Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
9
burada bir zaviyə olduğunu da qeyd etmişdir. O həmçinin Osman
Qazinin də qəbrinin burda olduğunu bildirmişdir [6, s.38-40]
Orxan bəyin Bursada tikdirdiyi məscid, mədrəsə, imarət, ha-
mam bu günə qədər şəhərin ən canlı mərkəzi olaraq qalmışdır. 1340-
cı ildə Bursada Orxan Qazi məscidi tikilmişdir.
Bursa şəhəri qala və kənar məhəllələrdən ibarətdir. Bursanın
uzunluğu 4km, eni 1km-dir. Uludağ Olimpusun qollarından birinin
yamacındadır.
Kənar məhəllələr sağa, sola yayılmışdır.
1399-cu ildə İldırım Bəyazid, su müalicəsinə çox önəm verilən
Bursa xəstəxanasını tikdirmişdi.
Bursa üslubu formalaşmışdı və 1399-cu ildə I Bəyazidin göstərişi
ilə Əli Neccar tərəfindən Bursa Ulu məscidi tikilmişdir. 12 böyük
minarə və 20 qübbədən ibarət bəyaz rəngli bir məsciddir.
1402-ci ildə şəhərə girən Teymur ordusu mədrəsə, məscid kimi
binalara zərər vermiş və şəhəri yandırmışdı [17, s.21].
Yaşıl məscid-Çələbi Sultan Mehmed tərəfindən 1419-cu ildə
Hacı Avaz paşaya tikdirildi. Ön üzü, pəncərələri, qapısı, kitabəsi
mərmər işləməsinin ən gözəl nümunələrindəndir.
Muradiyyə məscidi – II Murad tərəfindən 1426-1428-ci illərdə
tikdirilmiş və özündə Bursa üslubunu formalaşdırmışdır. 1855-ci ildə
zəlzələ nəticəsində məscidin qübbələri və minarəsi dağılmışdı. 1902-ci
ildə yenidən bərpa edilmiş və bərpa rokoko üslubunda idi. Digər bir
məscid Əmir Sultan məscididir.
Bursada ticarət də inkişaf etmişdi. Uzun bazar, Bitbazarı, Tavuk
bazarı, Pirinç hanı,Tuz hanı Bursada ticarətin ən önəmli yerləri idi.
Bursada Bursa və Cumalıkızık 2014-cü ildə UNESKO-nun
dünya mədəni irs siyahısına daxil olmuşdur. Bursa və ona aid Cuma-
lıkızık vəqf torpaqları Osmanlının bəylikdən dövlətə çevrilməsində
əhəmiyyətli xidmətləri olan şəhər idi [4].
Ədirnə. 1361-ci ildən İstanbulun fəthinə qədər Osmanlı impe-
ratorluğunun paytaxtı olan Ədirnə çox mühüm önəmli bir siyasi və
ticarət mərkəzi idi. Həm coğrafi, həm də strateji-siyasi baxımdan
Ədirnə (əvvəli adı Andrionopol) Osmanlı dövlətinin ən önəmli şəhər-
lərindən biri idi. Bu şəhər Bolqarıstan,Yunanıstan ilə sərhəd olub