21
M u x u Ə l i y e v: Azərbaycana dəvətinizə görə Sizə
ürəkdən təşəkkür etmək istərdim. Biz çox böyük məmnunluqla
buraya gəldik.
İlk növbədə, demək istəyirəm ki, Dağıstanda Əliyevlər
ailəsinə xüsusi münasibət bəsləyirlər. Böyük Vətən mühari-
bəsinin getdiyi ən ağır və keşməkeşli dövrdə, 1942-ci ildə
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi seçilən və
1948-ci ilədək həmin vəzifədə işləyən Əziz Əliyevi Dağıstanda
xüsusən yaşlı nəsil indiyədək xatırlayır. Demək lazımdır ki, o,
heyrətamiz şəxsiyyət idi. Müharibə illərinin çox ağır dövrünə,
Qafqazın işğal edilməsi üçün böyük təhlükə olmasına
baxmayaraq, ölkə rəhbərliyinin qərarı ölçülüb-biçilmiş qərar idi.
Vurğulamaq istəyirəm ki, o vaxtlar Dağıstanda fəal mədəni
quruculuq işləri gedirdi – ilk teatrlar, elmi mərkəzlər
yaradılmışdı və bir çox digər işlər görülmüşdü. Bütün bunlar
Əziz Əliyevin adı ilə bağlıdır. O, bizim məşhur mədəniyyət,
ədəbiyyat, incəsənət xadimləri ilə dostluq edirdi.
Bu il Əziz Əliyevin anadan olmasının 110 ili tamam olur və
mən münasibətlərimizdə xoş iz qoymuş belə gözəl övlad yetirən
Azərbaycan xalqına təşəkkür etmək istəyirəm.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasi-
yasının Dağıstan Respublikası arasında əməkdaşlığın bütün
spektri barədə ətraflı fikir mübadiləsi aparıldı.
22
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN ADINDAN RUSİYA
FEDERASİYASI DAĞISTAN RESPUBLİKASININ
PREZİDENTİ MUXU ƏLİYEVİN ŞƏRƏFİNƏ
TƏŞKİL EDİLMİŞ ZİYAFƏTDƏ NİTQ
«Ulduz» sarayı
30 aprel 2007-ci il
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Əziz Muxu Gimbatoviç!
Əziz qonaqlar!
Sizi Azərbaycanda, Sizin üçün doğma dövlətdə ürəkdən
salamlamağıma və Sizə, bütün qardaş Dağıstan xalqına böyük
uğurlar, firavanlıq, xoşbəxtlik, inkişaf arzulamağıma şadam. Bu
gün biz birlikdə çox yaxşı vaxt keçirdik, bizi birləşdirən bütün
məsələləri – tarixi, siyasi, iqtisadi, ictimai-humanitar məsələləri
müzakirə etdik. Bütün istiqamətlərdə yanaşmamız eynidir ki, bu
da münasibətlərimizin inkişafı, daha sıx inteqrasiya, qarşılıqlı
surətdə faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün zəmin
yaradır. Bütün bunlar xalqlarımızın qardaşlığının möhkəm
bünövrəsinə, ümumi tarix və mədəniyyətə, ənənələrə əsasla-
nır və əlbəttə ki, əməkdaşlığımız üçün əlavə şərait yaradır.
Sirr deyil ki, Rusiyanın bütün respublikaları və regionları
arasında bizə ən yaxını, bizim üçün ən əzizi, ən sevimlisi
Dağıstan Respublikasıdır. Biz onun uğurlarını gördükdə,
quruculuq işləri getdiyini, vəziyyətin normallaşdığını, sabit
vəziyyət yarandığını və insanların daha yaxşı yaşamağa
başladığını gördükdə çox sevinirik. Bax, biz belə hisslərlə
23
yaşayırıq. Yəqin ki, Siz və bütün nümayəndə heyətiniz də
Azərbaycanda olduğunuz vaxtda bunu hiss etdiniz. Eyni halı
dağıstanlıların bizə münasibətində də görürük və əlbəttə, bu da
bizi sevindirir. Mən bu badəni Sizin sağlığınıza qaldırmaq, Sizə
öhdəsindən çox uğurla gəldiyiniz – biz bunu görürük, bunu
Rusiya rəhbərliyi də görür – çətin işdə böyük nailiyyətlər
arzulamaq, bütün Dağıstan xalqına tərəqqi və firavanlıq
diləmək istəyirəm. Sizin sağlığınıza!
Dağıstan prezidenti Muxu Əliyevin çıxışı
Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
Mən ilk növbədə, Azərbaycana dəvətimə görə Sizə bir daha
ürəkdən təşəkkür etmək istəyirəm. Biz öz fəaliyyətimizlə
əlaqədar müxtəlif regionlarda və müxtəlif ölkələrdə oluruq.
İnanın ki, belə qardaşcasına qarşılanmanı və bütün gün ərzində
hiss etdiyimiz belə diqqəti heç vaxt heç yerdə görməmişik. Biz
gözəl başa düşürük ki, bu Sizdən, rəhbərdən, prezidentdən gəlir.
Mən bir daha demək istəyirəm ki, bu Sizin sələflərinizdən gəlir.
Dağıstana bu işıqlı və səmimi münasibət atanızdan, babanız
Əziz Əliyevdən gəlir. Ona görə də dağıstanlılar bunu çox
yüksək qiymətləndirirlər, Dağıstanlılar Azərbaycanda baş verən
müsbət dəyişiklikləri görməkdən çox şaddırlar. Mən bu badəni
Azərbaycan xalqının, çox yaxşı, çox gözəl xalqın şərəfinə
qaldırmaq istəyirəm. Mən bu badəni Azərbaycanın şərəfinə,
ayaq üstə möhkəm dayanan suveren, müstəqil dövlətin şərəfinə
qaldırmaq istəyirəm. Mən bu badəni şəxsən Sizin şərəfinizə
qaldırmaq istəyirəm. Sizə, ölkənizə, xalqınıza uğurlar,
xoşbəxtlik arzulamaq istəyirəm. Dağıstanlılar həmişə sizinlə
olacaqlar. Sizə ən xoş diləklərimizi bildirirəm. Çox sağ olun!