Mövzu №1 Fənn haqqında məlumat. Fənnin məqsəd və vəzifələri. Dil və nitq. Dil haqqında məlumat. Azərbaycan dili. Azərbaycan dövlət dili haqqında qərarlar, fərmanlar və qanunlar



Yüklə 23,19 Kb.
səhifə1/3
tarix20.05.2022
ölçüsü23,19 Kb.
#87490
  1   2   3
movzu №1


Mövzu № 1 Fənn haqqında məlumat. Fənnin məqsəd və vəzifələri. Dil və nitq. Dil haqqında məlumat. Azərbaycan dili. Azərbaycan dövlət dili haqqında qərarlar, fərmanlar və qanunlar.

Hər bir insan öz fikirlərini dəqiq, yığcam və gözəl şəkildə ifadə etməyi bacarmalıdır. «Ritorika», yaxud «Natiqlik sənəti» və ya «bəlağət elmi» kimi fənlər məhz buna kömək etmək məqsədi güdür. Tədris fənni kimi ritorikanın fərqi ondadır ki, digər fənlərin çoxunun mənimsənilməsi biliklərlə, ritorikanın mənimsənilməsi isə həm də bacanqlarla bağlıdır. Həqiqətən də, əgər kimsə Nizami Gəncəvinin, yaxud Cəlil Məmmədquluzadənin nə zaman vəfat etdiyini bilmirsə, bu boşluğu iki tarixi - 1209 və 1932-ci illəri bilməklə doldura bilər. Amma əgər Siz, auditoriya qarşısında çıxış etmək üsullarına yiyələnməmişsinizsə, bu işə aid qaydaların sadəcə sadalanması kifayət etməz, burada bir sıra bacarıq və vərdişlərə yiyələnmək lazımdır və bunun üçün sizə vaxt lazım olacaq. Natiqlik qabiliyyətinə yiyələnmək, hər şeydən əvvəl, müxtəlif auditoriyalarda çıxışların uzunmüddətli təcrübəsi ilə bağlıdır.


«Ritorika nədir?» sualına ensiklopediya və lüğətlərdə təxminən belə bir cavab verilir: ritorika - natiqlik sənəti nəzəriyyəsi, gözəl danışıq nəzəriyyəsi, səlis, məhz hazırkı vəziyyətdə tələb olunduğu kimi yaxşı danışa bilmək bacarığı haqqında elmdir. Ritorika bəşər tarixindəki ən qədim elmlərdən biri olduğu üçün onun qədim dillərdə - həm yunan, həm də latın dilində özünəməxsus adı vardır: yunan dilində «ritorika», latın dilində isə «elokvensiya». Ritorikanı sadəcə “fikirdən - sözə” kimi də səciyyələndirmək olar. Hər bir insanın fikri sözlə bağlıdır; insanın heç bir fikri yoxdursa, deməli, o, lazım olan sözləri də tapa bilməyəcək. Əgər insanın söz ehtiyatı ka- saddırsa, o öz fikrini parlaq və anlaşıqlı şəkildə formalaşdırmağı da bacarmayacaq. Ritorika elmdir, çünki burada onun əsaslarına yiyələnmək istəyən hər bir insanın əməl etməli olduğu dəqiq qaydalar vardır. Lakin ritorikada həm də həqiqi incəsənətin əsas xüsusiyyəti var: heç bir qayda uğurlu nəticə əldə olunacağına təminat vermir, bunun üçün həm də yaradıcı təfəkkürün mövcudluğu zəruridir və cəmiyyət qarşısında çıxış etmək ustalığı insanın həm məntiqi, həm də ifadəli təfəkkürdən bacarıqla istifadəsindən ibarətdir. Qədim dünyanın ritorika müəllimləri bu hallan nəzərə alaraq, öz şagirdlərinə söhbətlər və gəzintilər zamanı təlim verirdilər. Bu zaman şagirdlər böyüklərdən yaşlı nəslin artıq malik olduğu qayda və üsullan öyrənirdilər. Qədim Yunanıstan və Qədim Romada ritor- natiq, təxminən e.ə. Ш əsrdən başlayaraq həm də natiqlik sənəti məktəbində praktik gözəl danışıq müəllimi idi. Daha geniş mənada isə o, - peşəkarlığı ilə başqalanna natiqlik sənətini, incəsənətini, gözəl danışmaq bacan qlannı öyrətmək imkanına malik müəllim idi. Nəzərə almaq lazımdır ki, bu gün natiqlik sənətinin (gözəl danışıq ustalığının) əsaslanna yiyələnmiş hər bir insan: • yeni işə düzələrkən öz tərcümeyi-halını müdirə elə danışa bilər ki, o, danışanı yubanmadan işə qəbul etmək istəyər; • yeni kollektivə özü haqqında danışarkən özünü maraqlı və xoşagələn həmsöhbət kimi göstərə bilər;
• müdiriyyətdən təcili tapşırıq alıb, onu yerinə yetirdikdən sonra bu haqda elə hesabat verə bilər ki, rəhbərlik dərhal hesabat verənin vəzifə maaşının artırılması haqqında əmr imzalayar. Müasir müsbət nümunələri isə fənnin bu gün də geniş tədris edildiyi xarici ölkələrin təcrübəsindən görmək mümkündür. Belə ki, Avropa və Amerikada natiqlik sənətinin ən müasir istiqamətləri klassik ritorikaya gedib çıxır və ritorika tamamilə haqlı olaraq, humanitar biliklərin ümumi metodologiyası rolunda çıxış etməyə iddialıdır. Eyni zamanda, xaricdə natiqlik təcrübəsinin də rolu artır ki, bura tam haqlı olaraq, tədris müəssisəsindəki təcrübi və gündəlik nitqi, hətta küçədəki danışığı da aid etmək olar. İnkişaf etmiş ölkələrdə hər bir orta məktəb şagirdi nəzəri biliklərə əsaslanan müəyyən ritorik təcrübə əldə edir. Bu, nitq ustalığına aid qısa kurs da ola bilər ki, burada şagirdlər (dinləyicilər) yalnız ictimai, açıq çıxışlara hazırlığın ümumi əsaslan ilə tanış olur, işgüzar ünsiyyətin əsaslanna yiyələnməyə başlayırlar. Amma peşəkar natiq və ritorlar hazırlayan xüsusi məktəblərdə uzunmüddətli hazırlıq keçmək də mümkündür. Peşəkar natiqlik ustalığına yiyələnməyin ümumi təcrübəsi tədricən bütün dünyada, demək olar ki, istənilən ixtisas üzrə mütəxəssis hazırlığının aynlmaz hissəsinə çevrilməkdədir. İlk növbədə bu, müxtəlif sosial peşələrin nümayəndələrinə: diplomatlara, hüquqşünaslara, psixoloqlara, pedaqoqlara, həkimlərə, ticarət, həmçinin bütün sosial xidmət işçilərinə, kitabxana, katiblik və bələdiyyə üzvlərinə, ümumiyyətlə, insanlarla intensiv ünsiyyətdə olan digər sahələrə aiddir. Fikrimizcə, yüksək səviyyəli mütəxəssislərin hazırlanması zamanı ritorika kursunun öyrənilməsi məcburi olmalıdır. Bu gün dünya ölkələrinin ali məktəblərinin tədris planlarına ritorika daxildir. Hazırda dünyada təkcə filoloqlar deyil, digər humanitar ixtisasların (hüquq, beynəlxalq əlaqələr, fəlsəfə, jurnalistika və s.) tələbələri də ritorik hazırlıq keçirlər.
Humanitar fakültələrdə ritorika kursunun əsas məsələləri kimi aşağıdakılar irəli sürülür:
• sosial - humanitar biliklər sistemində ritorikanın inteqral fənn kimi yerinin müəyyənləşdirilməsi, natiqlik fəaliyyətinin ictimai əhəmiyyəti və natiqin öz nitq davranışı üçün məsuliyyəti; • tələbələrin ictimai çıxışlarda iştirak üçün səmərəli və təsirli hazırlıq texnologiyası ilə silahlandınlması; • dinləyicilərin nitq mədəniyyətinin öyrədilənlərin peşə və şəxsi tələblərinə daha dərindən cavab verən fəal forma və janrları ilə nəzəri və əməli (həm genetik, həm də sinxron istiqamətlərdə) tanışlığı. Ali məktəb ritorik təhsil verərkən ünsiyyət baxımından inkişaf etmiş, şüurlu və çevik şəkildə inandırmaq qabiliyyətinə yiyələnmiş, cəmiyyət qarşısında müxtəlif növ və janrlarda maraqlı çıxışlar etməyi bacaran şəxsiyyət yetişdirmək kimi sosial əhəmiyyətli ən yüksək vəzifəni yerinə yetirməyi qarşısına məqsəd qoyur. Tədris fənni kimi ritorikanın ali məktəbdə başlıca vəzifəsi tələbənin cəmiyyətin layiqli üzvü, işinin incəliklərinə yaxşı bələd olan, şüurlu mövqeyə malik, yüksək mənəvi- ictimai normaları təbliğ edən və nitq ünsiyyətini təşkil etmək üsullarına yiyələnmiş şəxsiyyət tək yetişdirilməsi kimi sosial borcu yerinə yetirməsidir. Ritorika (gözəl danışıq qabiliyyəti, ustalığı nəzəriyyəsi) .mahiyyət etibarilə, yuxanda qeyd edildiyi kimi, ritorik pedaqogika şəklində meydana gəlmişdir. Belə ki, bu sahədə ilk nəzəriyyəçi və praktik olan sofıstlər ritorik-pedaqoji fəaliyyətlə məşğul olurdular, yəni gözəl danışıq ustalığı öyrədirdilər. Deməli, Qədim Roma və Qədim Yunanıstanda tədris fənni kimi meydana gəlmiş ritorika bu gün də pedaqoji və praktik yönüm- lü olmalıdır. Dünyanın bu sahə üzrə tanınmış bir çox alimlərinin, məsələn, S.S.Averintsevin, A.F.Losevin, LK.Qraudinamn, A.K.Mixalskaya- nın və b. fikrincə, müasir ritorika nitq ünsiyyətinin yalnız texnikası yox, həm də fəlsəfəsi, onun əxlaqi seçim, xeyir və şər, onlann davranış və ünsiyyətdəki problemlərini irəli sürən ümumiləşdirici etika və estetikasıdır. Ali məktəb fənni kimi ritorika linqvistika, üslubiyyat, mətnşünaslıq, semiotika, ədəbiyyat nəzəriyyəsi və tarixi ilə bir sırada durur və aşağıdakı məsələləri əha:
• nəzəriyyənin və onun ictimai dil təcrübəsi ilə əlaqəsinin öyrənilməsi; • janr kimi real şəkildə mövcud olan (qarşıya qoyulmuş məqsəddən asılı olaraq), müvafiq kommunikativ mətnin quruluşu haqqında biliklərə yiyələnmək; • bu əsasda, klassik kanonun {qanun, qayda) çıxış etməyə hazırlıqla bağlı hər bir mərhələsində (kəşf etmə, yerləşdirmə, ifadə etmə, yadda saxlama və cəmiyyət qarşısında nitq söyləmə) bacarıqlarını təmin edən peşəkar ustalığın formalaşdırılması. Beləliklə, «Ritorika» fənninin ən mühüm vəzifəsi tələbələrin nitq ünsiyyəti prosesinin əsas ünsürlərini dərk etmələri və istənilən nitq şəraitində effektiv nitq nümayiş etdirmələri üçün zəruri olan bacanq və vərdişlərin formalaşdırılmasını təmin etməkdən ibarətdir.
Bu fənnin tədrisi sayəsində ali məktəblərdə tələbələrin Azərbaycan dilinin incəliklərinin, zənginliklərinin öyrənilməsi üçün imkan yaranmışdır. Qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin düzgün, səlis istifadəsi üçün onun fonetik, leksik və qrammatik qayda-qanunlarını dərindən öyrənmək və onları yazılı və şifahi nitqə düzgün tətbiq etmək zəruridir. “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin məqsədi də məhs bu qaydaları tələbələrə çatdırmaqdır. Nitq mədəniyyəti mədəni nitq, tələffüz mədəniyyəti, lüğət mədəniyyəti, düzgün danışmaq və yazmaq sənətidir. Mədəni nitq milli orijinallığı, məna dəqiqliyi, lüğət zənginliyi, müxtəlif cəhətliliyi qrammatik cəhətdən düzgünlüyü, məntiqi uyğunluğu və bədii ifadəliliyi ilə də fərqlənir.
Öz istiqlaliyyətinə, dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın ali təhsil ocaqlarında təhsil аlаn tələbələrin Аzərbаycаn dilini müкəmməl bilmələri, bu dildən ədəbi dil кimi istifаdə еtməyi bаcаrmаlаrı, nitq vərdişlərini inkişaf etdirmələri günün vаcib məsələlərindəndir. Bunа görə də, bütün mütəxəssislərin rеspubliкаmızdа öz biliк və bаcаrıqlаrını tətbiq еtmələri üçün Аzərbаycаn dilini yаxşı bilmələri və gözəl nitq qabiliyyətinin olması vаcibdir. Dərsin əsаs məqsədi tələbələrə Аzərbаycаn dilini müкəmməl mənimsətməк, оnlаrа şifаhi və yаzılı ədəbi dil vərdişlərini aşılamaqdır. Belə düşünürük ki, gənc mütəxəssislər Аzərbаycаn dilini və mədəniyyətini yüкsəк səviyyədə mənimsəsə, öz ixtisas sahələri ilə bağlı məntiqli nitq nümunələri ilə karyera yüksəlişinə nail ola bilərlər.
Tələbələrin Аzərbаycаn dili üzrə nitq qabiliyyətini inкişаf еtdirməyin əsаs vаsitələrindən biri də оnlаrdа ixtisаslаr üzrə lüğət еhtiyаtının zənginləşdirilməsidir.


Yüklə 23,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə