daşlığın genişləndirilməsi Vergilər Nazir-
liyi qarşısında duran prioritet hədəf -
lərdəndir. Vergilər Nazirliyi artıq uzun
illərdir bu təşkilatın işində fəal iştirak
edir, Aİ-yə üzv dövlətlər və İİƏT-ə üzv
olan digər dövlətlərdə vergitutma
sahəsində gedən prosesləri, həmçinin
ümumi tendensiyaları yaxından izləyir,
bu dövlətlərdə tətbiq edilən qabaqcıl
təcrübələr barədə məlumatları mütəmadi
olaraq əldə edir. Bütün bunlar isə Azər-
baycanda vergi sisteminin Avropa İtti-
faqının beynəlxalq prinsiplərə uyğun şə -
kildə inkişaf etdirilməsi baxımından çox
mühümdür.
Avropadaxili Vergi Administrasiyaları
Təşkilatının Bakı şəhərində keçirilən
"Vergi borclarının idarə edilməsi" üzrə
işçi qrupunun ilk iclası da vergi borclarının
idarə edilməsi sahəsində təcrübə
mübadiləsinin aparılması üçün böyük
platforma rolu oynadı. Tədbirdə iştirak
edən 20 ölkənin vergi borclarının idarə
olunması üzrə ekspertləri ilə vergi
borclarının səmərəli idarə edilməsinin
istiqamətləri üzrə fikir mübadiləsi apar -
dılar.
Biz dünya ölkələrinin səmərəli
təcrübələrini yaxından öyrənirik. Məsələn,
bir sıra qabaqcıl ölkələrin, o cümlədən
Avstraliya, Kanada, ABŞ və İrlandiyanın
təcrübələrini araşdırmışıq. Bu ölkələrin
vergi sistemlərində vergi borclarının alın-
ması üzrə iş prosesi borclu vergi ödəyi-
cilərinə göstərilən xidmətlərdən, yəni
vergi ödəyicilərinə onların borcunun
yaranması barədə dərhal məlumatların
verilməsindən başlayır. Bu ölkələrdə bor-
cun məcburi alınması istiqamətində təd-
birlərə başlanmazdan əvvəl vergi ödəyi-
ciləri ilə borcun ödənilməməsi səbəbinin
birgə araşdırılması üçün üzbəüz əlaqələrin
("face-to-face contact") yaradılması vacib
amillərdən hesab edilir. Azərbaycanın
Vergilər Nazirliyi bu praktikadan istifadəni
səmərəli hesab etmiş və ötən ilin avqus-
tundan bu praktikanın tətbiqinə
başlamışdır. 2012-ci ilin birinci yarısı
ərzində vergi ödəyiciləri ilə borcların
birgə araşdırılması üçün birbaşa əlaqələrin
yaradılması praktikası nəticəsində dövlət
büdcəsinə 23,3 mln manat borc ödənil -
mişdir. Bu konkret olaraq, beynəlxalq
təcrübənin tətbiqi ilə əldə etdiyimiz nəticə
hesab oluna bilər.
- Sahir müəllim, daha bir məsələyə
toxunmaq istərdik. Son günlər
Vergilər Nazirliyi əmək münasi-
bətlərinin tənzimlənməsi ilə bağlı
genişmiqyaslı tədbirlərə başlamışdır.
Bu sahədə nəzarət tədbirlərinin güc -
ləndirilməsi nə ilə bağlıdır?
- Azərbaycan Respublikasının Prezi-
denti, cənab İlham Əliyev 2012-ci ilin
birinci yarısının yekunlarına həsr olunmuş
Nazirlər Kabinetinin geniş iclasında ölkə -
də məşğulluq problemlərinə toxunmuş,
qeyri-leqal məşğulluğun yaratdığı fəsad-
ları, vətəndaşların sosial və əmək hüquq -
larının pozulması hallarının aradan qal -
dırılmasının vacibliyini vurğulamışdır.
Bu problem Azərbaycan kimi inkişaf et-
məkdə olan əksər dövlətlərdə müşahidə
olunan bir prosesdir. Geniş investisiya
layihələrinin reallaşdırıldığı, böyük iqtisadi
quruculuq proseslərinin getdiyi bir ölkədə
məşğulluğun faktiki səviyyəsi yüksək
olmalıdır.
Hazırda əmək münasibətlərinin tən -
zimlənməsi sahəsində dövlət orqanları
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
33
müvafiq tədbirləri həyata keçirirlər. Azər-
baycanın vergi orqanları da öz növbəsində,
qeyri-leqal məşğulluğun aradan qaldırıl-
ması, muzdlu işçilər cəlb edilməsi zamanı
əmək müqavilələrinin bağlanması zərurəti
ilə bağlı vergi ödəyicilərini məlumat-
landırırlar.
Qeyd edim ki, bəzi təsərrüfat sub-
yektləri tərəfindən vergi orqanlarına
təqdim olunan muzdlu işlə əlaqədar
əmək haqqından gəlir vergisi hesabat-
larında real vəziyyətə uyğun göstəriciləri
əks etdirmirlər. Belə ki, iqtisadiyyatın
ayrı-ayrı sektorlarında çalışan bir sıra
vergi ödəyicilərinin muzdlu işlə əlaqədar
təqdim etdiyi vergi bəyannamələrindəki
əmək haqqı məbləğləri təsərrüfat subyek-
tinin real potensialı, eləcə də həmin
sektor üzrə fəaliyyət göstərən və əmək-
haqlarının düzgün müəyyən edilməsinə
üstünlük verən vergi ödəyicilərinin əmək-
haqqı məbləği göstəriciləri ilə uzlaşmır
və onlardan hətta bəzən bir neçə dəfə
aşağı olur.
İşəgötürənlər tərəfindən iş yerlərinin
rəsmiləşdirilməməsi, eləcə də əməkhaq -
larının real göstəricilərinin gizlədilməsi
vergidən yayınma halları ilə yanaşı,
muzdla çalışan işçilərin əmək hüquqlarını
pozmaqla, gələcək dövlət sosial təmi-
natından da məhrum edir. Bütün bunlar
əmək münasibətlərində vergi nəzarətinin
daha da gücləndirilməsini zəruri edir və
göstərilən halların aradan qaldırılması
və gəlir vergisi üzrə vergitutma bazasının
leqallaşdırılması istiqamətində vergi
orqanlarının da üzərinə böyük vəzifələr
düşür.
İşəgötürənlər tərəfindən iş yerlərinin
rəsmiləşdirilməməsi hallarının qarşısının
alınması istiqamətində Vergilər Nazir-
liyində xüsusi Qərargah yaradılmışdır.
Hazırda Qərargah tərəfindən bu sahədə
geniş tədbirlər aparılır.
Vergi ödəyiciləri bilməlidirlər ki, iş
yerlərinin qeydiyyatı düzgün aparılmalı,
fiziki şəxslərin hər hansı işlərin yerinə
yetirilməsinə cəlb edilməsi əmək müqa -
viləsi bağlamaqla rəsmiləşdirilməli, orta
aylıq əməkhaqları real müəyyən edilmə-
lidir. İş yerlərinin rəsmiləşdirilməməsi
öz növbəsində işəgötürənlər üçün ciddi
maliyyə sanksiyaları və inzibati cərimələr
deməkdir. Nəzərinizə çatdırım ki, Vergi
Məcəlləsinin 58.10-cu maddəsinə görə,
vergi orqanı tərəfindən əmək müqaviləsi
bağlamadan işləri yerinə yetirdiyi aşkar
edilən hər bir şəxs üzrə işəgötürənə 1000
manat məbləğində maliyyə sanksiyası
tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin
53.1-ci maddəsinə əsasən Əmək Müfət-
tişliyi tərəfindən əmək müqaviləsini
bağlamadan işəgötürənlər tərəfindən fizi -
ki şəxslərin hər hansı işlərə cəlb edilməs-
inə görə - vəzifəli şəxslər 3000 manatdan
5000 manatadək miqdarda, hüquqi şəxslər
20000 manatdan 25000 manatadək miq-
darda cərimə edilir. Bu kifayət qədər
sərt sanksiyalardır.
Bildirmək istəyirəm ki, vergi orqanları
bu sahədə geniş nəzarət tədbirləri həyata
keçirəcəkdir və bu sahədə qanunvericiliyin
müddəalarının tam mənada bərqərar ol-
ması təmin ediləcəkdir.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
34
Dostları ilə paylaş: |