11
XANIM QALİNA VİŞNEVSKAYAYA
Hörmətli Qalina Pavlovna!
Həyat yoldaşınız, həmyerlimiz, dünya musiqi mədəniy-
yətinin görkəmli xadimi Mstislav Leopoldoviç Rostropoviçin
vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə,
Mstislav Rostropoviçin bütün doğmalarına və yaxınlarına ən
dərin hünzlə başsağlığı verir və dərdinizə şərik çıxıram.
Dünya şöhrətli musiqiçi-ifaçı, Tanrı vergisi olan violon-
çelçalan, dirijor, planetin ən yaxşı simfonik orkestrləri ilə
misilsiz uğurla çıxış etmiş Mstislav Rostropoviçin adı dünya
musiqi sənətinin xəzinəsinə əbədi daxil olmuşdur.
Mstislav Rostropoviç həqiqətən, dünya vətəndaşı, görkəmli
ictimai xadim, humanizmin və ümumbəşəri dəyərlərin ülvi
amallarını həmişə və hər yerdə qoruyan ən yüksək mənəviyyata
malik insan olmuşdur. O bizim xatirəmizdə həmişə parlaq,
qeyri-adi şəxsiyyət, gözəl, son dərəcə cəzbedici və xariqüladə
bir insan kimi qalacaqdır.
Bizim hamımıza ağır, əvəzsiz itki üz vermişdir. Mən və
Mehriban xanım bu dərdi Sizinlə bölüşür, dərindən kədərlənir
və Sizə səmimiyyətlə başsağlığı veririk.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 aprel 2007-ci il
12
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN DÜNYA ŞÖHRƏTLİ
MUSİQİÇİ VƏ DİRİJOR MAESTRO MSTİSLAV
ROSTROPOVİÇİN DƏFN MƏRASİMİNDƏ
İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA
SƏFƏRİ
28 aprel 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dünya şöhrətli musiqiçi və dirijor maestro Mstislav Rostro-
poviçin dəfn mərasimində iştirak etmək üçün aprelin 28-də
Moskvaya yola düşmüşdür.
Azərbaycan prezidentini Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Haki-
miyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
* * *
Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Moskvaya
gəlmişdir.
Azərbaycan dövlətinin başçısını və xanımı Mehriban Əliye-
vanı «Vnukovo-2» hava limanında Rusiya Xarici İşlər Nazir-
liyinin yüksək vəzifəli şəxsləri, ölkəmizin Rusiyadakı səfiri
Polad Bülbüloğlu qarşıladılar.
* * *
Azərbaycan dövlətinin başçısı və xanımı Mehriban Əliyeva
aprelin 29-da böyük musiqiçinin ruhuna dua oxunması
mərasiminin keçirildiyi Xilaskar İsa Məsih kilsəsinə gəldilər.
Prezident İlham Əliyev və xanımı Mstislav Rostropoviçin həyat