35
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
bunların hamısı bizim keçmişdə də, bu gün də pislədiyimiz separatizmin nəticəsidir.
Aydındır ki, müharibə gedir, qan tökülür. Bunların hamısı böyük narahatlıq doğu-
rur. Hesab edirəm ki, Rusiya hökuməti öz ölkəsinin ərazi bütövlüyü prinsipini əsas
tutaraq, bu məsələnin həllinin ən məqbul yolunu axtarıb tapmağa qadirdir.
Sual: Cənab Şevardnadze, Avropa strukturları, Rusiya Qafqazda münaqişələrin
aradan qaldırılması proseslərinə necə təsir göstərə bilərlər?
Eduard Şevardnadze: Bu gün mən öz çıxışımda dedim ki, gürcü - osetin
münaqişəsinin həllində müəyyən tərəqqi yaranmışdır. Özü də burada Avropanın
təhlükəsizlik strukturları, xüsusən Avropa Birliyi böyük rol oynayırlar. Rusiya
ilə birlikdə onlar vasitəçilik vəzifəsini yerinə yetirir və bu, ona əyani misaldır ki,
xüsusən belə mühüm saziş imzalandıqdan sonra Avropa Birliyi Zaqafqaziyada və
bütövlükdə Qafqazda münaqişələrin hamısının aradan qaldırılmasında daha mü-
hüm rol oynaya bilər.
Sual: Cənab prezidentlər, bu gün siz Almaniyanın xarici işlər naziri Klaus Kin-
kel ilə görüşdünüz. Bununla siz Qafqazda Almaniyanın xüsusi bir rolu olduğunu
nəzərə çarpdırmaq istəyirsiniz?
Levon Ter-Petrosyan: Əgər bizi başqa bir ölkənin xarici işlər naziri səhər
yeməyinə dəvət etsəydi, siz bu ölkənin xüsusi rolundan danışardınız? Bu, sadəcə
olaraq təsadüfdür.
Eduard Şevardnadze: Mən xoşbəxtəm ki, bütün dövlətlərin, o cümlədən Avropa
ölkələrinin rəhbərləri ilə şəxsən mənim aramda çox səmimi və yaxşı münasibətlər
yaranıbdır. O ki qaldı Almaniyaya, o cümlədən cənab Kinkelə, bəlkə də burada
hansısa xüsusiyyətlər, Gürcüstan dövlətinin təşəkkül tapmasına, xüsusən iqtisadi
sahədə dirçəlməsinə bu ölkənin göstərdiyi xüsusi bir yardımın, xüsusi bir köməyin
rolu var.
Heydər Əliyev: Biz Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılma-
sında və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində
bizə real kömək göstərə bilən hər hansı dövləti alqışlayırıq. Almaniya Avropanın
ən böyük dövlətlərindən biridir. Almaniyaya və onun xarici işlər nazirinə böyük
hörmət və rəğbətim var.
Sual: Cənab Əliyev, Qarabağa vəd etdiyiniz geniş muxtariyyət dedikdə nəyi
nəzərdə tutursunuz?
Heydər Əliyev: Dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət statu-
sunu. Müxtəlif ölkələrdə öz dövlətçilik atributları olan muxtar qurumlar var, amma
həmin atributlar bu muxtar qurumun daxil olduğu dövlətin atributlarına tam uyğun
olmalıdır. Mən bunu nəzərdə tuturam. Lakin aydın və konkret olsun deyə, dün-
ya praktikasında mövcud olan ən yüksək muxtariyyət statusunu nəzərdə tuturam.
Dünya praktikasında hər hansı muxtariyyəti tapıb mənə xəritədə göstərin, mən ona
razılıq verərəm.
36
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Sual: Bu sual Ermənistan prezidentinədir: Ermənistan dinc Qafqaz uğ-
runda Tbilisi bəyannaməsinə qoşulmağa hazırlaşırmı? Bu sual isə prezident
Şevardnadzeyədir: NATO-nun Şərqə tərəf genişlənməsi ilə müqayisədə Avropa
Birliyinin genişlənməsinə regional təhlükəsizlik üçün daha möhkəm zəmin kimi
baxmaq olarmı?
Levon Ter-Petrosyan: Sizin sualınıza mən demək olar, cavab vermişəm. Çünki
Zaqafqaziya dövlətlərinin inteqrasiyası ideyasını dəstəkləyir və tarixi zərurilik sa-
yıram. O ki qaldı Ermənistanın Tbilisi bəyannaməsinə formal surətdə qoşulmasına,
burada iki məqam var: Əvvəla, biz bu sənədin hazırlanmasında iştirak etməmişik.
Ikincisi, Ermənistan bu məsələyə Qarabağ probleminin həllindən sonra baxacaqdır.
Eduard Şevardnadze: Zənnimcə, NATO-nun Şərqə tərəf genişlənməsi ilə Avro-
pa Birliyinin genişlənməsini bu cür qarşı-qarşıya qoymaq əsla qanunauyğun deyil-
dir. Onların müxtəlif funksiyaları, müxtəlif məqsədləri var. Mən bayaq dedim ki,
Avropa Birliyinin Şərqə tərəf genişlənməsi nə MDB-nin, nə də Qara Dəniz Iqtisadi
Birliyi ölkələrinin və digər regional təşkilatların maraqlarına zidd deyildir. Buna
görə də mənə elə gəlir ki, Avropa Birliyinin Şərqə tərəf genişlənməsi bütün region-
larda, o cümlədən Zaqafqaziyada sabitlik üçün mühüm təminatdır.
Sual: Cənab prezidentlər, siz Qafqazda münaqişələrin aradan qaldırılmasında
Rusiyanın istər keçmişdə, istərsə də gələcəkdə rolunu necə qiymətləndirirsiniz?
Eduard Şevardnadze: Rusiya abxaz münaqişəsinin, eləcə də gürcü - osetin
münaqişəsinin aradan qaldırılmasında çox yaxından iştirak edir. Zənnimcə, Rusiya-
nın bu cür iştirakı, vasitəçiliyi və müəyyən dərəcədə sülhpərvərliyi, şübhəsiz, fayda-
lı, bəlkə də hətta həlledici olacaqdır; amma bir şərtlə ki, bunlar BMT Təhlükəsizlik
Şurasının və birlik ölkələrinin məlum qətnamələrində göstərilmiş prinsiplər
əsasında həyata keçirilsin. Bizim xüsusi coğrafi mövqeyimiz sizə məlumdur. Rusi-
ya istəsə, abxaz münaqişəsi çox sürətlə aradan qaldırılar. Amma bəla burasındadır
ki, Rusiyada müxtəlif qüvvələr, müxtəlif cərəyanlar var. Bəzən siyasi spektrin bu
cür tərkibi nizamasalma prosesini, o cümlədən abxaz münaqişəsinin aradan qaldı-
rılmasını sürətləndirməyə mane olur.
Levon Ter-Petrosyan: Keçmiş Sovet Ittifaqının ərazisindəki bütün münaqişələrin
aradan qaldırılmasında Rusiyanın çox yaxından iştirakı onların müvəffəqiyyətlə
həlli üçün zəruri şərtdir. Yəni Rusiyanın fəal iştirakı olmadan bu münaqişələr heç
vaxt aradan qaldırılmayacaqdır.
Heydər Əliyev: Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldı-
rılmasında fəal iştirak edir. O, ATƏT-in Minsk qrupunun həmsədridir. Biz onun
fəaliyyətinə böyük ümid bəsləyirik. Bu baxımdan biz Rusiya ilə uzun illərdir
əməkdaşlıq edirik və bu əməkdaşlığı indən sonra da davam etdirməyi lazım bi-
lirik. Zənnimcə, Qafqazda bu münaqişələrə, xüsusən Dağlıq Qarabağ üstündə
Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoymaq üçün Rusiya bö-