HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
27
XXIII DƏRS
"Əməl dəftəri " və ya "talenəmə"...
Gəlin, Qurani-Kərimə müraciət edək. Belə ki, Quranda
bildirilir ki, hər kəsin "Əməl dəftəri" öz boynundan asılıb. Hər
an, hər dəqiqə sən öz "əməl dəftərini" yazırsan. Qələm rolunda,
danışdığın söz, hərəkətin, hər cür münasibətin iştirak edir.
Yəni, danışdığın sözlə, hər cür münasibətinlə özün, öz "əməl
dəftərini" yazırsan. Bizim özümüzə və ətrafdakı insanlara
münasibətimiz beynimizdə yaranan fikirlər əsasında baş verir.
Deməli, beynimizdə yaranan fikirlərə nəzarət etməklə, öz
"əməl dəftərimizin" təmizliyini, dürüstlüyünü qoruyub saxlaya
bilərik. Özünə nəzarət, yenə də özünə nəzarət çox vacibdir. Öz
taleyinə görə məsuliyyəti şəxsən sən özün daşıyırsan.
Əsəbləşmək, pis sözlərlə öz münasibətini bildirmək,
demək olar ki, əksəriyyət insanlara aiddir. Bu isə gələcək
günahların başlanğıcıdır. Daima özünü "ələ almaq" qabiliy-
yətini inkişaf etdirmək və buna nail olmaq lazımdır. Özünə tez-
tez təlqin etməklə, yəni deməklə ki, "sakit ol, axı sonra peşman
olacaqsan"! Yəni özün, özünlə danışmaq və mütləq, məsləhətə
qulaq asmaq lazımdır. Özün özünə dost ol ki, düşmən qələbə
çala bilməsin!
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
28
XXIV DƏRS
Qəlb rahatlığı...
Ailə daxili və ətraf aləmlə münasibətlər dəyişdikcə, biz
də dəyişirik. Köhnə xatirələr, daha qəlbimizi isidə bilmir.
Həyatın dadı azalır. Çünki xatirələrdən aldığımız ləzzət hissi
yox olmağa başlayır. Əvvəllər çox böyük görünən dünya, indi
balacalaşır. Etinasız olan insan, hətta divarda "çıqqıldayan"
saatın səsini eşitmir. Təbiətin xoş nəfəsi belə yadlaşır, uzaqlaşır
insandan. Sadəcə olaraq elə-belə ömür sürməyə başlayır insan!
Əvvəllər xoş görünən şeylərin fərqinə varmayan, indi özünü
aldadaraq (güya mənalı yaşayır kimi) yaşayır insan...
Ey həyatın dadını itirən insan! Ancaq Allaha sığın!
Çünki qəlblərin dərmanı Allahdadır və Allahdandır! Həqiqi
rahatlığı (qəlbən olan rahatlığı) ancaq Allaha olan yaxınlığında,
münasibətində tapa bilərsən, inşəAllah!
HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
29
XXV DƏRS
Günahsızlıq?...
Mütləq kamillik, ancaq Uca və Qüdrətli Allaha aiddir!
Qüsurlu olan insan daima etdiyi səhvlərə və ya günah-
lara görə özünə haqq qazandırmaq istəyir. Elə bir insan
görmüsünüzmü ki, səhv etdiyi halda insanlar qarşısında dərhal
etiraf edə?
İnsan, başqalarının etdiyi səhvi dərhal görür. Ancaq
özünün etdiyi səhvi, səhv saymır.
Nizami Gəncəvini yadımıza salaq:
Günahkarıq hamımız, demə hanı günahkar?
Eyləməyək nahaqdan bu dünyanı günahkar!...
Nizami dühası ilə yanaşsaq, insanın ən böyük faciəsi,
özündən başqa hamını günahkar bilməkdir. Başın böyüklüyü,
heç də bilikli olmaq deyil. Başda biliklərin çoxluğu, ağıllı
olmaq deyil. Lazım olan biliklərə yiyələnməkdir ağıllı olmaq!
Böyuk Nizaminin yuxarıda yazılan iki sətir şeirini ömür
boyu yadda saxlamaqla və həmçinin öz-özünə daima deməklə
(tez-tez yada salmaqla), insan özünü tərbiyələndirər. Çox sayda
biliklərə yiyələnib, daima günahkar axtaran insan, öz-özünə
düyün vurur. Bütün narazılıqların (streslərin) kökündə özünü
günahsız bilmək durur!
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
30
XXVI DƏRS
Həddini bilən, haqqını (Allahın bəxş etdiyi bəndəlik
haqqını) itirməz!
Həddini aşan, haqqı danaraq Allaha qarşı çıxır. Hər
şeydə həddini gözlə! İstər sözdə-söhbətdə, istər yeməkdə-
içməkdə, istirahətdə, sevincdə və kədərdə, geyimində, oturuş-
duruşunda orta həddi gözləmək lazımdır. Düzdür, qarşındakı
insan kəmfürsət, səbrsiz olarsa, onunla ünsiyyət qurmaq
olduqca çətindir. Ancaq bir təhər "yola vermək", olar!
İstəkləri aşıb-daşan insanlar öz hədlərini unudurlar.
Yəni, söz və davranışlarında artıq-əksikliyə yol verirlər! İstək-
lərinə nəzarət edib təhlükəsiz edən insan özünü Allahın
qəzəbindən qorumuş olur, İnşəAllah !
Həzrət Əli (ə.s.) demişdir: "Xoş o insanın halına ki,
öz qədrini (yəni həddini) bilir". Mərifət, Allahı tanımaq
deməkdir. Qışqırıb bağıraraq, guya haqlı olduğunu kimə isə
sübut edən insanın mərifəti olmaz! Vay belə (guya) Allah
"sevənlərin" halına! Özlərini kimlərinsə gözünə sox-
maq istəyən belələrinin bəsirət gözləri bağlı olar!
Qadınlarda ismət, onların mərifətidir. Belə ismətli
qadınlar minlərlə kişi qəlbində işıq yandirar! Belə ki, ismətli,
mərifətli qadın öz nurunu, bilavasitə Allahından alır! Qəlbi
qaranlıq olan kişilərin belə məsumlara ehtiyacları var. Necə ki,
bizim Fatimeyi-Zəhra salamullaha, Zeynəb xanıma, daha
doğrusu, onların nur aləmindən (şübhəsiz Allahın bəxş etdiyi)
bir pay ummaq istəyimiz var! İnşəAllah !
Həd hüduddur! Sərhəddir! Çalış, hər sözünə, davranı-
şına nəzarət edəsən. Əks halda, yəni, davranışına nəzarət
etməzsənsə, onda, heyvanla sənin aranda nə fərq olar!!!
Dostları ilə paylaş: |