Ümummilli Liderimiz Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümünə həsr olunmuş
HÜQUQ ELMİNİN MÜASİR PROBLEMLƏRİ
II Beynəlxalq elmi praktiki Konfrans
Məlumat
“HEMP” II II Beynəlxalq elmi praktiki Konfrans 29-30 Aprel 2011-ci ildə Bakı şəhərində Qafqaz Universiteti və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə keçirilmişdir.
Konfransa təşkilati dəstək Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Türkiyə Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Türkiyə Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ombudsmanlığı, Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikası Ombudsmanlığı, Azərbaycan Respublikası Prokurorluğu, Türkiyə Respublikasının Səfirliyi və digər təşkilatlar tərəfindən, sponsor dəstəyi isə TİKA, Başak - İnam ASC, Qarant Sığorta ASC tərəfindən verilmişdir.
Hüququn inkişafına və beynəlxalq standartlara uyğunlaşdırılmasında qarşılıqlı əməkdaşlıq və əlaqəli fəaliyyətin təmin edilməsinə dair, Hüquq elminin müasir problemləri mövzusunda təşkil edilmiş II Beynəlxalq Konfransda hüququn bütün sahələri üzrə mövcud qanunvericiliyin vəziyyəti hərtərəfli araşdırılaraq təhlil edildi. Aparılan təhlillər konfrans iştirakçısı olan dövlətlərdə hüquq elminin hazırkı durumu, elmi tədqiqat işlərinin vəziyyəti, çatışmazlıqlar və qarşıda duran vəzifələr barədə aydın təsəvvür formalaşdı. İstər plenar iclaslarda, istər ayrı – ayrı bölmələrdə dinlənilən məruzələr, çıxışlar və müzakirələr regionlarda hüquq elminin müasir problemlərinin dairəsi və xarakterini müəyyən etməyə kömək etmişdir.
Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran, Kipr və digər ölkələrdən olan hüquqşünas alimlər, praktiki məhkəmə və hüquq mühafizə orqan əməkdaşları öz məruzə və çıxışlarında təmsil etdikləri bölgələrdə hüququn beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətindəki fəaliyyətlərin gedişinə aydınlıq gətirdilər. Həm nəzəri- tarixi, həm də sahəvi hüquq elmləri ilə bağlı təşkil edilmiş işgüzar bölmələrdə müxtəlif mövzulara dair məruzələr dinlənildi və müştərək fikirlərin formalaşması məqsədilə ciddi və səmərəli addımlar atıldı.
Konfransda “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüquq, İnsan hüquqları”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” , “Mülki hüquq”, “Mülki proses, əmək hüquq, ekologiya hüququ” 4 bölmədə müvafiq sahələr üzrə nəticələr əldə olunmuşdur ki, bu da konfransın əsas məqsədinə uyğundur. Konfrans qloballaşan müasir dünyada yaranan yeni ictimai münasibətləri tənzimləmək imkanına malik olan normaların qəbulu məsələsinə xüsusilə diqqət yetirilməsinin vacibliyini vurğuladı. Lakin bu zaman həmdə milli xüsusiyyətləri də nəzərə almaqla – modern – yeni bir qanunvericilik bazasının formalaşmasının zəruriliyi də qeyd edildi. Təhlil və araşdırmalar onu göstərdi ki, müasir sivilizasiyaya, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğuna yaxından qoşulmaq üçün konfrans iştirakçısı olan dövlətlərin səy və bacarıqlarının birləşdirilməsi ən vacib şərtlərdəndir.
Konfransın Bəyannaməsi
Konfrans iştirakçısı olan dövlətlərin nümayəndələri konfransın öz qarşısına qoyduğu məsələlərin həlli məqsədilə yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir:
1) “Hüququn müasir problemləri”- mövzusunda keçirilən konfransın nəticələrinə görə bu sahədə çoxsaylı problemlərin olduğunu, hələ də hüququmuzun beynəlxalq standartlara uyğun olmadığını bilirik.
2) Mövcud dövrdə ictimai münasibətləri nizama salmaq qabiliyyətinə malik, beynəlxalq hüququn norma və prinsiplərinin hələ də milli qanunvericilikdə tam yer ala bilməməsindən narahatıq.
3) Hüquq elmimizin qanunvericilik çalışmaları üçün lazımı səviyyədə nəzəri-elmi baza rolunu oynaya bilməməsini, bu sahədə hüquqşünas kadrlarının tələblərə uyğun hazırlanmasındakı çatışmazlıqların hələ də olduğunu qeyd edirik.
4) Qarşıya qoyulan vəzifələrin yalnız bir dövlət üçün deyil bütün bəşəriyyətin gələcəyi üçün zəruri olduğunu anlayırıq.
5) Qeyd edilən bütün sahələrdə problemlərin aradan qaldırılması üçün II Beynəlxalq konfrans iştirakçısı olan dövlətlərin hüquq ictimaiyyəti və elm adamları ilə yanaşı praktiki sahədə çalışan əməkdaşların səy və bacarıqlarının birləşdirilməsi, qarşılıqlı əməkdaşlıq və qarşılıqlı yardım çərçivəsində fəaliyyət göstərmədən həllinin mümkün olmadığını vurğulayırıq.
İnanırıq ki, gələcəkdə dövlətlərimizin hüquq elmi sahəsində və praktik fəaliyyətdə koordinasiyalı birgə fəaliyyəti hüquq elmi sahəsindəki problemlərin həllində mühüm rol oynayacaq və qarşımızda qoyulan vəzifələrin həllini təmin edəcəkdir.
Odur ki, aşağıda qeyd edilən məsələlər üzrə
Razılaşırıq
-
Hüquq elmi sahəsində mövcud problemlərin həli ilə bağlı bundan əvvəlki konfransın tövsiyə və tapşırıqlarını nəzərə alaraq bu istiqamətdə fəaliyyəti daha da canlandırmaq üçün məqsədyönlü fəaliyyəti təmin edək.
-
Milli dövlətçilik ənənələri və hörmət ruhunu saxlamaqla beynəlxalq standartlara cavab verən qanunvericilik bazasına nail olmaq.
-
Konfrans iştirakçısı olan dövlətlərin hüququn nəzərdə tutulan istiqamətlərində effektiv fəaliyyətin təmin edilməsi üçün qabaqcıl təcrübədən qarşılıqlı fayda məqsədilə istifadə etmək.
-
Konfransda nərədə tutulan problemlərin həlli ilə bağlı əldə edilmiş nəticələr barədə məlumat bankı yaratmaq və üzv dövlətlərin müvafiq əməkdaşlarını bilgiləndirmək.
-
Hüquq sahəsində yüksək səviyyəli, ixtisaslı kadrlar hazırlanması sahəsində əməkdaşlığı yeni mərhələdə daha da canlandırmaq və burada qarşılıqlı güzəşt və yardım şərtlərinin tətbiqinə nail olmaq.
-
Region dövlətlərinin hüquq elmi sahəsində fəaliyyət göstərən bazalarının, hüquq ədəbiyyatı və müvafiq nümayəndələrlə zənginləşməsinə xüsusi diqqət yetirmək.
-
Konfransda iştirak etməyən digər dövlətlərin (qonşu və s.) də hüquqdakı müasir problemlərin həlli istiqamətindəki fəaliyyətə cəlb edilməsinə və onlarla qarşılıqlı əməkdaşlığa nail olmaq.
-
Qeyd edilən sahələrdə əldə edilmiş nailiyyətlər barədə mümkün informasiya vasitələri ilə ən azı ildə bir dəfə qarşılıqlı hesabatları təqdim etmək.
-
Azərbaycan Respublikasının hüquq fakültəsini bitirmiş Türkiyə Respublikası vətəndaşlarına verilən diplomların Türkiyə Dövləti (Cümhuriyyəti) tərəfindən tanınması barədə razılığın əldə edilməsi.
-
Müasir hüquq elmi sahəsində mövcud olan problemlərin həlli istiqamətində fəaliyyəti yüksək səviyyəyə çatdırmaq məqsədi ilə üzv dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilə və konvensiyalarda elmi ictimaiyyət nümayəndələrinin fəallığını artırmaq.
-
Müvafiq dövlət və hökumət strukturları, o cümlədən Təhsil Nazirlikləri qarşısında hüquqdakı problemlərin həllinə yardım və dəstək olması məqsədilə konfrans adından müraciət qəbul etmək.
-
Konfrans üzvü olan dövlətlər və sonradan bu fəaliyyətə qoşulmaq istəyən dövlətlərin hüquq elmi sahəsində fəaliyyət göstərən qurumları arasında da dövlət və hökumət səviyyəsində müvafiq razılıq əldə edilməsinə nail olmaq.
-
“Hüquq elminin müasir problemlərinə” dair 3-cü beynəlxalq elmi praktiki konfransın 2012-ci ilin aprel – may aylarında Türkiyə Respublikasında keçirilməsinə nail olmaq.
Konfransda Təmsil Olunan Təşkilatlar
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Türkiyə Respublikası Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Türkiyə Respublikası Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Türkiyə Respublikası Ali Məhkəməsi
Azərbaycan Respublikasının Ombudsmanlığı
Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikası Ombudsmanlığı
Azərbaycan Respublikası Prokurorluğu
Türkiyə Respublikasının Səfirliyi
Türk Əməkdaşlıq və İnkişaf İdarəsi
Türkiyə Respublikası Atatürk Universiteti
Türkiyə Respublikası Səlcuq Universiteti
Türkiyə Respublikası İstanbul Ticərət Universiteti
Türkiyə Respublikası Marmara Universiteti
Türkiyə Respublikası Fatih Universiteti
Türkiyə Respublikası Beykent Universiteti
Türkiyə Respublikası Kırıkkale Universiteti
Türkiyə Respublikası Samsun Onduqquz May Universiteti
Türkiyə Respublikası Okan Universiteti
Türkiyə Respublikası Çukurova Universiteti
Türkiyə Respublikası Kadir Has Universiteti
Türkiyə Respublikası Ankara Universiteti
Türkiyə Respublikası Istanbul Universiteti
Türkiyə Respublikası Istanbul Bilgi Universiteti
Türkiyə Respublikası Haliç Universiteti
Türkiyə Respublikası Anadolu Universiteti
Türkiyə Respublikası Osmangazi Universiteti
Türkiyə Respublikası Celal Bayar Universiteti
Türkiyə Respublikası Gediz Universiteti
Türkiyə Respublikası Çankırı Universiteti
Türkiyə Respublikası Yalova Universiteti
Türkiyə Respublikası Çankırı Karatekin Universiteti
Türkiyə Respublikası Dokkuz Eylül Universiteti
Türkiyə Respublikası Niğde Universiteti
Türkiyə Respublikası Ankara Universiteti
Ukrayna Respublikası Prokurorluğunun Milli Akademiyasına
MDB Beynəlxaq Universiteti
Kazan Dövlət Universiteti
Tiblisi Dövlət Universiteti
Azərbaycan Milli Elmlər Akademiyasına
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına
Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasına
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına
Naxçıvan Dövlət Universiteti
Konfarnsın Həmsədrləri
Abel Məhərrəmov Ahmet Saniç
Bakı Dövlət Universitetinin rektoru Qafqaz Universitetinin rektoru,
akademik professor
Konfarnsın Məsul Katibləri
Məhəmməd İmanlı Mübariz Yolçiyev
Bakı Dövlət Universiteti Qafqaz Universiteti
Hüquq Fakültəsinin dekan müavini Hüquq Fakültəsinin dekanı
Professor dosent
Konfransın tezisləri -http://qu.edu.az/library.php?q=hüquq%20elminin&book_categories=all&lang=az
Dostları ilə paylaş: |