lində isə şair Aran folklorundan aldığı süjeti yaradı-
cılıqla Qurd dilinə çevirmişdir.
N.Y.Marr 1936-cı ildə belə bir fikirlə elmi icti-
maiyyəti təəccübləndirdi ki, Şota Rustaveli poemanı
Qord dilində yazmışdır. Sonra əsərin üzərində məq-
sədli düzəlişlər edilmiş, islamiyyətdən və xristianlıq-
dan qabaqkı əski adət və ənənələrin qalıqları mətndən
çıxarılmışdır (Марр 1936. 38-39).
Cənubi Qafqazın qədim etnoslarından biri olan
qord və ya kortlar kimlərdir? Onların dili hansı dil
ailəsinə aid olmuşdur? Bu suallara indiyədək inan-
dırıcı cavab tapılmamışdır.
Məlum olan odur ki, Qord nəsli I Tamarın və
atası III Georginin (1184-1213) zamanında Gürcüsta-
nın hakim feodal nəsillərindən biri olmuşdur. Qord
tayfa başçıları orduda və sarayda mühüm vəzifələr
tuturdular.
Qord nəsli baqrationların İberiyaya gəlişindən
qabaq – VIII əsrdə Kayen (indiki Dilican) vilayətin
hakim nəsli olmuşdur. Həmin nəsildən Sadun Kurd
Xaçın hakimi Həsən Cəlalın ana babasıdır. O, qızı
Arzu Xatunu Həsən Cəlalın atası Ağbağa (Vaxtanq
H’Axbaxa) ərə vermişdi (Киракос Гандзакеци 1946.
273).
Kurdun qardaşı Vasak III Georginin zamanında
Tiflis şəhərinin rəisi olmuşdur. Həmin Vasak I Tama-
rın sərkərdələri Zaxare və İbane qardaşlarının dayısı-
dır (Блейхштейнер 1936. 173-175). Zaxare Mxar-
qradze eyni zamanda Tamarın oğlu Alaşanın atabəyi
idi.
Şota Rustaveli çariça Tamara həsr etdiyi əsərini
Qord dilində yazmışdısa (Марр 1936. 38-39), deməli
onların dili XII yüzildə Gürcüstanın hakim nəsli üçün
anlaşıqlı olmuşdur. Qord dili gürcü dilinə qohum
deyildi. A.A.Qlonti yazır ki, Qord dili kartvellər üçün
anlaşıqlı olmamışdır. Kartvellərdən fərqli olaraq İme-
Həsən Cəlalın
anası Arzu xatun
Qurdun qızı idi.
reti və Quriya əhalisi o dili daha yaxşı başa düşürdü
(Глонти 1936. 232).
Qordlar kimi imerlər və qurlar da kartvel
deyildilər. XIII əsrdən sonra baqrationlar tədricən on-
ları gürcüləşdirdilər. Ancaq buna baxmayaraq onların
dili indi də gürcülərin dilindən fərqlənir (Блей-
хштейнер 1936. 189).
Qordlara qohum olan imerlərin dilində XX əsrin
əvvəllərində çoxlu türk sözləri qalırdı. Onlar kəfənə
bez, toya dügün, kilsəyə sakdar, doşaba bekmez, evə
konax, aşa pilov, qovurmaya kaurma, atasız uşaqlara
yetim deyirdilər (Марр 1911. 48-57).
Antik tarixçilərin əsərlərində Qordien, erməni və
gürcü salnamələrində Qord, Kort adlandırılan qurdlar
Qafqaz və Anadolunun qədim etnoslarından biridir.
Eranın əvvəllərində Ararat dağı onların adı ilə Qordien
dağları adlanırdı (Описание армян 1831. 40).
Qordlar haqqında bizə məlum olan ilk mənbə
eradan öncə IV əsrin sonlarına aiddir. O zaman onların
cənub-şərqi Anadoluda Qord adlı şəhəri olmuşdur.
Makedoniyalı İsgəndər e. ö. 333-cü ildə həmin
şəhərdə qışlamışdı (Вильгельм Вагнер 1901. 813).
İnsanlar o yerdə qışlayırlar ki, düzənlik, isti bir
yer olsun. Ararat vadisi sərt iqlimli, soyuq yerdir.
Fikrimizcə, qordlar makedoniyalılar tərəfindən sıxış-
dırılandan sonra özlərinin münbit torpaqlarından şima-
la köçmüşlər.
Qord I əsr Roma mənbələrində həm tayfanın,
həm də ölkənin adıdır. Qordların adı Pompeyin Mitri-
datla və Tiqranla döyüşləri ilə bağlı çəkilir. Həmin
məlumatlardan görünür ki, qordlar döyüşlərdə roma-
lıların yox, parfiyalıların tərəfini saxlamışlar (Кемал
Алиев 1987. 54, 57, 63).
Qordlar bundan xeyli sonra – imperator Yusti-
nianın (525-565) zamanında Bospor mahalında yaşa-
yırdılar. VI-VII əsr Suriya salnamələrində göstərilir ki,
Şota Uruztaveli
“Bars dərisi”
poemasını Qurd
dilində yazmışdır
(N.Y.Marr).
Qurd dili gürcülər
üçün anlaçıqlı
deyili.
Ararat dağı bəzi
mənbələrdə Qord
dağı adlandıırılır.
hun tayfa başçılarından biri olan Qord əcdadlarının
qızıl və gümüş bütlərini atıb xristian oldu, ancaq
qardaşı tərəfindən öldürüldü (Кулаковский 1914. 60;
Пигулевская 1941. 87-88).
Yulian Kulakovski yazır ki, həmin qordlar son-
rakı qurzuvitlər, yəni Qara dənizin şimal sahilindəki
Qurzuf qalasını salanlardır (Кулаковский 1914. 61).
Buradan aydın olur ki, qordların hamısı romalılara
tabe olmamış, Parfiyalı Mitridatla birlikdə İberiyaya,
oradan Qara dənizin şimal sahilinə köçmüşdür. Xris-
tianlığı qəbul edən Qord hunlara qoşulub, Qurzufdan
ata yurduna qayıdan qurdların tayfa başçısıdır. Onlar
əski yurda dönüb, Şərqi Anadolunun və Cənubi Qaf-
qazın bir neçə bölgəsində yurd saldılar.
Qordların bir qolu XII əsrdə Gəncə yaxınlığında
yaşayırdı. Rüstəm Əliyev N.Gəncəvinin anasının ölü-
mü ilə bağlı yazdığı:
An madəre mən, rəiseyi-qord,
Madərsefətane nişe mən mord
beytinə istinadən belə hesab edir ki, şairin anası
Qurd tayfa başçısının qızı idi. Rəiseyi-qord “qurd
rəisinin qızı” deməkdir. Persofil tədqiqatçılar qord et-
nomini kürd kimi qələmə verirlər. Əslində qord və
kürd ayrı-ayrı etnonimlərdir. İlk öncə ona görə ki,
kürdlər özləri özlərinə kürd yox, kurmanc deyirlər.
Fikrimizcə, qurd kurmancların etnogenezinə daxil
olan türk mənşəli etnoslardan birinin adıdır. Onların
azlığı, irandilli etnosların çoxluğu şəraitində kurmanc
dili formalaşmışdır. Qurdlar irandilli kurmanclarla qa-
rışdıqlarına görə, türklər onlara kürd, yəni qurd adı
vermişlər.
İ.İ.Şopen yazır ki, kürd adı türkcə qurd və ya
kartvelcə oğru sözündəndir (Шопен 1866. 121). Oğru
etnik ad deyil. Gürcülər öz qonşularının adını həyat
tərzinə görə oğru anlamında qəbul etmişlər. Kürd, yəni
qurd isə totem mənşəli etnonimdir.
Qarabağdan
başqa Güney
Qafqazda Ağbağ
nəsilləri və
şəhərləri
olmuşdur.
“Bars dərisi”
poemasının dilini
imerlər və qurlar
anlayır, gürcülər
anlamırlar
(A.A.Qlonti).
Qurd dili Qafqaz
dillərinin təsirinə
uğramış türk
dilidir.
İberiyanın
qərbində 60,
şərqində 6 dildə
danışırdılar.
Dostları ilə paylaş: |