12
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT BAYRAĞI
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada
qanunvericilik yolu ilə təsbit edilir. O bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli
qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.
Azərbaycan Cümhuriyyətinin 1918-ci
ilin iyununda
qəbul etdiyi birinci bayrağın rəngli
təsviri
Məlum olduğu kimi
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Tiflisdən Gəncəyə
köçdükdən sonra bir müddət Milli
Şuranın qanunvericilik səlahiyyətlərini
də icra etməli olmuşdur. Onun həyata
keçirdiyi ilk mühüm tədbirlərdən biri də hələ Gəncədə olduğu zaman 1918-ci il iyunun 21-də
1
(bəzi
məlumatlara görə 24 və ya 27-də) Osmanlı Türkiyəsinin bayrağından
cüzi fərqlənən, üzərində ağ
rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı haqqında qərar qəbul
etməsidir. Bayrağın qırmızı rəngi qərb demokratiyasına, Avropa hürriyyətinə etimad əlamətini
bildirirdi.
Məlum olduğu kimi, “Aypara” vaxtilə Bizans imperiyasının rəmzi olmuşdur.
Güman edildiyinə görə 1453-cü il mayın 29-da qədimdə yunanların Vizanti adlanan koloniyası
yerində salınmış Konstantinopol (indiki İstanbul) şəhəri Osmanlı sultanı II Mehmed Fateh tərəfindən
fəth edildikdən sonra aypara simvolu tədricən Osmanlıların rəmzinə çevrilir. Eyni proses sultan I
Səlim Yavuz tərəfindən XVI əsrdə Suriya, Fələstin və Misirin fəthi və onun xəlifə elan edilməsi ilə
əlaqədar da baş vermişdir. Osmanlı türkləri bütün dünyada islamın təmsilçisinə çevrilmiş və İstanbul
xəlifənin oturduğu şəhər olduğundan aypara da bütün müsəlman aləmində tədricən qəbul olunmuş və
həmrəylik, hürriyyət, yardım rəmzinə çevrilmişdir.
2
Səkkizguşəli ulduzun mənaları haqqında müxtəlif rəylər mövcuddur.
Bayrağın təsdiq edildiyi gün Baş Nazir Fətəli xan Xoyski çıxış edərək bildirmişdir ki, ulduzun
guşələrinin sayı dövlətin əski əlifba ilə yazılmış adında oxunan hərflərin sayına bərabərdir.
Eyni fikri
görkəmli şairimiz Cəfər Cabbarlı da üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağı”
3
adlı
şeirlərindən birində söyləmişdir:
Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yaprağı!
Göy yapraqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor
1
Bax: Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, fond 2898, siyahı 1, iş 1, vərəq 3; Айдын Балаев. Азербайджанское
национально-демократическое движение 1917-1920 гг. Баку, 1990, с. 33; Н.Агамалиева, Р.Худиев. Азербайджанская
Республика. Страницы политической истории. 1918-1920 гг. Баку, 1994, с.
22.
2
Bax: Еремеев Д.Э. Этногенез турок. М., 1971, с. 156 və s.
3
Bax: Cəfər Cabbarlı. Ədirnə fəthi. Bakı, 1996, s. 151-152.
13
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayır.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə boylə sevilmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Məlum olduğu kimi, xalqımızın əvvəllər istifadə etdiyi ərəb əlifbasının özünəməxsus
xüsusiyyətləri vardır. Məsələn, «be» – «
ب» və «cim» – «
ج» hərflərinin adlarında səslənən sait səs incə
olduğundan, burada həmin hərflərdən sonra, bizim deyilişinə adət etdiyimiz qalın «a» – «ا» səsi
tələffüz edilmir. Eyni zamanda, ərəb əlifbasına görə sözdə iki uzun sait səs gələrsə, birinci uzun sait,
indiki halda «b» – «ب»dən sonra gələn «a» – «ا» səsi itir. Bundan əlavə, ərəb əlifbasında yazılmış
sözdə sükun – «
º
»dan əvvəl gələn sait də itir. Ona görə də «Azərbaycan» –
«
نﺎﺠﻳﺎﺑرزﺁ
»
sözündə «b» –
«
ب»dən sonrakı «a» – «
ا» səsi itir. Ərəblərin özləri isə «Azərbaycan» –
«
نﺎﺠﻳﺎﺑرزﺁ
»
sözünü bizim
öyrəndiyimizdən fərqli yazırlar: onlar bu sözü «Azərbeycan» -
«
نﺎﺠﻴﺑرزﺁ
»
, əksər hallarda isə
«Əzərbeycan» – «
ُنَﺎﺠْﻴَﺑْرَزَأ» şəklində yazırlar. Göründüyü kimi, hər iki halda hərflərin sayı səkkizə, yəni
ulduzun guşələrinin sayına bərabərdir və ərəb əlifbasını bilməyənlər də bunu asanlıqla müəyyənləşdirə
bilərlər. Eyni sözləri «Od yurdu» – «ﻮﺪﺮوﻳ ﺪﻮا» kəlmələri haqqında da söyləmək olar. Burada da
hərflərin sayı səkkizə, yəni yuxarıdakı şeirdə göstərildiyi kimi, guşələrin sayına bərabərdir.
Ulduzdakı guşələrin sayını dini fikirlərlə, cənnətin səkkiz qapısı olması fikri ilə bağlayanlar da
var. Bunu, qədim türklərdə olmuş küləyə davamlı səkkizguşəli yurtlarla (alaçıqlarla) əlaqələndirənlər
də az deyil.
Göründüyü kimi, bayraq Osmanlı Türkiyəsinin Dövlət bayrağı formasında olmuş, eyni
simvollar miqyas fərqi ilə təkrar olunmuşdur.
Türkiyə ilə Antanta dövlətləri arasında Birinci Dünya müharibəsinin sonuna yaxın – 1918-ci il
oktyabrın 30-da imzalanan Mudros (Mondros) müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı tərk
etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı idilər.
Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər isə ilk bəyanatlarında
Azərbaycan hökumətini tanımadıqlarını bildirmiş və bu hökuməti Türkiyənin intriqasından yaranmış
bir qurum kimi qiymətləndirmişlər. Bu bəhanələrin qarşısını almaq və milli hökumətin tanınmasına
nail olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı
şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi və burada onun milli
bayraq haqqında məruzəsi dinlənildi. Həmin iclasda milli Dövlət bayrağının dəyişdirilməsi haqqında
aşağıdakı qərar qəbul edildi: