24
II FƏSİL.DEPRESSİYA HAQQINDA MƏLUMAT
2.1.Depressiya haqqında ümumi məlumat
Depressiya qədim zamanlardan məlum olan xəstəlikdir. Günümüzdə emosional pozuntu
olaraq təsnif olunan depressiyanın xüsusiyyətləri Yunan Roma həkimləri və filosofları
tərəfindən müəyyən olunmuşdur. Qədim dövrlərdən daha çox melanxoliya olaraq bilinirdi.
Bu təyin etmə XIX əsrin ortalarına qədər davam etmişdir.
Depressiya – həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi,intihara dair fikirlər, iştahanın
azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik
simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi
pozuntudur. Bir əlamət və ya sindrom kimi depressiya bir çox somatik və ya psixi
xəstəliklərin əlaməti və ya nəticəsi kimi meydana gələ bilər. Belə hallarda heç də həmişə
depressiyanın ümumi patogenetik mexanizmlərə malik olmasını, onun xəstəliyə ikinci
psixoloji reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən asılı olmayaraq
yaranmasını müəyyənləşdirmək mümkün olmur. Digər hallarda depressiya, müstəqil affektiv
pozuntu (depressiv epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya bipolyar
affektiv pozuntunun tərkib hissəsi olur.
39
Yüngül, orta və ağır variantlarda təsadüf edən bu pozuntu zamanı xəstələr əsas etibarilə
əhvali-ruhiyyənin aşağı enməsindən, maraq və zövqün yoxluğundan, enerjilərinin olduqca
zəifləməsindən şikayət edirlər. Ümumi yorğunluq və fəallığın xeyli enməsi xəstələri az
hərəkətli və ya hərəkətsiz vəziyyətdə qalmağı məcbur edir. Xəstəliyin kilinik mənzərəsini
əhatə edən digər əlamətlərə XBT-10-da təsbit edilən aşağdakıları da aid etmək olar:
1)Diqqətini cəmləmək qabiliyyətinin enməsi;
2)Özünə inamın və özünü qiymətləndirmənin enməsi;
3)Özünü alçatma və təqsirləndirmə ideyası;
4)Gələcəyi tutqun və pessimist görmək;
39
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2009 ,7-10 s.
25
5)Özünə xəsarət yetirmək və ya suisidal fikirlər;
6)Yuxu pozuntusu;
7)İştahın zəifləməsi.
40
Depressiya həm bədənimizə, həm də düşüncə, duyğu və davranışlarımıza mənfi şəkildə təsir
etməkdədir.
Depressiya daha çox psixi pozuntunun bio-psixo-sosial modelinə uyğun gəlir. Depressiya
zamanı aşağıdakı bioloji faktorlar mühüm rol oynayırlar:irsi xarakter daşıyan depressiyaya
meyllilik, bəzi somatik xəstəliklər (xüsusilə xroniki və residiv), alkoqolun və narkotik
maddələrin qəbulu, bəzi dərman maddələri.Psixoloji faktorlar arasında uşaqlıqda yaşanan
psixotravmalara, ailə və şəxsiyyətlərarası problemlərə, həyatda baş verən mühüm
dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı həyəcan hissinə və tənhalığa
daha mühüm əhəmiyyət verilir. Depressiyanın inkişafına səbəb olan sosial faktorlara
müharibə daxil olmaqla, arzu olunmaz sosial dəyişiklik, təbii fəlakət, qəza, yoxsulluq,
işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir.
41
Müasir dövrdə psixi problemlərin varlığı
diqqət çəkəcək ölçüdə artmışdır.
Depressiya geniş yayılmış psixi pozuntudur. Aparılan epidemiyoloji tədqiqatlar, major
depressiya və distimik pozuntu qadınlarda 2.2-5.4%, kişilərdə 1.2-2.6% aralığında olduğunu
müəyyən etmişlər.
42
Dünyanın bir çox ölkələrində aparılan tədqiqatlarda cinsiyyətlərarası
fərqlər hər yaş qrupunda mövcud olmaqla birlikdə gənclərdə və orta yaşlı qrupda bu fərq
uşaqlar və yaşlılar qrupundan daha diqqətə çarpandır.
Təxminən 15%-lik göstərici ilə depressiya dünyada ən sıx görülən psixi pozuntularından
biridir. Müxtəlif mənbələrə əsasən böyük yaş qrupuna aid olan əhalinin həyatı boyu
depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-dək, qadınlar arasında isə 5%-dən
20%-dək dəyişir.
43
Eyni zamanda bütün dünyada depressiyanın yayılma səviyyəsinin
40
Ismayılov N.V Psixiatriya. Bakı :2013, 240 s
41
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol , 10 s.
42
Antony JC, Petronis KR (1991)Suspected risk factors fordepression among adults 18-44 years old 2000. Epidemiology,123
43
Bruce ML, Hoff RA (1994) Social and health risk factors for first-onset major depressive disorder in a community sample.Soc
Psychiatry Psychiatr Epidemiol, 165-170(
www.researchgate.net
)
26
yüksəlməsi və bu məfhumun gəncləşməsi tendensiyasını qeydə alır. Depressiyanın yayılma
səviyyəsi uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir. Azərbaycanda
depressiv pozuntunun aşkarlanmasının kifayətsizliyi şəraitində ÜST-nın (2002) rəsmi
statistikasına əsasən ölkəmizdə depressiya, ürək damar xəstəliklərindən (13%) və aşağı
tənəffüs yollarının infeksiyasından (11%) sonra əlilliyə görə təshih edilmiş ömür illəri
(DALY: Disability Adjusted Life Year) göstəricisi üzrə üçüncü yerdə durur. Depressiya
DALY göstəricisi üzrə neyro psixiatrik hallar arasında birinci yeri tutur.
44
Depressiv pozuntuların ən çox araşdırılan növü major depresiv pozuntu olmuşdur.
Major depressiya xəstəliklərə, intihara və hətta cinayətə belə yol aça bilir. Tədqiqatçılar
depressiyada olan və olmayan insanların beyinlərini müqayisə etdilər.
45
Depressiyada olan
insanların beyinlərində dəyişikliklər aşkar olunmuşdur. Məsələn, hipokampus depressiya
keçmişi olanlarda daha kiçikdir. Daha kiçik hipokampusun daha az serotonin qəbul
ediciliyi
vardır. Serotonin, bədən və beyindəki sinirlər arasındakı əlaqəni mümkün edən bir
neyrotransmitter olaraq bilinən rahatlaşdırıcı bioloji mediatırdır. Ayrıca, neyrotransmitter
norepinefrinin də depressiya ilə əlaqəli olduğu düşünülməkdədir. Bəzi tədqiqatçılar, depresiv
insanlarda stress hormonu kortizolun həddindən artıq çox olduğunu müəyyən etmişlər.
46
Fransız tədqiqatçıların araşdırmasına görə, bir neçə dəfə depressiya yaşayan şəxslərin beyin
fəaliyyətlərinin dəyişdiyi, bu vəziyyət konsentrasiyaya və diqqətə təsir etdiyi məlum
olmuşdur.
47
ABŞ-da Dr. Larus S.Gudmundsson apardığı araşdırmada, migren və
depressiyadan şikayətçi olan insanların beyin həcmlərinin daha kiçik olduğunu ortaya qoydu.
Araşdırmaya görə hər iki narahatlığa sahib olan insanların beyinlərinin digər insanlara
müqayisə də 19.2 millimetr daha kiçik olduğu məlum oldu.
44
Desai HD, Jann MW (2000) Major depression in women: A review of the literature. J Am Pharm Assoc (Wash), 525-537.(
www.yenisymposium.net)
45
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. 15 s
46
Geber M, Gath D, Mayou R, Cowen P: Oxford textbook of psychiatry. 3
rd
edition. Oxford Univ. Press, Londra, 1996.sf:197-245.
(www.psikofarmakoloji.org)
47
Smoking and the Brain Brit. Med. J (2000) 320: 1087(Van Tıp Dergisi, Cilt:21, Sayı:1, Ocak/2014)( www.psikiyatri.org.tr ›
Ruhsal Hastalıklar)
Dostları ilə paylaş: |