Bilməlidir
• Sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini;
• Qüvvədə olan tarifləri və abonentlərlə hesablaşma qaydasını;
• Qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki təhlükəsizlik qaydalarını;
• İş yerində əməyin səmərəli təşkilini;
• Görülən işlərin texnoloji prosesini;
• Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
• İstifadə edilən alət və inventarları;
• Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
• Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını;
• İstehsalat və əmək intizamı qaydalarını;
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş
“Qazdan istifadə Qaydaları”nı;
• Sayğac göstəricilərini qeydə alan əl terminalları, planşetlər, qaz açarları, kəlbətin, burğac, ara qatı, yağlı
kəndir, manometr, qaz analizatoru, köpüklü su və bu kimi vasitələrin düzgün istifadə qaydalarını.