muxtar respublikada seçkilərin nəticələrini təsdiq 
etdi. Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinə  125, Naxçı- 
van M R Ali Məclisinə 45 nəfərin deputatlığı qəbul edildi.
8 dekabr 2010-cu il tarixdə dördüncü çağırış Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin I sessiyası keçirildi. Sessiyada Naxçıvan 
M uxtar  Respublikası  Ali  Məclisi  sədrinin,  sədr  müavinlərinin, 
Daimi  komitələrinin  sədrlərinin,  sədr  müavinlərinin  və  üzvlərinin 
seçilməsi, “Naxçıvan M uxtar Respublikası Konstitusiyasma dəyişik- 
liklər edilməsi haqqmda” Naxçıvan Muxtar Respublikasının Qanunun,
2011-ci  il  Dövlət  büdcəsinin  təsdiqi  və  b.  məsələlər  təsdiq  edildi. 
Görkəmli  ictimai-siyasi xadim,  Naxçıvan  M uxtar Respublikasmm 
hərtərəfli inkişafında müstəsna xidmətləri olan Vasif Talıbov yenidən 
- dördüncü dəfə yekdilliklə M uxtar Respublika Ali Məclisinin sədri 
seçildi.
Göründüyü  kimi,  Naxçıvan  M uxtar  Respublikasmda Azər- 
baycan Respublikası Ali Məclisinə keçirilən seçkilər Seçki Qanunu- 
nun tələblərinə uyğun demokratik, şəffaf və azad surətdə, seçkilərin 
yüksək fəallığı şəraitində keçirilmiş və ən layiqli namizədlər deputat 
seçilmişlər.  Form alaşdırılan  Naxçıvan  M uxtar  Respublikası  Ali 
Məclisi muxtar respublikanm qarşısında duran vəzifələrin uğurla ye- 
rinə yetirilməsi üçün lazımi siyasi, sosial-iqtisadi və təşkilati tədbirləri 
həyata keçirmişdir.
1.16. Naxçıvan Muxtar Respublikasının 75 illiyinin 
qeyd edilməsi
Naxçıvan  M uxtar  Respublikasmm  yaranmasmm  böyük  ta- 
rixi-siyasi əhəmiyyəti vardır.  Bu,  həm də Azərbaycan xalqınm tari- 
xində  özünəməxsus  yer tutur.  Bu cəhətləri nəzərə alan Azərbaycan 
Respulikasmm  Prezidenti  Heydər  Əliyev  1999-cu  il  fevralm  4-də 
«Naxçıvan  M uxtar  Respublikasınm  75  illiyinin  keçirilməsi  haq-
70


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə