• Bildirişlər təqdim edildikdən sonra bir ay ərzində istifadə edilmiş qazın
dəyəri ödənilmədiyi təqdirdə istehlakçıya verilən qaz təminatını akt
əsasında dayandırmaq və aktın nüsxəsinin xidmət sahəsinə təqdim
edilməsini təmin etmək;
• Xidmət göstərdiyi ərazidə havanın temperaturundan asılı olaraq təbii
qazın təzyiqinin normaya uyğun şəbəkəyə ötürülməsinə nəzarət etmək;
• Abonentlərə mülayim, səmimi rəftar edilməklə xidmət göstərmək;
• Qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması
haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal xidmət
sahəsinə məlumat vermək;
• Rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz
xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi,
qaz cihazlarının quraşdırılması kimi hallara yol verməmək, göstərilən
faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumat
təqdim etmək;
• Binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə ayrılan qaz
xəttlərinə vizual baxış keçirmək, bağlayıcı qurğuların, qaynaq və yivli
birləşmələri müvafiq qaydada yoxlamaq, aşkar olunan nasazlıq və ya qaz
sızmasını ləğv etdikdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatı təqdim
etmək;
• Əsaslı təmir işləri aparılan, yaşayış olmayan evlərdə profilaktik baxış
keçirilməsi zamanı dəfələrlə qapı açmayan istehlakçıların qaz təminatının
dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat vermək;
• Qaz xəttlərinin üzərində quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət
edilməsi, sayğaclara və plоmblara müdaxilə, sayğacların sоkülməsi,
sındırılması zamanı dərhal akt tərtib etməklə və qaz təminatını
dayandırmaqla aidiyyəti üzrə xidmət sahəsinə məlumat vermək;
• Xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan
kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi
və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması
haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat vermək;
• Xidmət göstərdiyi sahədə qaz sızması, zədələnmə halları və mühafizə
zonasında müxtəlif pozuntular aşkar edildikdə aidiyyəti üzrə xidmət
sahəsinə məlumat vermək.
Dostları ilə paylaş: