25
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
mizdə şəkilçi kimi sabitləşmişdir. Qoşulduğu sözdə əşya,
alət məzmunu yaradır. Məsələn: qolbaq
-puş. Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçi
olub, qoşulduğu sözdə bənzərlik, oxşarlıq, əlamət, keyfiy-
yət çaları yaradır. Məsələn: toppuş.
-puz. Bu şəkilçi də adlardan ad düzəldən qeyri-məhsul-
dar şəkilçidir. Əsasən, bənzərlik, oxşarlıq, əşya, alət, vasitə
bildirir. Məsələn: toppuz.
-aqlı. Bu şəkilçi quruluşca mürəkkəb olub, iki şəkilçinin
birləşməsindən yaranmışdır. Məchul növ şəkilçisi qəbul
etmiş “oxu” felinə artırılıb əlamət bildirən söz düzəldir.
Məsələn: oxunaqlı (kitab).
-dur. İsimdən isim düzəldən qeyri-məhsuldar söz-şəkil-
çidir. Eyni zamanda omonim şəkilçilərdən olub, –lıq,-lik,-
luq,-lük şəkilçisinin sinonimi kimi çıxış edir. Məsələn: su-
luq-sudur.
-ıcıl. Şəkilçi -cıl,-cil,-cul,-cül morfemi ilə eyni mənbədən
yaranmışdır. –ıcıl dilimizdəki “sistemli” sözünün sinonimi
olan “ardıcıl” sözündə rast gəlinir.
-dın.Şəkilçinin işlənmə dairəsi olduqca məhduddur.
“Dan” sözündən törəmə olduğu güman olunur. Dilimizdə
“aydın” sözündə rast gəlinir.
-uş. Feildən isim( oxunuş) və feildən feil düzəldən( vuruş-
maq) –uş şəkilçisi ilə omonimdir. –uş şəkilçisi sifətdən atri-
butiv səciyyəli söz əmələ gətirir. Məsələn: koruş ( kor adam
mənasında-İ.Ə)
Qeyd edək ki, bu şəkilçinin –ış variantına danışıq dilin-
də, dialekt və şivələrimizdə rast gəlinir. Məsələn, Laçın ra-
yonu Ağoğlan kənd şivəsində -uş şəkilçisi ilə yanaşı, onun
–ış forması işlənir: karış. Bundan əlavə ədəbi dilimizdə iş-
26
İlkin Əsgər
lənən -uş şəkilçisinin dialekt və şivələrimizdə -es forması
da işlənməkdədir. Bu şəkilçinin işlənməsi daha çox Qərb
və Cənub qrupu dialekt və şivələrində müşahidə olunur.
Məsələn: gonbules, kores və s.
-ş. Atributiv səciyyəli söz əmələ gətirən qeyri-məhsuldar
şəkilçidir. Dilimizdə işləkliyini itirmək üzrədir. Məsələn:
korş
-r. Feildən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir.
Məsələn: oxşar, gülümsər, bənzər, qaynar və s.
-əzək. Əm(mək) felinə qoşulmaqla əlamət, keyfiyyət, xa-
siyyət bildirən əməzək sifətin düzəldir.
-əm,-m. Dilimizdə qeyri-məhsuldar söz şəkilçilərdən he-
sab olunur. Əsasən, adlardan və bəzi feillərdən əşya, şəxs,
vəziyyət, proses bildirən sözlər əmələ gətirir. Məsələn : or-
tam, üçəm, dönəm, önə m,dördəm və s. At dağ yuxarı dördəm
(dörd nala çaparaq-İ.Əsgər) tullana qalxdı.(S.Rəhimov)
-tuq. Bir cür yazılan qeyri-məhsuldar şəkilçi olub, isim-
dən isim düzəldir. Məsələn: qoltuq. Burda qoltuq ağacını
tolazlayan görmüşəm. (Q.Qasımzadə),Teymur qoltuğunda-
kı kağızı açdı, ordan bir əmzik çıxardıb Leylaya verdi.(İ.Şıxlı).
Qeyd edək ki, bu şəkilçi dilimizdə tarixən də işlənmiş, qey-
ri-məhsuldar xarakterə malik olmuşdur. –tuq şəkilçisinə
eyni fonetik tərkib və semantika etibarı ilə müasir dilimiz-
də olduğu kimi “Kitabi-Dədə Qorqud dastanları”nda da
bir neçə dəfə işlənmişdir: Geŋ ətəgüŋə, dar qoltuğuŋa qısıl-
mağa gəlmişəm; ...Dar ətüŋə, geŋ qoltuğıŋa sığınu gəlmişəm!,
Qanturalı qızlar, dəvəniŋ qoltuğından girər, fırlar-çıqar...
-il. Felin növ kateqoriyasının göstəricisidir. Eyni zaman-
da omonimlik xüsusiyyətinə malik söz-şəkilçidir. Dilimiz-
də ad-feil kimi çıxış edən Sevil sözündə rast gəlinir.
27
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-gə. Feillərin sonuna qoşulmaqla əşya, yer, alət, əlamət,
keyfiyyət məzmunu yaradan isimlər və atributiv səciyyəli
sözlər düzəldir. Məsələn: döngə, süpürgə, bölgə, şitəngə və s.
-çıvan. Artıq arxaikləşmiş olan bu şəkilçi fars mənşə-
li –ban və milli mənşəli-çı,-çi,-çu,-çü şəkilçisi ilə sinonimlik
təşkil edir. Artırıldığı sözdə peşə, sənət, şəxs anlayışı yara-
dır. Məsələn: bağçıvan.
Əsasən, XIX-XX əsrlərə aid bədii mətnlərdə rast gəlinir:
Maşallah, nə yaxşı qabilsən; Bağçıvanlıqda xeyli kamilsən.
(A.Səhhət). (bax: 8., 200)
-ri. Feildən sifət düzəldən qeyri-məhsuldar şəkilçi-
dir. Müasir Azərbaycan dilində “əyri” sözündə işlədilir.
Məsələn: Mənim oğlum elə oğul deyil ki, yediyi çörəyə əyri baxa.
(İ.Şıxlı)
-əlik. Bu şəkilçi əslində yönlük hal və isim düzəldən –lik
şəkilçisinin birləşməsindən əmələ gəlmiş və -əlik şəklində
sabitləşməyə doğru inkişaf mərhələsindədir. Quruluşca
mürəkkəb olub, qeyri-məhsuldar söz-şəkilçi funksiyasında
çıxış edir. Təqribən sifət düzəldən –dakı,-dəki şəkilçisinin
formalaşdığı qəlib əsasında yaranmışdır. Şəkilçinin işlən-
mə dairəsi olduqca məhduddur, dilimizdə “üstəlik” sözü-
nün tərkibində işlənir.
-qan. Söz-şəkilçi qrupuna daxildir. Daha çox təsirsiz feil-
lərin sonuna artırılmaqla quruluşca düzəltmə olan yeni isim
və sifət düzəldir. –qan şəkilçisi qoşulduğu sözdə əşya, alət,
əlamət, keyfiyyət məzmunu yaradır. Məsələn: alışqan, ya-
pışqan, asılqan, çalışqan, dalaşqan, vuruşqan, suvaşqan.
-ım,m. Bu şəkilçi də omonimlik xüsusiyyətinə malik
olub, əsasən, feillərdən isim və sifət düzəldir. Məsələn: qıv-
rım, ayrım, yarım.
Dostları ilə paylaş: |