İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
GÜLARƏ ELMAN QIZI BALAYEVA
İBTİDAİ TƏHSİLİN
MƏZMUNUNUN
NƏZƏRİ-PEDAQOJİ
PROBLEMLƏRİ
“Elm və təhsil”
Bakı – 2012
Gülarə Balayeva
2
Elmi redaktor:
Fərrux Rüstəmov
Əməkdar elm xadimi,
pedaqogika üzrə elmlər doktoru, professor,
Rəyçilər:
Hikmət Əlizadə
pedaqogika üzrə elmlər doktoru, professor
Nadir Abdullayev
pedaqogika üzrə fəlsəfə doktoru, professor
Ənvər Abbasov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Gülarə Balayeva.
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri.
Bakı, “Elm və təhsil”, 2012, 152 səh.
Kitabda ibtidai təhsilin məzmununun nəzəri problemləri araşdırılır,
ibtidai təhsilin məzmununun prinsipləri, funksiyaları, stuktur məsələləri
təhlil edilir.
Kitab müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
2012
098
4602000000
N
грифли няшр
©
«Elm və təhsil», 2012
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
3
Ö
n söz
Azərbaycanda aparılan ictimai, iqtisadi və mədəni
dəyişikliklər onun müstəqil bir ölkə kimi sürətlə, inkişaf
etdirilməsinə yönəlmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın
təhsil həyatında uğurlu təhsil islahatları həyata keçirilir. Təhsilin
bütün pillələrində, o cümlədən ümumi təhsildə köklü dəyişikliklər
aparılır. Təhsilin bütün səviyyələrində qlobal dünyanın tələblərinə
uyğun standartların, pedaqoji texnologiyaların, idarəetmə və
qiymətləndirmə mexanizmlərinin hazırlanması istiqamətində
tədbirlər görülür. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq bu
işlərin uğurla həyata keçirilməsi, Azərbaycan cəmiyyətinin inkişaf
etdirilməsi baxımından daha da təkmilləşdirilməsi hazırkı dövrün
ən məsul və ciddi vəzifələrindən hesab edilir. Həmin vəzifələrin
reallaşdırılması, həyata keçirilməsi zəruri bir problem kimi
gündəmdə dayanır.
Elmi-pedaqoji ictimaiyyətə təqdim olunan Gülarə Balaye-
vanın
“İbtidai
təhsilin
məzmununun
nəzəri-pedaqoji
problemləri” adlı kitabı bu baxımdan aktuallıq kəsb edir. Əsər
müəllifin mənim rəhbərliyimlə pedaqogika üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün müdafiə etdiyi eyni adlı dissertasiyanın
materialları əsasında hazırlanmışdır.
İbtidai təhsilin yenidən qurulması, bir sistem kimi formalaş-
dırılması onun məzmununun düzgün müəyyənləşdirilməsindən
asılıdır. Uzun illər bu bir problem kimi Azərbaycan təhsilində
Gülarə Balayeva
4
maraq doğurmuş, onun həlli istiqamətində tədbirlər görülmüşdür.
Ayrı-ayrı fənlərin tədrisi ilə bağlı aparılmış araşdırmalar daha çox
metodik xarakter daşımışdır. Bu kitabda isə ibtidai təhsilin
məzmunu, onun nəzəri-pedaqoji problemləri tədqiqat obyektinə
çevrilmiş, ciddi araşdırmalar aparılmış, mövcud elmi-nəzəri
ədəbiyyata, təhsillə bağlı hüquqi-normativ sənədlərə, bu sahədə
qazanılan təcrübəyə istinadən maraqlı ideyalar tədqiqat predmetinə
çevrilmişdir.
Kitabın birinci fəslində tədqiqatın ümumi məsələləri mü-
zakirə obyektinə çevrilmişdir. Təhsilin məzmunu mühüm pedaqoji
anlayışlardan biri kimi müasirlik müstəvisində araşdırılmış, şəxsiy-
yətyönümlülük, nəticəyönümlülük prinsipləri əsasında qurulan
Azərbaycan təhsilinin tələbləri baxımından dəyişdirilmişdir. Bu gün
daha çox eyni semantik məqamlarda işlənən “təhsilin məzmunu” və
“təlimin məzmunu” anlayışlarına münasibət bildirilmişdir.
Əsərdə ibtidai təhsilin mövcud vəziyyətinin təhlilinə təd-
qiqatın ümumi məsələləri kimi yanaşılmışdır. Ədəbiyyatın təhlilin-
də ümumləşdirmələr aparılmış, məzmunun müəyyən olunmasının
əhəmiyyəti, onun prinsipləri, funksiyaları, struktur xüsusiyyətləri
prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılmışdır.
İbtidai təhsilin mövcud vəziyyəti araşdırılarkən Azərbaycan
hökumətinin 1999-cu ildə, eləcə də 2006-cı ildə ümumi təhsillə, o
cümlədən ibtidai təhsillə bağlı sənədlər nəzərdən keçirilmiş, təhlil
edilmişdir.
Kitabın ikinci fəsli ibtidai təhsilin məzmununun mühüm
pedaqoji problemlərinin öyrənilməsinə həsr olunmuşdur. Təd-
qiqatın ümumi strukturunda belə bir ardıcıllığın müəyyənləşdiril-
məsi mühüm əhəmiyyət kəsb edir. İbtidai təhsilin məzmununun
pedaqoji problemlərinin araşdırılması qarşıya qoyulmuş məqsədin,
müəyyən olunmuş nəzəri müddəaların reallaşdırılmasını təmin edir.
Məlum olduğu kimi, pedaqoji ədəbiyyatlarda təhsilin məz-
mununun müəyyən olunması, prinsipləri ilə bağlı xeyli yanaşmalar
vardır. Onların müəyyən qismində həm də konkret olaraq ibtidai
təhsilin məzmunundan bəhs edilir. Kitabda bu məsələyə aydınlıq
Dostları ilə paylaş: |