I e.Ə.ƏIiyev 2016



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66544
1   ...   23   24   25   26   27   28   29   30   31

Beynəlxalq  hüquq  elminin  tədqiqat  predmetinə  nəinki  dövlət- 

lərarası  münasibətlər,  həmçinin  beynəlxalq  hüquq  normalannm  həmin 

münasibətlərə  təsir  göstəmıək  mexanizmi  daxildir.  Bildiyimiz  kimi, 

beynəlxalq hüquq normalan və bu normalann tənzimlədiyi dövlətlərarası 

münasibətlər  arasında  qarşılıqlı  əlaqə  mövcuddur;  həmin  əlaqənin 

qanunauyğunluqlarını öyrənmək və müəyyənləşdirmək (aydınlaşdırmaq) 

beynəlxalq hüquq elminin başlıca vəzifələrindən biridir. 

Beynəlxalq  hüquq  elminin  tədqiqat  predmetinə  həm  də  hüquqi 

faktlar  daxildir;  hüquqi  faktları  öyrənmək  onun  vəzifələrindən  biri 

sayılır. Ona görə ki, beynəlxalq dövlətlərarası hüquq münasi- bətlənnin 

mahiyyətini  başa  düşmək  üçün  hüquqi  faktlar  mühüm  əhəmiyyət  kəsb 

edir; həmin münasibətlər məhz onlann əsasında əmələ gəlir. Başqa sözlə, 

hüquqi  faktlar  dövlətlərarası  beynəlxalq  hüquq  münasibətlərinin 

yaranma əsaslarından biridir. Bu səbəbdən beynəlxalq hüquq elmi onlan 

tədqiq edir, öyrənir. Bunun nəticəsində 

0

, hüquqi faktların elmi cəhətdən 



əsaslandınimış təsnifini verir ki, belə təsnifm həm nəzəri, həm də praktiki 

əhəmiyyəti vardır. Həmin təsnif, xüsusən də beynəlxalq hüququn, eləcə 

də beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi və inkişafı baxımından 

əhəmiyyətlidir. 

Nəhayət, beynəlxalq hüquq elminin tədqiqat predmetinə beynəlxalq 

hüquq  normalarının  tətbiqi  praktikası  daxildir.  Belə  ki,  bu  praktikanı 

öyrənmək nəticəsində beynəlxalq qanunvericilikdə mövcud olan hüquqi 

boşluq  və  çatışmazlıq  üzə  çıxır,  müəyyən  olunur;  bu  boşluq  və 

çatışmazlığı aradan qaldırmaq üçün beynəlxalq hüquq elmi beynəlxalq 

qanunvericiliyin  və  onun  tətbiqi  praktikasının  təkmilləşdirilməsinə 

yönələn lazımi elmi təkliflərlə müvafiq beynəlxalq qurumlar qarşısında 

çıxış  edir.  Buna  görə  də,  beynəlxalq  hüquq  normalarının  tətbiq 

praktikasını  öyrənmək  beynəlxalq  hüquq  elminin  üzərinə  düşən  vacib 

vəzifələrdən  biridir;  həm  də  ona  görə  ki,  hüquq  normalarının  tətbiqi 

praktikasını  öyrənmək  beynəlxalq  hüquq  normaları  və  onlann 

tənzimlədiyi dövlətlərarası münasibətlər arasında mövcud olan qarşılıqlı 

əlaqənin qanunauy- ğunluqlannm aydınlaşdınimasına imkan verir. 

91 



Bir az əvvəldə qeyd etdiyimiz  kimi, hər bir ölkənin öz beynəlxalq 

hüquq  elmi  vardır  (Rusiyanın  beynəlxalq  hüquq  elmi,  İtaliyanın 

beynəlxalq  hüquq  elmi,  Almaniyanın  beynəlxalq  hüquq  elmi  və  s.). 

İstənilən  ölkənin  beynəlxalq  hüquq  elmi,  aydın  məsələdir  ki,  başqa 

ölkələrin  beynəlxalq  hüquq  elminin  qabaqcıl  təcrübəsini  və 

nailiyyətlərini nəzərə almadan inkişaf edə bilməz. Buna görə beynəlxalq 

hüquq elminin tədqiqat predmetinə həm də başqa ölkələrin beynəlxalq 

hüquq  elmi  daxildir.  Şübhəmiz  yoxdur  ki,  ayn-ayrı  ölkələrdə 

(Almaniyada,  İtaliyada,  ABŞ-da  və  s.)  formalaşmış  beynəlxalq  hüquq 

konsepsiyalan  barədə  təsəvvürə  malik  olmağın  yalnız  əhəmiyyəti  və 

faydası ola bilər.' 

Beynəlxalq hüquq elmi göstərilənlərdən başqa, həm də beynəlxalq 

hüququn tarixini, habelə onun inkişaf perspektivini öyrənir. Buna görə 

onun  tədqiqat  predmetinə  beynəlxalq  hüququn  tarixi  və  onun  gələcək 

inkişaf perspektivi də daxildir. 

2.1.3.

 

Beynəlxalq hüquq elminin sistemi 

Beynəlxalq  hüquq  elmi  beynəlxalq-hüquqi  tənzimetmə  mexanizmi 

barədə,  başqa  sözlə,  obyektiv  mənada  beynəlxalq  hüquq  barədə  elmi 

məlumatların  məcmusudur;  həmin  məlumatlara  beynəlxalq-hüquqi 

biliklər deyilir. 

Beynəlxalq-hüquqi  biliklər  qarma-qanşıq  şəkildə  deyil,  müəyyən 

ardıcıllıqla  yerləşir.  Belə  yerləşmə  beynəlxalq  hüquq  elminin  sistemi 

adlanır. 

Beynəlxalq  hüquq  elminin  sistemi  dedikdə  obyektiv  mənada 

beynəlxalq  hüquq  barədə  elmi  məlumatlann,  yəni  beynəlxalq-hüquqi 

biliklərin  müəyyən  ardıcıllıqla  yerləşməsi  başa  düşülür.  Bu  biliklər  ya 

beynəlxalq hüququn ümumi (məsələn, beynəlxalq hüquq 



1

 

Ayn-ayrı  ölkəhrin  beynəlxalq  hüquq  konsepsiyalan  barədə  bax:  Антонов  И.П. 

Германская концепция международного права. Воронеж, 2006; Лу- кашук 

И.И. Международное право. Учебник. Особенная часть. М., 1998, с.321-327; 

Шумилов  В.М.  Международное  право.  Учебник.  М.,  2008  (IV  раздел,  га. 

11-13). 

92 



subyektliyinə,  beynəlxalq  hüququn  mənbələrinə  və  s.),  ya  da  xüsusi 

məsələlərinə (məsələn, beynəlxalq hüququn sahələrinə və s.) aid olur. Bu 

baxımdan, beynəlxalq hüquq ehni iki hissədən ibarətdir

-

 



ümumi hissə; 

-

 



xüsusi hissə. 

Belə bölgü obyektiv mənada beynəlxalq hüququn ümumi və xüsusi 

hissə  kimi  iki  yerə  bölünməsinə  uyğundur.  Axı,  beynəlxalq  hüquq 

elminin  sistemi  obyektiv  mənada  beynəlxalq  hüququn  sistemi  ilə 

müəyyən edilir. 

Beynəlxalq hüquq elminin ümumi hissəsi dedikdə obyektiv mənada 

beynəlxalq  hüququn  ümumi  məsələləri  barədə  beynəlxalq-  hüquqi 

biliklərin məcmusu başa düşülür. Həmin məsələlərə aiddir: 

-

 

obyektiv mənada beynəlxalq hüququn nizamasalma predmeti və 



metodu; 

-

 



obyektiv mənada beynəlxalq hüququn funksiyaları və sistemi; 

-

 



obyektiv mənada beynəlxalq hüququn əsas prinsipləri

-

 



obyektiv mənada beynəlxalq hüququn subyektləri; 

-

 



obyektiv mənada beynəlxalq hüququn mənbələri

-

 



obyektiv mənada beynəlxalq hüquq və dövlətdaxili (milli) hüquq 

arasında qarşılıqlı əlaqə; 

-

 

beynəlxalq-hüquqi məsuliyyət; 



-

 

beynəlxalq mübahisələrin həlli; 



-

 

beynəlxalq hüquq normalan və onlann tətbiqi



-

 

beynəlxalq hüquq münasibətləri; 



-

 

beynəlxalq-normativ hüquqi aktlar (beynəlxalq qanunvericilik 



aktlan); 

-

 



beynəlxalq hüquqi faktlar və s. 

Beynəlxalq hüquq elminin xüsusi hissəsi dedikdə obyektiv mənada 

beynəlxalq  hüququn  sahələrinə  aid  olan  beynəlxalq-  hüquqi  biliklərin 

məcmusu  başa  düşülür.  Belə  ki,  beynəlxalq hüquq  elminin  beynəlxalq 

hüququn ayn-ayn sahələrini (onlann ibarət olduğu yanmsahələri, hüquq 

institutlanm  və  beynəlxalq  hüquq  normalanm)  öyrənməsi  nəticəsində 

elmi  biliklər  formalaşır;  bu  biliklərin  məcmusu  beynəlxalq  hüququn 

xüsusi hissəsi adlanır. 

93 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə